Icma.az
close
up
RU
Menstruasiya haqqında vacib məlumat. Bunu hər qadın bilməlidir!

Menstruasiya haqqında vacib məlumat. Bunu hər qadın bilməlidir!

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan “sarı cisim” əmələ gəlir.

Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır.

Progesteronun təsiri altında uşaqlığın divarı (endometrium) getdikcə qalınlaşmağa, böyüməyə başlayır, ödemləşir, qan damarları ilə zənginləşir ki, gələcəkdə lazım olduqda mayalanmış hüceyrənin qidalandırılması üçün burada münbit şərait yaranmış olur.

Ovulyasiyadan 10-14 gün sonrakı müddət ərzində hamiləlik baş vermədiyi halda sarı cismin dağılması baş verir. Hamiləliyin baş hormonu olan progesteron məhz sarı cisim tərəfindən hazırlandığı üçün, onun dağılmasından sonra bu hormonun hazırlanması prosesi də dayanır. Bunun nəticəsində qalınlaşmış endometrium qatı kifayət qədər qan ilə təchiz olunmur ki, bunun da nəticəsində bu qat məhv olaraq xaricə axmağa başlayır. Bu, məhz menstruasiyadır.

Beləliklə, hər menstruasiyanın sonunda uşaqlığın içərisində bir əl səthi qədər açıq yara sahəsi əmələ gəlir. Bundan sonra bu sahə təbii yolla bərpa olunaraq digər menstruasiyaya qədər yenidən inkişaf etməyə başlayır.

Normal halda menstruasiya zamanı qanaxma 3-7 gün davam edir. Bu zaman qadın orta hesabla 50-100 qram həcmində qan itirir. Menstruasiya dövrü 3 gündən az, 7 gündən çox davam etmiş olarsa, bu zaman baş verən qanaxma çox az və ya həddindən artıq çox olarsa, tez bir zaman ərzində həkim-ginekoloqa müraciət etmək tövsiyə edilir.

Menstruasiya zamanı ifraz olunan qan öz görünüşünə görə nisbətən daha tünd olur. Bu qan həmçinin tərkibinə görə, qan damarlarında dövr edən qan kütləsindən də fərqli olur.

Menstrual (aybaşı) tsikl zamanı qadın orqanizminin hormonal fonunda olan dəyişiklik ancaq cinsi sistemdə deyil, qadının digər orqan və sistemlərində də baş verir. Bəzi qadınlarda menstruasiya zamanı ürəkbulanma, ümumi zəiflik, baş gicəllənməsi, əsəbilik, süd vəzilərinin bir qədər bərkləşməsi və ağrılı olması baş verir. Bu zaman həmçinin, qan dövranı sistemində, arterial təzyiq göstəricilərində, tər ifraz edilməsində, həzm sisteminin bir sıra funksiyalarında da müxtəlif dəyişikliklər baş verir. Aybaşı günlərində vegetativ sinir sistemi də daha tez qıcıqlanma dərəcəsində olub, digər günlərə nisbətən daha gec sakitləşmiş olur.

Bütün bu əlamətlər, bir daha onu sübut edir ki, cinsiyyət hormonları yalnız cinsi orqanlara deyil, bütünlükdə qadın orqanizminin digər üzvlərinə də təsir edir.

Normal aybaşı tsiklinin (dövrünün) əsas əlaməti onun mütəmadi - requlyar şəkildə olmasıdır. Yəni aybaşı mütəmadi olaraq yalnız müəyyən müddətdən sonra (norma olaraq 28 gün hesab edilir) baş verir. Məsələn, sentyabr ayında olan aybaşı ondan qabaqkı aya görə 28 gündən sonra, oktyabr ayında isə 23 və ya 33 gündən sonra (əvvəlki aydan 5 gün əvvəl və ya 5 gün sonra) baş verərsə, bu, normal hal hesab olunur. Aybaşı gözlənilən tarixdən 10 gün və daha çox olmaqla tez və ya gec baş vermiş olarsa, mütləq həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Tsiklin bu şəkildə pozulması ciddi patoloji prosesin olmasının ilkin əlaməti ola bilər.

Əlbəttə ki, heç də bütün qadınlarda aybaşı tsikli 28 gün təşkil etmir. Əgər sizdə aybaşı tsikli 24 gün və ya məsələn, 32 gün təşkil edirsə, bu da normal fərdi menstrual tsikl hesab edlir. Bu zaman əsas göstərici menstruasiyaların mütəmadi (requlyar) şəkildə olmasına diqqət yetirmək lazımdır! Yəni abaşı 5 gündən artıq olmamaqla tez və ya gec baş vermiş olmasın.

Hər bir qadın öz aybaşı tsiklinin müddətini yaxşı bilməli və yazılı şəkildə öz tsiklinin təqvimini aparmalıdır (yəni, hər dəfə tsiklin başlanma və qurtarması tarixlərini qeyd etmək). Bu qadına aybaşı tsiklinin başlanmasından öncəki günlər ərzində ağır fiziki işlərlə məşğul olmaqdan çəkinməkdə, hamiləlik baş verdikdə onun müddətini düzgün təyin etməkdə kömək etmiş olur. Aybaşı tsiklinin təqviminin aparılması, həmçinin aybaşı tsiklində olan hər hansı bir pozğunluqların vaxtında müəyyən edilməsinə və gecikmədən həkimə müraciət olunmasına imkan verir.

Aybaşı dövrü – funksiya etibarı ilə bir neçə “quruluşlar” (baş beyini qabığı, hipotalamus, hipofiz), həmçinin qadın cinsiyyət üzvləri (yumurtalıqlar, uşaqlıq) tərəfindən tənzimlənir. Bu sistemlər bir-biri ilə əlaqəli olduğundan növbəti aybaşı tsiklinin pozulması onların hər birindən asılı ola bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:285
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri