Icma.az
close
up
RU
Mənzum pyeslərin ilk qadın müəllifi

Mənzum pyeslərin ilk qadın müəllifi

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 may, AZƏRTAC

Vəfatından illər ötsə də, Əməkdar incəsənət xadimi Kəmalə Ağayevanın yaradıcılığı və ədəbi irsi həmişə öz aktuallığını qoruyub saxlayır. Onun poetik dünyası, dram əsərləri, pedaqoqluğu, tərcüməçiliyi, publisistikası özünəməxsus idi. İllər keçsə də, onun yeri həmişə görünəcək...

AZƏRTAC Azərbaycan ədəbiyyatı və milli teatr tariximizə mənzum pyeslərin ilk qadın müəllifi kimi daxil olan Kəmalə Ağayevanın yaradıcılıq yolunu xatırlayır.

O, 1936-cı ildə Naxçıvan şəhərində dünyaya göz açıb, 1953-cü ildə Naxçıvan şəhər 2 nömrəli orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə qəbul olub. Ədəbiyyata, şeirə, teatra böyük marağı olan Kəmalə tələbəlik illərində institutda fəaliyyət göstərən Hüseyn Arifin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən biri olub. İnstitutda tələbə-şair kimi tanınan Kəmalə dördüncü kursda oxuyarkən “Hilal olaydım” adlı ilk şeirini “Azərbaycan” jurnalında çap etdirib. Eyni şeir qısa müddət sonra tanınmış diktor Aydın Qaradağlının ifasında Azərbaycan radiosunda səslənib.

Ali təhsilini başa vuraraq Naxçıvana dönən gənc müəllimə Babək rayonunun Şıxmahmud kəndində pedaqoji fəaliyyətə başlayıb. Pedaqoji fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılığı da eyni həvəs və coşqu ilə davam etdirib. “Baharın sözü” adlanan ilk şeirlər kitabı işıq üzü görüb, sonralar dramaturgiya sahəsində də qələmini sınayıb, dörd pərdədən ibarət “Məhsəti” mənzum faciəsi böyük marağa səbəb olub. Şairənin sonrakı illərdə “Gül yarpağı”, “Sən olmasaydın”, “Arpaçayın nəğməsi”, “Daş piyalə”, “O dağlarda gözüm qaldı”, “Tanrıya heyranam mən”, “Apardı sellər Saranı”, “Vətənə sevdalıyam”, “Qönçələr”, “Könül verdiyim ellər”, “Əlixan məhəlləsi”, “Ay-ulduzlu gülüstanım” adlı kitabları çap olunub, “Məhsəti”, “Bir gül kimi” və “Sevdim Türkiyəni” kitabları Türkiyədə işıq üzü görüb.

1958-ci ildə Yazıçılar İttifaqının Naxçıvanda keçirilən səyyar plenumunda Rəsul Rza onun “Gənclik” şeirinə xüsusi diqqət yetirərək ittifaqa üzv qəbul olunmasını tövsiyə edib. O, Naxçıvanda SSRİ Yazıçılar İttifaqının ilk qadın üzvü olub.

1964-cü ildə yeni tikilmiş Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Məhsəti” mənzum pyesinin ilk premyerası olub. Bununla o, daha bir ilkə imza atıb - Azərbaycan dramaturgiyası tarixində mənzum pyes yazan ilk qadın olub.

Teatr fəaliyyəti sahəsində seçilən Kəmalə Ağayeva 1968-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdiri vəzifəsinə təyin olunub və düz 22 il həmin vəzifədə çalışıb. Daha sonra eyni vəzifədə 13 il də Naxçıvan Dövlət Kukla Teatrında işləyib. Həmin illərdə onun “İsmət”, “Apardı sellər Saranı”, “Göyçək Fatma”, “Məlikməmməd” kimi əsərləri səhnəyə qoyulub və uzun illər həmin tamaşalar teatr repertuarında yer alıb.

Onun əsərləri bir çox xarici dillərə tərcümə olunub, özü isə fransız şairlərinin şeirlərini Azərbaycan dilinə çevirib. Kəmalə Ağayeva müxtəlif illərdə ABŞ, Fransa, Türkiyə və Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib, poeziya və teatr sahəsində xidmətlərinə görə müxtəlif mükafat və fəxri fərmanlara layiq görülüb. O, həmçinin Azərbaycan SSR və müstəqil Azərbaycanın Əməkdar mədəniyyət və incəsənət xadimi fəxri adlarına layiq görülüb.

Onun şeirlərinə bəstələnən 30-dan artıq mahnı teleradio dalğalarında səsləndirilərək geniş dinləyici auditoriyası qazanıb. 1976-cı ildə onun "O, bizim dağların oğludur", 1996-cı ildə isə "Apardı sellər Saranı" mənzum pyesləri televiziyada nümayiş olunub.

Kəmalə xanım həm də ictimai-siyasi fəaliyyəti ilə tanınıb, 25 ildən artıq Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin üzvü, iki çağırış Naxçıvan Şəhər Sovetinin deputatı olub.

Dedilər dağlarda bitən çiçəksən,

Mən onun ətrini almağa gəldim.

Dedilər döyünən odlu ürəksən,

O oddan könlümə salmağa gəldim.

Vətən torpağında bitən ətirli çiçək kimi öz əsərləri ilə könüllərə xoş rayihə bəxş edən şairə 2019-cu ildə bu dünyaya əlvida dedi. Zəngin yaradıcılığı, bənzərsiz poeziyası, qadın dramaturq kimi öncül mövqeyi və pedaqoji fəaliyyəti ilə Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoyan Kəmalə Ağayeva daim mənsub olduğu xalqın qəlbində yaşayacaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri