Icma.az
close
up
RU
Menstruasiyanın ləngiməsi səbəbləri

Menstruasiyanın ləngiməsi səbəbləri

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aybaşının ləngiməsi müxtəlif ginekoloji xəstəliklər, məsələn, uşaqlığın və yumurtalıqların iltihabı, uşaqlığın mioması (xoşxassəli şişi), onkoloji xəstəliklər və s. səbəblərdən baş verə bilər.

Mütəmadi olaraq menstruasiyanın ləngiməsi yumurtalıqların polikistoz xəstəliyi üçün xarakterik hesab edilir.

Aybaşının ləngiməsi, həmçinin uşaqsalmadan (abort) sonra da baş verə bilər. Bunun səbəbi isə - uşaqsalmadan sonra pozulmuş hormonal tarazlıq, həmçinin uşaqlığın özündə olan patoloji dəyişikliklər. Yəni, uşaqsalmadan sonra aybaşı 28-32 gündən sonra yox, 40 gün və daha artıq müddətdən sonra baş verə bilər. Belə ləngimə normal hesab edilə bilməz və qadının müayinə və müalicə olunmasını tələb edir.

Aybaşının ləngiməsinin səbəbi oral (ağızdan qəbul edilən) kontraseptivlərin (hamiləlik əleyhinə dərman preparatları) qəbul edilməsi də ola bilər. Preparatın qəbul edilməsi dövründə və ya onun qəbulunu dayandırdıqdan sonrakı müddət ərzində bir neçə aybaşı tsikli olmaya bilər. Bu, yumurtalıqların hipertormozlanması sindromu adlanır. Yumurtalıqların hipertormozlanması sindromuna təsadüf edildiyi halda, oral kontraseptivlərin qəbulu dayandırılır. Adətən, oral kontraseptiv preparatların qəbulu dayandırıldıqdan sonrakı 2-3 ay (maksimum 6 ay) müddətində yumurtalıqların funksiyası bərpa olunur. Aybaşının olmaması göstərilən müddətlərdən artıq olarsa, bu zaman mütləq həkim-ginekoloqa müraciət etmək lazımdır.

Uzun müddətli zəif və orta dərəcəli streslər və ya qısamüddətli güclü streslər – yumurtalıqların və uşaqlığın fəaliyyətini tənzimləyən baş beyini qabığı və hipotalamusun fəaliyyətinin normal gedişinin pozulmasına da səbəb ola bilər. Buna misal olaraq hərbi vəziyyət zamanı qadınlarda baş verən amenoreyanı (aybaşının olmaması) göstərmək olar. Bu zaman baş verən güclü streslər şəraitində qadınlarda menstruasiyalar bir neçə il müddətinə kəsilir. Ancaq heç bir müalicə aparmadan streslər qurtardıqdan sonra aybaşının öz-özünə bərpa olunacağına ümid etmək də olmaz. Çünki bir çox hallarda aybaşı tsikli bərpa olunmaya da bilər. Buna görə də səbəbindən asılı olmayaraq aybaşı tsiklinin pozulması zamanı həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Qadın, ginekoloq tərəfindən tam şəkildə müayinə olunduqdan sonra tələbat olduğu halda digər mütəxəssislərin (nevropatoloq, endokrinoloq və s.) də müayinəsinə göndərilə bilər.

Menstruasiyanın xeyli müddət ərzində olmamasının səbəblərindən biri də qadının çəkisinin xeyli dərəcədə və sürətli şəkildə azalması da ola bilər. Arıq olmağın dəbdə olmasına uyaraq bir çox “müasir” qızlar özlərini xeyli dərəcədə arıqladaraq çəkilərini kritik menstrual çəki (45-47 kq ) həddinə çatdırırlar ki, bu da aybaşının uzun müddətə kəsilməsinə səbəb olur.

Aybaşının kəsilməsinin ən təbii səbəbi - hamiləlikdir. Hamiləlik vaxtı endokrin sisteminin fəaliyyətində xeyli dərəcədə dəyişikliklər baş verir: hipofiz vəzi aktiv şəkildə prolaktin hormonu hazırlamağa başlayır ki, o da bir tərəfdən laktasiyanı (döş vəzisində südün hazırlanması) stimullaşdırır, eyni zamanda isə ovulyasiyanı dayandırır.

Hamiləliyi təsdiq etmək üçün hamiləlik testindən istifadə edirlər. Bu test sidikdə spesifik “hamiləlik hormonu” olan - xorionik qonadotropinin (XQ) olması və ya olmamasını müəyyən edir.

Qadınlar onu da bilməlidirlər ki, bəzi onkoloji - şiş xəstəliklərində də xorionik qonadotropinin (XQ) ifrazı baş verir. Bu isə səhv olaraq “müsbət” hamiləlik testi kimi qəbul edilə bilər.

Bundan savayı, qadınlar onu da bilməlidirlər ki, aybaşının kəsilməsi həm uşaqlıqdaxili hamiləlikdə, həm də uşaqlıqdankənar hamiləlikdə də (bu zaman rüşeym hüceyrəsi uşaqlıq borusu, yumurtalıq və qarın boşluğuna birləşmiş olur) baş verir. Hər iki halda (həm uşaqlıqdaxili, həm də uşaqlıqdankənar hamiləlik zamanı) hamiləlik testi müsbət olur. Uşaqlıqdankənar hamiləlik qadının sağlamlığı və hətta həyatı üçün çox təhlükəli bir hal hesab edilərək təcili şəkildə ləğv edilməlidir. Buna görə də hamiləliyin ilk əlamətləri başlayan kimi mütləq həkim-ginekoloqa müraciət etmək tələb olunur. Aparılan müayinələr nəticəsində həkim hamiləlik faktının olmasını, həmçinin onun uşaqlıqdaxili və ya uşaqlıqdankənar olmasını müəyyən edə bilir.

Laktasiya da – aybaşının olmamasının təbii səbəblərindən biridir. Adətən, ana körpəsini yalnız əmizdirməklə qidalandırdığı zaman, prolaktin hormonu ovulyasiyanı dayandırır – və laktasion amenoreya (körpənin ana südü ilə qidalandırılması zamanı menstruasiyanın kəsilməsi) baş verir ki, bu da uşağın 1 yaşınadək və daha artıq müddət ərzində (uşağın əmizdirilməsi qurtarana qədər) davam edir. Bəzi hallarda isə kifayət qədər laktasiyanın olduğu müddət ərzində qadınların aybaşı tsikli tez bir zamanda bərpa olunur. Ona görə də qadınlar bilməlidirlər ki, doğuşdan sonra aybaşının olmaması və uşağın normal əmizdirilməsi dövründə hamiləliyin baş verməməsinə 100% təminat vermək olmaz. Buna görə də onlar hətta bu dövrdə də hamiləlikdən qorunmanın (kontrasepsiya) müvafiq üsullarından istifadə etməlidirlər.

Əgər qadın, ümumiyyətlə, uşağı əmizdirmirsə və ya onun südü çox azdırsa, adətən, doğuşdan 2-3 ay sonra menstruasiya tsikli bərpa olunur.

Beləliklə, nəticələri qeyd edək:

- qadın özünün aybaşı tsiklinin müddətini bilməli,

- aybaşı tsiklinin müntəzəm (requlyar) olmasına nəzarət etməli,

- ilkin tsikl pozğunluqları baş verən kimi, tez bir zamanda həkimə müraciət etməlidir. Həkim-ginekoloq tərəfindən aparılan müayinələr, bir çox hallarda, təcili cərrahi müdaxilə tələb edilən halların (uşaqlıqdankənar hamiləlik, onkoloji - şiş xəstəlikləri və s.) vaxtında müəyyən edilməsinə imkan verir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri