Icma.az
close
up
RU
Bir vədin hekayəsi: “Şuşa, mənim sevgim”

Bir vədin hekayəsi: “Şuşa, mənim sevgim”

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın müstəqillik qazandığı ilk illərdə Heydər Əliyev xalqına qürur və ləyaqət verən mədəniyyətimizi təşviq etmək üçün hər imkandan istifadə edirdi. Bu ağır vaxtlarda mədəniyyətimiz böyük çətinliklərlə üzləşmişdi və milli-mənəvi dəyərlərimiz tənəzzülə uğrayırdı. Ümummilli lider gözəl başa düşürdü ki, mədəniyyət vətənpərvərliyin, milli birliyin, özünüdərkin əsas dayaqlarından biridir və bütün bunlar dövlət quruculuğunda mühüm rol oynayır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sətirləri yazan bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli Heydər Əliyev barədə xatirələrini bölüşüb.

bp-nin Azərbaycandakı fəaliyyətinin başlanğıcı da ölkəmizin müstəqillik qazandığı həmin çətin dövrə təsadüf edir. Azərbaycandakı fəaliyyətinin ilk illərindən etibarən bp ölkənin zəngin mədəni irsi ilə sıx şəkildə bağlı olmuş, Azərbaycan mədəniyyətinin inkişafına, onun möhtəşəm mədəni irsinin tanıdılmasına dəstək məqsədilə bir sıra uğurlu layihələrə təşəbbüs göstərmiş və onları həyata keçirmişdir. Bu təşəbbüslərin bir çoxunun layihə meneceri olaraq mən həmin dövrü tariximizin şanlı bir səhifəsi kimi böyük qürür hissi xatırlayıram.

Bu keşməkeşli dövrdə həyata keçirdiyimiz layihələrdən biri 1997-cı ildə Bakıda yenicə təmir olunmuş Opera və Balet Teatrında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert olmuşdu. Bu münasibətlə biz Azərbaycan xalq musiqisinin vurğunu, muğamlarımızı məharətlə ifa edən amerikalı Cefri Verboku Bakıya konsertə dəvət etmişdik. Cefri, ABŞ-a səfər edən ustad muğam sənətkarlarımızdan milli alətlərimiz - kamanca, tar və udda Azərbaycan muğamlarını məharətlə ifa etməyi öyrənmişdi. Konsertdə Cefri ilə bərabər Azərbaycanın tanınmış sənətkarları Ağaxan Abdullayev, Ədalət Vəzirov, Zamiq Əliyev, Mələkxanım Eyyubova və Simarə İmanova da iştirak edirdi.

Belə möhtəşəm bir tədbirin keçirilməsi, Azərbaycan muğamlarını məharətlə ifa edən amerikalı Cefri Verbokun bu konsertdə iştirakı, milli-mədəni dəyərlərimizi geniş auditoriyaya çatdırmaq üçün gözəl fürsət olması barədə məlumatı mən Prezident Administrasiyası ilə bölüşdüm. Bu xəbəri eşidən Heydər Əliyev Azərbaycan mədəniyyətini sevən və Azərbaycan muğamını təbliğ edən amerikalı kamança ifaçısının ölkəmizə dəvət olunması ideyasını yüksək qiymətləndirmiş, onunla görüşmək istədiyini bildirmişdi.

Cefri Verbokla görüşə gərgin iş qrafikindən bir saata yaxın vaxt sərf edən Heydər Əliyevin əsas məqsədi xalq musiqisi də daxil olmaqla, Azərbaycan milli adət-ənənələrinə öz dəstəyini və milli dəyərlərin özünüdərkin yüksəlməsində böyük əhəmiyyət kəsb etdiyini göstərmək idi.

Mən Prezidentin Cefri ilə görüşmək istəyini ona çatdıranda siyasətdən uzaq olan bu amerikalının dili ilə desək “böyük imperiyada SSRİ rəhbərlərindən biri, Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və DTK generalı olmuş” Heydər Əliyev ilə görüşün nə məqsəd daşıdığını anlaya bilmir və bir müddət sıxıntı keçirmişdi. Lakin Heydər Əliyevlə görüş, onun güclü xarizması, həmsöhbətləri ilə birbaşa ünsiyyət qurub eyni səviyyədə söhbət aparmaq qabiliyyəti Cefri Verbokun bütün sıxıntı və tərəddüdlərini, onun ilkin təəssüratını alt-üst etmişdi.

Heydər Əliyev ilə söhbət o qədər səmimi keçmişdi ki, Cefri hətta Prezidenti axşamkı konsertinə dəvət etmişdi. Söhbətin sonunda maraqlı bir an yaşandı: Cefri dəvətnamənin iki nəfərlik olduğunu və Prezidentin özü ilə konsertə bir nəfəri də gətirə biləcəyini qeyd etmişdi. Elə bu an Ceffri nə dediyinin fərqinə varmış, Prezident isə Cefrinin bu təklifinə ürəkdən uğunub gedərək, görüşə xoş bir ovqat qatıb amerikalı musiqiçinin arzu və istəkləri ilə maraqlanmış, onun fəaliyyətinin izləyəcəyini qeyd etmişdi.

Bu gün simvola çevrilmiş Prezident Heydər Əliyevlə söhbətdə “istədiyiniz adamı gətirə bilərsiniz” epizodu Cefri ilə görüş və toplantılarımızda ən isti və şirin əhvalat kimi həmişə xoş bir təbəssümlə xatırlanır.

Görüşdən çıxan digər önəmli bir mesaj isə Ceffri Verbokun Prezident Əliyevə verdiyi vəd idi: əgər Azərbaycan torpaqlarını geri qaytararsa, o, Qarabağın mədəni paytaxtı, Azərbaycan muğamının beşiyi olan Şuşada bir muğam məktəbinin qurulmasına və muğamın Qarabağa qaytarılmasına dəstək olaracağını bildirmişdi. Cefrinin bu arzusu səhərisi gün qəzet başlıqlarına çıxarıldı.

Prezident Heydər Əliyevlə görüş Cefri Verbokda o qədər böyük təəssürat oyatmışdı ki, o Azərbaycan muğamını dünyaya yaymaqla bərabər, həm də Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqla məşğul olmağa başladı. Cefri Verbok Birləşmış Ştatlarda “Amerika Muğam Cəmiyyəti” yaratmış, ABŞ, Kanada, İsrail və bir çox Avropa ölkələrində yüzlərlə konsert və mühazirələrlə çıxış etmiş və bu istiqamətdə öz fəaliyyətini hazırda da davam etdirir. O, daxil olduğu hər bir auditoriyada muğamın beşiyi, indi işğaldan azad olmuş Şuşa və Qarabağ haqqında söz açır, ölkəmizi çox yaxşı taniyan bir insan kimi Azərbaycana qara yaxmaq istəyən bədxahların cavablarını verir.

Muğamı Qarbağa qaytarmaq, ümummilli lider Heydər Əliyevə verdiyi vədi yerinə yetirmək üçün Cefri Verbok Qarabağdan köçkün düşmüş muğam barədə “Qədim nəğmə, gənc səslər” sənədli filmini ərfsəyə gətirmiş və 2-ci Qarabağ müharibəsi zamanı bu film cəmiyyətdə qələbə ruhunu qaldırmaq üçün Azərbaycan televiziya kanallarında nümayiş olunmuşdu.

Növbəti mərhələ Qarabağ torpaqlarının işğaldan azad olunduqdan sonra muğamın öz doğma yurdu Qarabağada bərqərar oluması üçün görülən işlərə Cefrinin göstərdiyi dəstəkdir. Bu barədə Cefri Verbokun “Şuşa, mənim sevgim” yeni filmində ətraflı bəhs olunur. Filmin ilk təqdimatı avqust ayının əvvəlində Bakıda Nizami kinoteatrında, ardınca Şuşa, Ağdam, Cəbrayıl və Laçında nümayiş olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyul 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri