Meqandan küsülü olduğu qayınatasına barışıq jesti
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Şahzadə Harrinin xanımı Meqan Markl sahib olduğu "As Ever" brendindən Böyük Britaniya Kralı III Çarlza hədiyyə göndərib.
Axşam.az xəbər verir ki, bu haqda ingilis mediası insayderlərə istinadən yazıb. Görünür, Meqan həyat yoldaşının qohumları ilə münasibəti düzəltməyə çalışır.
"Bir mürəbbə münasibətləri düzəltməyə yetməyəcək. Amma Meqanın bu jesti təqdirəlayiqdir. Bu, barışıq üçün açıq bir dəvətdir. Keçmiş aktrisanın əvvəllər oxşar hədiyyələri yalnız məşhur dostlarına göndərdiyi sirr deyil" deyə, mənbə açıqlamasında bildirib.
Hədiyyənin nədən ibarət olmasını isə jurnalist Nil Şon açıqlayıb.
"Bu, çox etibarlı mənbəyə görə, mürəbbələr, bal, "pancake" və müxtəlif şirniyyatlardan ibarət "As Ever" hədiyyə qutusu idi" deyə, o, əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















