Icma.az
close
up
RU
Mənim xüsusi reseptlərim var, onları pasiyentlərimə fərdi şəkildə təqdim edirəm Tanınmış dietoloq

Mənim xüsusi reseptlərim var, onları pasiyentlərimə fərdi şəkildə təqdim edirəm Tanınmış dietoloq

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsanlar arasında geniş yayılan arıqlama üsullarından biri də detoks sularıdır.

Həqiqətən bu sular arıqlamağa kömək edirmi?

Redaktor.az-a mövzu ilə bağlı açıqlama verən dietoloq Ləman Süleymanova bildirdi ki, hər fəslin özünəməxsus qidalanma üsulu vardır:

"Qış fəslində daha kalorili qidalara üstünlük veririk. İmmunitetin normal fəaliyyəti üçün menyuda ət məhsulları daha çox yer tutur. Belə qidalar qışda daha rahat həzm olunur. Amma həmin qidaları yayda yemək düzgün deyil. Yay fəslinin də özəllikləri var. Qidalanma tempi yaşadığın şəraitə görə - hansı ölkədə, rayonda, istidə və ya ev şəraitində olmağından asılı olaraq dəyişir. Yayda insanlar əsasən istirahətdə olduqları üçün qidalanma vərdişləri də dəyişir. Ümumi yanaşma ilə desək, yayda daha yüngül qidalara üstünlük vermək məsləhətdir".

Dietoloqun sözlərinə görə, yayın ən vacib xüsusiyyətlərindən biri də metabolizmin daha aktiv olmasıdır.

"Bu isə qidaların daha rahat həzm olunmasına səbəb olur. Detoks suları da məhz bu fəslə xas qidalanma vasitələrindən sayılır.

Bəs detoks suyu dedikdə nə başa düşülür? Mütəxəssis kimi tövsiyə edirəm ki, detoks suları yalnız ev şəraitində və eyni gün hazırlanıb içilməlidir. Aptekdə və ya bəzi şirkətlər tərəfindən qablaşdırılaraq satılan detoks suları məsləhət deyil. Çünki həmin suların tərkibi artıq aktivliyini itirir və keyfiyyətli olmur.

Hazır formada göndərilən yeməklərin yanında təqdim olunan detoksların da tərkibinə əlavə maddələr qatılır. Bu isə sağlamlıq üçün risklidir. Ona görə detoks sularını evdə, mütəxəssis resepti ilə hazırlamaq daha məqsədəuyğundur.

Mənim xüsusi reseptlərim var və onları pasiyentlərimə fərdi şəkildə təqdim edirəm. Ancaq onu da qeyd etməliyəm ki, bəzi detoks qarışıqları mədə-bağırsaq və onikibarmaq bağırsaq xorası kimi xəstəlikləri olan şəxslər üçün uyğun deyil. Ona görə detoks istifadəsi mütləq fərdi şəkildə və peşəkar məsləhəti ilə olmalıdır.

Hazır, qablaşdırılmış və şübhəli tərkibli detoks sularından uzaq durun. Ən yaxşı seçim ev şəraitində, təbii inqrediyentlərlə və mütəxəssis nəzarəti altında hazırlanan detokslardır", - deyə L.Süleymanova bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see174

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see173

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see170

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see152

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see149

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see148

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see137

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see134

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see134

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see128

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see126

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri