Icma.az
close
up
RU
Mənzilimi alan adam qonşumla qohum oldu Vasif ƏLİHÜSEYN yazır...

Mənzilimi alan adam qonşumla qohum oldu Vasif ƏLİHÜSEYN yazır...

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Ömrümün 12 ilini Bakının Kürdəxanı qəsəbəsində yaşamışam. Təsadüf nəticəsində bu qəsəbədə torpaq alıb ev tikmişdik. Rəhmətlik anamın bu evin tikilməsində böyük zəhməti olmuşdu. Atam Rusiyada işləyib pul göndərirdi, anam isə evi tikdirirdi. Onda mən hərbi xidmətimi yenicə başa vurmuşdum. İllər keçdikdən sonra ailə qurdum, işlərim şəhərdə olduğundan Kürdəxanıda yaşamaq mənim üçün çətinlik yaratdı.

Ona görə də qərara aldıq ki, evi satıb yaşayış yerimi Xırdalana dəyişim. Evi Kürdəxanıda satışa çıxardım, qəsəbədəki əmlakçılara elan verdim. Lakin üstündən 2 il vaxt keçməsinə baxmayaraq evi sata bilmədim. Qərara aldım ki, ev alqı-satqısı ilə məşhur olan “bibi” ləqəbli əmlakçı Zeynəb Qaraşovanı dəvət edim. Zeynəb xanım evimi çəkiliş edib sosial şəbəkə hesabında paylaşsa da heç qapımı açan olmadı. Görünür qismət deyilmiş. 

Evi belə uzun müddətdir ki, sata bilməməyim ailədə də söz-söhbətə səbəb olurdu. Deyirdilər ki, bir evi sata bilmirsən. Liderliklə bağlı xeyli kitablar oxusam da, satışla bağlı elə bir kitab oxumamışdım və bu haqda elə də məlumatlı deyildim. Düşünürdüm ki, necə edim ki, evimi satım? Bir müddət öncə oxuduğum Piter Kouterin “İnandırmaq və təqdim etmək” adlı kitabını yenidən oxudum. Gördüm ki, burda satış və təqdimetmə ilə bağlı  maraqlı məsləhətlər var. Kitabdakı təcrübələrdən istifadə edib evimin elanını əmlak saytlarında yerləşdirdim. 

Çox keçmədi ki, müştərilər evimlə maraqlanmağa başladılar. Elə gün olurdu iki müştəri gəlib evə baxırdı. Günlərin birində isə fikri ciddi olan müştərimi tapdım və ona endirim edərək satışımı həyata keçirdim. 

O gün isə baxdım ki, evimdə nişan mərasimi keçirilib. Qonşular dedilər ki, evini alan adam qızını qonşunun oğluna verdi, qohum oldular. Sevindim. Allah xoşbəxt eləsin. Demək ki, qismət beləymiş. Mən isə Xırdalanda mənzil alıb ora köçmüşəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Fevral 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri