Dələduzluqda təqsirləndirilən 71 yaşlı Nazim Xudaverdiyevin məhkəmə istintaqı başa çatdı
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə dələduzluqda təqsirləndirilən 71 yaşlı Nazim Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə sənədlərin tədqiqi mərhələsinin başa çatdığını və məhkəmə istintaqının bitdiyini elan edib.
Daha sonra dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Nazim Xudaverdiyevin 8 il azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti proses fevralın 12-nə təyin olunub.
Xatırladaq ki, ittihamda qeyd olunub ki, təqsirləndirilən şəxs “Our Orchards” MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub. N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Yanvar 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















