Icma.az
close
up
RU
Mənzillər bahalaşacaq, kommunal xərclər azalacaq Yeni qanun nə vəd edir?

Mənzillər bahalaşacaq, kommunal xərclər azalacaq Yeni qanun nə vəd edir?

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda yeni tikilən yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması ilə bağlı yeni tələb müəyyən edilir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sentyabrın 18-də keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub. Yeni tələbin qoyulmasının yeni binalarda mənzillərin qiymətinə necə təsir göstərəcəyi gündəmə gəlir.

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı İqtisadiyyat.az-a bildirib ki, bu qərar yalnız texniki yenilik deyil, həm də ölkənin dayanıqlı inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, enerji effektivliyi pasportları binanın izolyasiya göstəricilərini, enerji sərfiyyatını və ümumi səmərəliliyini əks etdirən rəsmi sənəddir: “Bu tələbin tətbiqi ilə tikinti sektorunda keyfiyyət standartları yüksələcək, ölkədə enerji israfı azalacaq, ekoloji yük yüngülləşəcək. Həm də bu addım “yaşıl iqtisadiyyat” və iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində Azərbaycanın beynəlxalq öhdəliklərinə cavab verir”.

Sədr müavini vurğulayıb ki, ilkin mərhələdə tikinti şirkətləri üçün müəyyən əlavə xərclər yaransa da, uzunmüddətli perspektivdə bu tələblər mənzillərin bazar dəyərini orta hesabla 15-20% artıracaq: “Çünki alıcılar artıq yalnız mənzilin sahəsinə və yerləşdiyi ünvana deyil, həm də onun enerji qənaətcilliyinə diqqət yetirəcəklər. Bu da mənzil bazarında yeni seqmentin formalaşmasına, keyfiyyətli və enerjiyə qənaətcil binaların premium kateqoriyaya çevrilməsinə səbəb olacaq. Nəticədə yeni tikililərin qiymətləri mərhələli şəkildə artacaq, köhnə binalarla qiymət fərqi isə daha da dərinləşəcək”.

G.İsmayılqızı söyləyib ki, bu dəyişikliklər tikinti şirkətləri üçün həm çağırış, həm də böyük fürsətdir: “Müasir izolyasiya texnologiyalarını, enerjiyə qənaətcil materialları, smart-home və avtomatlaşdırma həllərini tətbiq edən şirkətlər rəqabətdə üstün mövqe qazanacaq. Bu yanaşma onların brend dəyərini artıracaq, investorların və bank sektorunun etimadını gücləndirəcək və uzunmüddətli perspektivdə kapitallaşmanı sürətləndirəcək. Azərbaycanın tikinti sektoru keyfiyyətcə yeni mərhələyə çıxacaq və 2025–2030-cu illərdə bazarın strukturunu tamamilə dəyişdirməsi gözlənilir”.

Sədr müavini əlavə edib ki, enerji səmərəli binaların çoxalması vətəndaşların kommunal xərclərini orta hesabla 10-15%-ə qədər azaldacaq, ailə büdcəsinə qənaət edəcək, eyni zamanda ölkənin enerji balansında yüklənməni azaldacaq:

“Azalan enerji sərfiyyatı karbon emissiyalarının aşağı düşməsinə, daha təmiz hava və sağlam şəhər mühitinə səbəb olacaq. Enerji effektivliyi pasportlaşdırılmasının məcburi tətbiqi Azərbaycan tikinti sektorunu keyfiyyətcə yeni mərhələyə daşıyır. Bu, dövlətin strateji məqsədlərinə uyğun olaraq həm ekoloji, həm sosial, həm də iqtisadi üstünlüklər təmin edir. İndi əsas vəzifə bütün bazar iştirakçılarının  dövlət qurumlarının, tikinti şirkətlərinin və alıcıların bu yeni reallığa uyğunlaşması və prosesin şəffaf, mərhələli və peşəkar şəkildə həyata keçirilməsidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri