“Mentor Klinika layihəsi regionlarda tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək” Zamirə Ədilova
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Şəmkir Rayon Mərkəzi Xəstəxanasında keçirilən media-tur zamanı bildirib ki, qurumun “2025–2027-ci illər üzrə Strateji Planı” çərçivəsində regionlarda tibbi xidmətlərin keyfiyyətini yüksəltmək üçün “Mentor Klinika” layihəsinə rəsmi olaraq başlanılıb.
SİA xəbər verir ki, onun sözlərinə görə, layihənin əsas məqsədi paytaxt və böyük şəhərlərdə formalaşmış tibbi potensialı regionlara yönəltməklə xidmətlərin əlçatanlığını genişləndirmək və Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır:
“Mentor klinika statusu alan tibb müəssisələri bölgələrə həkim dəstəyi göstərəcək, tibb bacılarının təlimlərini həyata keçirəcək, xidmət çeşidini artıracaq və idarəetmə üzrə məsləhətçi funksiyasını icra edəcək”.
Z.Ədilova əlavə edib ki, hazırda tibbi xidmətlərin 55%-i Bakı, Sumqayıt və Abşeronda, 45%-i isə regionlarda göstərilir. Onun sözlərinə görə, layihənin pilot mərhələsi bir il ərzində icra olunacaq və prosesin bölgələrdə səhiyyə infrastrukturunun balanslı şəkildə inkişafına ciddi töhfə verməsi gözlənilir:
“Biz hesab edirik ki, bu təşəbbüs regionlarda müasir tibbi xidmətlərin daha geniş tətbiqinə və əhalinin keyfiyyətli səhiyyəyə çıxışının yaxşılaşmasına səbəb olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 28 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















