Icma.az
close
up
RU
Tarixi anlaşmanın müəllifi

Tarixi anlaşmanın müəllifi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan prezidentinin 8 avqustu “böyük diplomatik nailiyyət” adlandırması həqiqətən yeni bir regional mərhələnin başlanğıcıdırmı? Bu gün Ermənistan hansı siyasi və geosiyasi şərtlər nəticəsində “müharibə məntiqindən sülh məntiqinə” keçmək məcburiyyətində qaldı? Və ən vacib sual: bu tarixi şansı İrəvan özü formalaşdırdı, yoxsa Bakı tərəfindən yaradılmış sülh gündəliyinin zərurəti idi?

Siyasi analitik baxış bu suallara cavab tapmağa çalışır. Çünki 8 avqust Azərbaycanın təşəbbüslərinin bölgədə necə “məcburi reallıq” yaratdığını göstərən bariz nümunədir.

İlk olaraq siyasi analitik kimi ən mühüm suala cavab vermək istəyirəm ki, Ermənistan niyə məhz indi, illərlə davam edən müharibə ritorikasından sonra, “müharibə məntiqindən sülh məntiqinə” keçid etdiyini bəyan etdi? Sualın cavabı təkcə İrəvanın daxili siyasi motivlərində deyil, daha çox Bakının formalaşdırdığı regional reallıqlarda gizlidir.

Birincisi, Bakı postmüharibə mərhələsində strateji təşəbbüskar oldu. Azərbaycan Prezidenti İlham Əliyev ard-arda konkret sülh təklifləri irəli sürdü – sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması, qarşılıqlı ərazi bütövlüyünün tanınması. Prezident tərəfindən bu təkliflər beynəlxalq hüquq prinsiplərinə söykənərək təqdim edilirdi və region dövlətləri, o cümlədən vasitəçi aktorlar tərəfindən dəstəklənirdi. Beləliklə, Ermənistan özünü beynəlxalq təzyiqlərin ortasında gördü: ya Bakının təqdim etdiyi gündəliyi qəbul etmək, ya da tam təcrid riskini yaşamaq.

İkincisi, Azərbaycanın diplomatiyası hərbi qələbədən sonra sərt güc ritorikasına deyil, yumşaq güc elementlərinə əsaslandı. Bakı regiondakı bütün tərəflərə – hətta Ermənistana da – iqtisadi əməkdaşlıq, ticarət, enerji və nəqliyyat layihələrində iştirak imkanları təklif etdi. Əslində, bunlar Ermənistana ilk baxışdan “çoxvariantlılıq” kimi göründü: yəni, sülh yolu seçilərsə, regional layihələrə qoşulmaq və izolyasiyadan çıxmaq mümkündür. Əgər Azərbaycan bu xətti davamlı şəkildə saxlamasaydı, Ermənistanın daxili auditoriyası qarşısında 8 avqustu “sülh məntiqinin qələbəsi” kimi təqdim etməsi inandırıcı olmazdı.

Üçüncüsü, Ermənistanın öz daxili siyasi və sosial reallıqları onu seçim qarşısında qoydu. Davamlı müharibə ritorikası nə iqtisadi inkişaf, nə də ictimai legitimlik gətirirdi. Cəmiyyət yorulmuşdu, dövlət institusiyaları zəifləmişdi, iqtisadi perspektivlər daralmışdı. Belə bir şəraitdə sülh məntiqini qəbul etmək yalnız rasional çıxış yolu kimi görünürdü. Elə bu məqamda Azərbaycan sanki “özünəməxsus sülh” modelini tətbiq etmiş oldu: hərbi güclə formalaşdırılmış yeni status-kvo və ardınca diplomatik təşəbbüslər.

Nəhayət, geosiyasi mühit də Ermənistanın seçimlərini məhdudlaşdırdı. Ukrayna müharibəsindən sonra Qərb-Rusiya qarşıdurması dərinləşdi, regional kommunikasiya xətləri qlobal enerji və nəqliyyat şəbəkələri ilə daha sıx əlaqələndirilməyə başlandı. Ermənistanın bu şəbəkələrdən kənarda qalması strateji intihar olardı. Azərbaycanın təklif etdiyi gündəlik isə əksinə, İrəvanı həm Şərqə, həm də Qərbə bağlayan körpülərə çıxış imkanı verirdi.

Məhz bütün bu amillər birləşərək 8 avqustu İrəvan üçün “tarixi dönüş günü”nə çevirdi. Ermənistan prezidentinin bunu “böyük diplomatik nailiyyət” adlandırması, əslində, Ermənistan diplomatiyasının yox, Azərbaycanın sistemli və ardıcıl siyasətinin nəticəsi idi.

***

Maraqlıdır, bəs Ermənistan bu tarixi şansı özü yarada bilərdimi? Realist baxış bunu mümkün saymır. İrəvanın resursları məhdud, iqtisadiyyatı blokadaya yaxın vəziyyətdə və təhlükəsizlik vəziyyəti mürəkkəbdir. Belə bir kontekstdə sülh narrativini müstəqil şəkildə formalaşdırmaq praktiki olaraq qeyri-mümkün idi. Azərbaycan qalib tərəf olaraq regional nizamı müəyyənləşdirdi və yalnız hərbi üstünlük deyil, həm də diplomatik və iqtisadi alətlərlə bu nizamı möhkəmləndirdi. Bakı postmüharibə mərhələsində kommunikasiya xətlərini açmaq, ticarət və enerji layihələrinə inteqrasiya imkanları yaratmaq, eyni zamanda, sərhədlərin delimitasiyası və sülh müqaviləsi kimi siyasi-hüquqi mexanizmləri təqdim etməklə İrəvanın seçim imkanlarını məhdudlaşdırdı. Məhz bu reallıqlar göstərir ki, Ermənistan ya Bakının gündəliyini qəbul etməli, ya da strateji təcrid və iqtisadi daralmayla üzləşməli idi. Maraqlıdır ki, əgər İrəvan bu şansı öz təşəbbüsü ilə yaratmağa çalışsaydı, sülh narrativi indiki qədər davamlı və inandırıcı olardımı? Cavab aydındır: ehtimal çox aşağıdır, çünki bu şansın konkret icra mexanizmi və iqtisadi-dividend dəstəyi yalnız Azərbaycanın təqdim etdiyi çərçivədə mövcuddur.

***

8 avqustu şərtləndirən pozitiv amillər yalnız Azərbaycanın sülh gündəliyi ilə məhdudlaşmır; onlar həm də regional və daxili konfiqurasiyalardan irəli gəlir. Qərb–Rusiya münasibətlərindəki gərginlik Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdi, region dövlətləri üçün sülhün strateji əhəmiyyətini artırdı. Belə bir şəraitdə Ermənistan sülh gündəliyini qəbul etməklə yalnız qonşu ölkələrlə münasibətlərini normallaşdırmır, eyni zamanda, özünü “təhlükəsiz tərəfdaş” kimi təqdim etməyə imkan qazandı.

Bundan əlavə, Azərbaycanın iqtisadi çəkisi və regional liderliyi 8 avqustu şərtləndirən əsas amillərdən biridir. Bakı enerji, logistika və maliyyə resurslarını strateji üstünlük kimi istifadə edərək “güc vasitəsilə sülh” modelini iqtisadi dividendlərlə tamamladı. Bunlar İrəvan üçün yalnız diplomatik seçim deyil, həm də konkret iqtisadi imkanların və resursların mövcudluğu məsələsi oldu; Ermənistan bu imkanlardan kənarda qalmaq riski ilə üzləşdi. Daxili siyasi kontekst də önəmlidir. Ermənistan rəhbərliyi anlayır ki, sabitlik olmadan iqtisadi islahatlar və sosial dayanıqlılıq uğur qazana bilməz. Məhz bu baxımdan sülh yalnız xarici siyasət addımı deyil, daxili etimadın və sosial sabitlliyin təminatçısıdır.

Nəhayət, Azərbaycan–Türkiyə strateji müttəfiqliyi Ermənistanın seçim imkanlarını daraltdı. Çünki Ankara ilə normallaşma yalnız Bakı ilə sülh kontekstində mümkün idi. Beləliklə, bütün bu amillər birləşərək 8 avqustu Ermənistan üçün yalnız simvolik deyil, həm də strateji və praktik baxımdan tarixi dönüş günü kimi müəyyənləşdirdi.

***

Ermənistan ptrezidenti 8 avqustu “böyük diplomatik nailiyyət” kimi təqdim edir, amma bu nailiyyətin arxasında əsas hərəkətverici qüvvə Azərbaycanın sülh gündəliyidir. Bakı postmüharibə mərhələsində diplomatik və iqtisadi vasitələrdən istifadə edərək regionda yeni nizam yaratdı. Azərbaycanın təşəbbüsləri Ermənistanı danışıqlar masasına gətirdi və onun mövqeyini “müharibə məntiqindən sülh məntiqinə” çevirməyə imkan verdi.

Azərbaycanın mövqeyi həm strateji, həm də iqtisadi baxımdan aydın idi: regionun enerji, nəqliyyat və ticarət dəhlizlərini öz təşəbbüsü ilə əlaqələndirmək, davamlı regional əməkdaşlıq mühiti yaratmaq və Ermənistanın bu prosesdə rolunu müsbət şəkildə daxil etmək. Beləliklə, Ermənistanın “sülh kəsişməsi” təşəbbüsü əslində Azərbaycanın təqdim etdiyi regional inteqrasiya çərçivəsinin bir hissəsinə çevrildi.

Tarixi şansın müəllifi açıqdır: 8 avqustda sülhün paraflanması Azərbaycanın sistemli strategiyası və Prezident İlham Əliyevin qəti siyasi iradəsi nəticəsində mümkün oldu. İlham Əliyev postmüharibə mərhələsində ardıcıl diplomatik addımlar ataraq region üçün konkret sülh və inteqrasiya təkliflərini təqdim etdi. Dövlətimizin başçısı Azərbaycanın geosiyasi və iqtisadi üstünlüklərini səmərəli şəkildə istifadə edərək Ermənistanı danışıqlar masasına gətirdi.

Əlbəttə, burada həlledici rolu Prezident İlham Əliyevin siyasi iradəsi oynadı: o, təkcə sülh modelini tətbiq etməklə kifayətlənmədi, eyni zamanda regional inteqrasiyanın praktik mexanizmini formalaşdırdı, Ermənistanın iqtisadi və siyasi maraqlarını nəzərə alaraq balanslı və davamlı reallıq yaratdı. Nəticədə, 8 avqust Azərbaycanın davamlı və məqsədyönlü siyasətinin, İlham Əliyevin siyasi liderliyinin və regionda sülh gündəliyini formalaşdırmaq bacarığının praktiki təzahürü oldu.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see365

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see297

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see218

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see194

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see181

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see179

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see176

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see172

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see167

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see166

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see162

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see162

Anaklaudia Rossbach Azərbaycana WUF13 ün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib

22 May 2026 13:50see162

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see161

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see160

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see158

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see157

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see154

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see152

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri