Icma.az
close
up
RU
Mentalitet heç vaxt hüquq kitabını oxumur: Abort tendensiyası artmaqda davam edəcək

Mentalitet heç vaxt hüquq kitabını oxumur: Abort tendensiyası artmaqda davam edəcək

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək.

Bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vurulduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni zamanda layihəyə əsasən, həmin əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Sosioloq Yusif Nəbiyev Sherg.az-a bildirib ki, abortların artmasının arxasında duran səbəblər təkcə tibbi deyil:


“Burada cinsiyyət əsaslı selektiv abortlar kifayət qədər böyük paya sahibdir. Hansı ki, əksər vaxtlarda bu seçim oğul övladlarının xeyrinə edilir. Doğulacaq uşaqlarının qız olmasıni öyrənən bəzi valideynlər abort qərarı verirlər. Sırf bu qəbil selektiv abortlar göstərir ki, cəmiyyətin qadına münasibəti hələ də tam korrektə olunmayıb. Təəssüf ki, hələ də "qız uşağı baş ağrısıdır" ya da "qız uşağı köçəri quşdur" kimi deyimlər bir çox ailənin qərarlarında rol oynayır. Bu yanaşmanın kökündə, aydın məsələdir ki, patriarxal dəyərlər sistemi durur. Oğlan övladı haqqında cəmiyyətdə yerləşik hala gəlmiş "ailə soyadını davam etdirir", "böyüyəndə ata-ananın dayağı olur", "qızı ərə verirlər, yad evə gedir" kimi düşüncələr patriarxal cəmiyyətlərə çox xarakterik olur”.


Ekspertin sözlərinə görə miras məsələsində də oxşar arqumentasiyalar var:

“Köhnə torpaq münasibətlərindən gələn yanaşma var ki, "torpaq oğlanda qalmalıdır ki, ailənin bir yurdu, ocağı olsun." Hazırda ölkəmizdə hüquqi sistem bu yanaşmanı qüvvədən salsa da, mədəni təsirlər (o cümlədən mentalitet) elə bir iqtisadi şərait yaradıb ki, həqiqətən də torpaq, ev kimi məsələlər əksərən kişilərin yükü kimi qəbul olunur. Mən ona görə həmişə deyirəm ki, hüquq tez-tez mentalitetə boylanır. Amma mentalitet heç vaxt hüquq kitabını oxumur.  Amma qeyd etmək istərdim ki, abort saylarının son dövrlərdə artış göstərməsi cinsi selektiv abortlar nəticəsində olmamışdır. Tam tərsinə, get-gedə qız övladlarını daha çox qəbul edir, sevir və arzulayırıq. Razıyam ki, oğlan uşağı istəyən valideynlərin sayı hələ də çoxdur, amma keçmişlə müqayisə etsək aradakı fərq xeyli azalıb. Abort sayındakı kəskin artış evlilikdən kənar münasibətlərdəki kəskin artış və bu fonda qalınan hamiləliklərin mütləq mənada abortla sonlandırılmasıdır. İstər sivil səviyyədə, istərsə də insan alveri kontekstində evlilik kənarı cinsi münasibətlərin bu qədər artması və əlçatanlaşması abort tendensiyasını artırmaqda davam edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri