Icma.az
close
up
RU
525ci qəzet Rəşad Məcidin yaradıcılığı haqqında... İmdat Avşar yazır

525ci qəzet Rəşad Məcidin yaradıcılığı haqqında... İmdat Avşar yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

İmdat AVŞAR

Çağdaş Azərbaycan ədəbiyyatının önəmli təmsilçilərindən biri olan Rəşad Məcid  duyğu və düşüncələrini şeir diliylə ifadə edərkən öz “səmimiyyətiylə” önə çıxır. Sadə bir dillə, yalın bir izahı mənimsəyən Rəşad Məcidin şeirlərini oxuyarkən, onun çəkdiyi acıların, yaşadığı sevinclərin, sarsıldığı ayrılıqların, yaşadığı məğlubiyyətlərinin, bitib-tükənməyən gözləməyinin izlərini görmək mümkündür. Bu səbəbdən gələcəkdə onun şeirləriylə əlaqəli araşdırma edənlər bu misraların izinə düşərək onun hayatı və yaşadıqlarıyla bağlı bir çox məlumatı əldə edə biləcəklər. 

Rəşad Məcid bu şeir anlayışıyla ədəbiyyata Türk Ədəbiyyatında “I. Yeni” şeir axımının qabaqcılı olan Orxan Vəli ilə eyni pərdədən səslənir. Rəşad Məcid də eynilə Orxan Vəli kimi gündəlik həyatı, həyatın axışını, bu axış içində gördüklərini, yaşadıqlarını, yaşanılanlar qarşısındakı duyğu və düşüncələrini kəlmələrin, məzmunların arxasına saxlamadan, içindən gəldiyi kimi şeirə tökür. Beləcə həyatın içindən gələn bu şeirlərin misralarından bir şair ömrü poetik bir irmaq kimi axıb gedir. Bir hava limanında sevgiliylə ayrılığın, on gün öncəsində göy üzündə yaşanan ayrılıq ağrısını xatırlatmasını təsvir edən aşağıdakı sətirlər şairin şəxsən yaşadıqlarından başqa bir  şey deyildir:

Birazdan gökte olacaksın, 
Bulutlardan yukarıda, 
Yıldızlara yakın,
...
On gün evvelki sesim 
Şüphesiz oralarda
On bin metre yüksekte dolaşıyor...

Rəşad Məcidin bu kitabında yer alan şeirlərindən sevgiyə həsr olunanların böyük bir qismi oxucuda sadəcə “bir” şəxsə yazılmış təəssüratı yaradır. Bütün bu şeirlər sitəm, həsrət, sevgi ilə inşa edilmiş bir dünyanı yıxıb, darmadağın edən o məchul şəxsə yönəlir... Onun həyatından, könlündən, ruhundan, hətta hüceyrələrindən ayrılıb, qopub gedən bu poetik qəhrəman, sanki bu şeirlərin də müəllifi və yaradıcısıdır... 

Şairin həyatındakı bu böyük “ayrılıq”, şairin ruhundan bu bir anda “gediş” ilə yaranan boşluq Rəşad Məcidin həsrət çəkən misralarıyla böyük bir burulğana çevrilir və bu burulğan sanki duyğular seli halında  axıb gələn şeir irmağını içinə çəkib ayrılıq, həsrət, giley-güzar və vəfasızlıq dənizinə sürükləyir:

Sen öyle telleri kırıp gittin ki 
Sen öyle yaralar vurup gittin ki 
Takati yok daha dözüp dayansın, 
Ne benim dünyamın,
            Ne bu dünyanın.


Rəşad Məcid ayrılıq dənizində, ümidsizcəsinə çırpınan misralarıyla bir “axtarış” içində adətən boğulan sətirlərin müəllifidir. Onu bu axtarışa yönəldən hiss iliklərinə qədər işləyən və sonra daşa dəyən sevginin zəif də olsa parlayan ümid işığıdır. Gedənin qayıdacağına aid şairin ürəyində cücərən bu ümid onun misralarında həsrətə, darıxmaq hissinə qarışaraq bir çağırışa dönür:

Az ya da çoktur deme, 
Bir günde iki görüş. 
Girmiş ise araya,
Acı söz, suni gülüş,
Bir daha gel, yine gel,
Yeni olsun bu geliş...

Rəşad Məcidin şeirlərindəki ümidə tutunaraq edilən bu çağırış  gedənin gəlməyişiylə başqa bir axtarışa çevrilir sanki, şairin bundan sonra aradığı şey “vəfa”dır. Ancaq gedənin “vəfasızlığı” onun şeirində ağrıya, acıya, giley-güzara dönüşür: 

Senin elin
Bataklıkta boğulanın 
Elini tutmaz...

Eşqin qədim kitabında qeyd olunmuş bütün aşiqlərin verdiyi ortaq bir hökm vardır: “Gözəllərdə vəfa yoxdur, axtarma!” 
Hətta Füzulî: 
“Gər dersə ki, Füzuli gözəllərdə vəfa var, 
Aldanma ki, şair sözü əlbəttə yalandır”
- etirafını edir. 

Ancaq Rəşad Məcidin ümidləri kiçik bir qığılcımla yenidən alovlanır, ürəyindəki sevgi ümidi yenidən pöhrələnir. Onda gedənin geri qayıdacağına aid ümidlər yox olmur, bu gözləyiş başqa şeirlərə, misralara sirayət edir:

Boğuluyorum sefaletin içinde, 
Hayat denilen
Bu bataklıktan
Çıkmaya gücüm kalmıyor
Bir yandan da sen gelmiyorsun.

Sevgilinin dönməyəcəyi gerçəyi ilə dəfələrlə qarşılaşan, amma bu gerçəyə inanmaq istəməyən Rəşad Məcid hər şair kimi bir təsəlli qapısı axtarır. Nəhayət xatirələri bağrına basaraq o qapını aralayan Rəşad Məcid də “Bir də gəlməyəcək sənin tək qadın” təsəllisinə sığınır. Bu təsəlliylə keçmişin xatirələriylə könlünü, ruhunu ovunduran şair az qala “sevgidə” kamilləşərək daha sonra başqa bir ayrılığın ruhunda yaratdığı sarsıntıları tərənnüm etməyə başlayır... 

Bu ikinci “ayrılıq” Rəşad Məcidin doğulub böyüdüyü yurdundan, torpağından ayrılıqdır. Onun bu kitabda yer almasa da, Qarabağda talan olmuş uşaqlığının və gəncliyinin şəhəri Ağdama, Laçına, Şuşaya yazdığı həsrət və özləm dolu şeirlərini bilirik. Bu kitabda yer alan və “Şuşa Dəftəri”  başlığıyla yazdığı şeirlərsə onun otuz il sonra vətən toprağıyla qovuşmağının tərənnümündən ibarətdir. 

Rəşad Məcid gözəllərdən bir vəfa görməsə də, vəfalı vətən toprağına qovuşduğu üçün xoşbəxtdir. Çünki, onun poetikasında o topraqlar heç dəyişmədən əsl sahiblərini gözləyən sadiq bir sevgilidir. “Mənim sadiq yarım qara topraqdır” deyərək əbədi gerçəyi dilə gətirən Aşıq Veysəl kimi  Rəşad Məcid də bu vəfa və sədaqət qarşısında heyranlığını gizləyə bilmir. Öldüyümüz zaman belə bizi bağrına basan vətən toprağıyla görüşməkdən, toprağın vəfasından dolayı özünü xoşbəxt sayır. Çünki otuz il öncə vətən torpağından ayrılan, ayrılmağa məcbur qalan şair yenidən o torpaqlara döndüyündə torpaq onu köksündə çobanyastığı, kəklikotu, lalələr, güllər və çiçəklərlə qarşılayır. İsa Bulağı da, Turşsu da, Kirs Dağı da, Cıdırdüzü də öz yerindədir və əsl sahiblərini gözləyirlər. Sədaqət timsali olan o torpaqlar şairi, dan yeri ağaranda Cıdırdüzündə, bir günorta vaxtı İsa Bulağında, bir axşam üstü Turşşu yaylasında gəzərkən illər öncəsinə, uşaqlıq illərinə geri qaytarır:

“Turşsu” dan doldurup şişeni
Bir demet çiçek derip
Yokuşa tırmanırken 
Baksan kendine...
Ey şair! İnan ki bu
Turşşu’yun hikmetidir, 
Seni geçmişe gönderiyor
Körpe çocuğa dönderiyor...

“Şuşa Dəftəri” Rəşad Məcidin Türkiyədə çıxan dördüncü kitabıdır. Daha əvvəl onun Türkiyədə “Bir Daha Gəlməyəcək (Şeirlər)”, “Dəlicəsinə” (Esselər), “Qələmsiz Yazılanlar”, (Sosial Media Ədəbiyyatı) adlı kitabları çap olunub. Türk oxucularının yaxından tanıdığı Rəşad Məcidin daha çox sərbəst vəzndə qələmə alınmış bu şeirlərinin də maraqla qarşılanacağını ümid edirəm. Bu kitabın çapa hazırlanmasında başda Türk Ədəbiyyatı Vəqfi Başkanı Sərhat Kabaklı olmakla, mənə hər işdə yardım edən “Türk Ədəbiyyatı Jurnalının”  yazı işləri üzrə müdiri Səadət Örməciyə təşəkkür edirəm.

11/08/2024- İstanbul   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Noyabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri