Icma.az
close
up
RU
“Məqsəd 10 milyonluq futbolçu yetişdirməkdir” Hakan Sünalın ə MÜSAHİBƏSİ

“Məqsəd 10 milyonluq futbolçu yetişdirməkdir” Hakan Sünalın ə MÜSAHİBƏSİ

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Hakan Sünal - “Sumqayıt” futbol akademiyasının direktorudur. O, məşqçilik karyerasına 20 yaşında başlayıb və Almaniyanın “Ayntraxt”(Frankfurt) klubunda U11-dən U19-a qədər müxtəlif yaş qrupları ilə çalışıb. Bu illər ərzində H.Sünal hazırda Bundesliqada çıxış edən bir sıra futbolçuların hazırlanmasında iştirak edib. Onların arasında Tim Lemperle, Cenk Tosun və başqaları var.

İdman.Biz-ə müsahibəsində Hakan Sünal “Ayntraxt” və “Sumqayıt”dakı fəaliyyəti, alman futbolunun uğurunun sirləri, həmçinin Azərbaycan futbol sisteminin Avropadan öyrənə biləcəyi məqamlar barədə danışıb.

- Niyə Almaniyadan Azərbaycana gəlmək qərarına gəldiniz?

- Almaniyada məşqçi və koordinator kimi çalışırdım. Burada isə mənə akademiya direktoru vəzifəsi təklif olundu. Bu, mənim üçün inkişaf etmək, bütün ideyalarımı reallaşdırmaq və topladığım təcrübədən istifadə etmək imkanıdır. Klubun infrastrukturunu və potensialını gördükdə anladım ki, burada böyük işlər görmək olar. Almaniyada futbol artıq optimallaşdırılıb, burada isə quruculuq imkanı var.

Son yeddi ildə akademiyanın 40-dan çox futbolçusu əsas komandaya yüksəlib. Bu, ciddi motivasiyadır. Məqsədim Azərbaycan futbolu üçün gənc oyunçular yetişdirmək və onları Avropanın peşəkar klublarında çıxış etməyə hazır vəziyyətə gətirməkdir. Bu, uzunmüddətli və genişmiqyaslı işdir.

- Akademiyaya gəldikdə qarşınıza hansı məqsədləri qoymuşdunuz?

- İlk növbədə strukturun yaradılması vacib idi. Bu çatışmırdı. Biz sistem qurduq və oyun üslubumuzu - klubun fəlsəfəsini formalaşdırdıq: necə oynamaq və futbolçunu necə inkişaf etdirmək istədiyimizi müəyyənləşdirdik. 2019-cu ildə bu iş FIFA-nın inkişaf proqramı tərəfindən qiymətləndirildi və təsdiqləndi. Tövsiyələr aldıq və hazırda onlara əməl edirik.

Akademiyada təxminən 300 futbolçu var, lakin bu, piramida prinsipidir: perspektivdə maksimum 10 nəfər peşəkar ola bilər. Ona görə də həmin oyunçuları vaxtında müəyyənləşdirmək və fərdi qaydada işləmək çox önəmlidir.

- Almaniya ilə Azərbaycan arasında uşaq futboluna yanaşmada əsas fərq nədir?

- Almaniyada uşaqlarla altı yaşdan işləməyə başlayırlar. Mən 2019-cu ildə Azərbaycana gələndə isə biz U10-dan başlamışdıq. Almaniyada da yarışlar altı yaşdan start götürür, lakin klassik turnir cədvəlləri olmur. Onlar “Funino” – üçə üç formatında oynayırlar. Bu, futbol festivalına bənzəyir: uşaqlar, valideynlər, 12 dəqiqəlik qısa oyunlar, komandaların tez-tez dəyişməsi - hər şey zövq üçün edilir.

Digər fərq isə qış mövsümüdür. Almaniyada bütün klublar futzal turnirlərində iştirak edir - dördə dörd, bortlarla, top oyundan çıxmır. Bu, bütün yaş qruplarına aiddir və fərdi inkişaf üçün çox faydalıdır.

2000-ci ildən sonra Almaniyada akademiyalar sistemli şəkildə inkişaf etdirilməyə başlandı. Peşəkar klublar müəyyən tələblərə cavab verməli, qiymətləndirmədən keçməli və ulduz reytinqi almalıdır. Oxşar sistem Azərbaycanda yalnız son illərdə tətbiq olunmağa başlayıb.

Ən vacib məsələ məşqçilərdir. Onları hazırlamaq lazımdır, çünki yaxşı mütəxəssislər olmadan keyfiyyətli futbolçu yetişdirmək mümkün deyil. Biz burada da bu istiqamətdə işləyirik – onlayn seminarlar keçirir, hər həftə məşqçilərlə görüşlər təşkil edirik.

- Azərbaycanda istedadlı uşaqlar çoxdurmu?

- İstedad hər yerdə var. Lakin sosial mühit və əhatə də mühüm rol oynayır. Akademiyalar tez-tez medal qazanmağa çalışır, amma əsas məqsəd bu olmamalıdır. Əsas hədəf peşəkar futbol üçün oyunçu hazırlamaqdır. Səhv prioritetlər səbəbindən bir çox istedadlar itirilir. Gənclərə oyun praktikası vermək vacibdir.

Düşünürəm ki, düzgün istiqamətdə irəliləyirik. Gələcəkdə bazar dəyəri 10 milyon avroya çatan futbolçu yetişdirəcəyimizə ümid edirəm.

- Uşaqları yalnız Sumqayıtda seçirsiniz, yoxsa bölgələrə də gedirsiniz?

- Hazırda regionlardan uşaqların yaşayışı üçün şəraitimiz yoxdur. Ona görə ölkə üzrə axtarış aparmırıq. Sumqayıt böyük şəhərdir və burada kifayət qədər istedad var. Əsas diqqətimizi onlara yönəltmişik.

İldə iki dəfə rəsmi baxış keçiririk. Bəzən bu seçimlərə ölkənin müxtəlif bölgələrindən 1 000-dən çox futbolçu qatılır. Sumqayıtdan olmayanları gələcək üçün qeydə alırıq. Ümid edirəm ki, gələcəkdə futbolçuların qala biləcəyi böyük baza quracağıq və bütün ölkə üzrə daha fəal işləyə biləcəyik.

- Hazırkı yetirmələrdən Avropa futboluna hazır olan varmı?

- Hazırda yox. Onlar akademiya ilə əsas komanda arasında keçid mərhələsindədirlər. Amma inkişaf bu templə davam etsə, düşünürəm ki, bir-iki futbolçu Avropa klublarında oynaya bilər.

Qeyd etməliyəm ki, indiki futbolçular hazırlığın ilk 1-5 ili ərzində yetişiblər. Proqramımız isə daim inkişaf edir. Məsələn, 2012-ci il təvəllüdlü oyunçular daha güclü olacaq.

- Akademiyadan əsas komandaya keçiddə əsas rolu kim oynayır?

- Avropada əsas komandada keçidə cavabdeh ayrıca məşqçi olur. Məşqçilər korpusu genişdir – baş məşqçi, köməkçilər, qapıçılar üzrə məşqçi, analitiklər və adaptasiya üzrə mütəxəssis. Bu sistem Azərbaycanda hələ tam formalaşmayıb.

Gənc futbolçu əsas komandaya gələndə sanki okeana atılır. Ona istiqamət göstərilməlidir. “Sumqayıt”da bunu daha yaxşı qurmağa çalışırıq. Məsələn, keçmiş kapitan Vurğun Hüseynov gənclərlə işləyir. Hədəfimiz onları 1-3 il müşayiət etmək, inkişaflarını nəzarətdə saxlamaqdır.

- “Ayntraxt”da karyera qurmaq çətin idi?

- 2000-ci illərin əvvəlində “Ayntraxt” indiki səviyyədə deyildi. Klub infrastrukturunu yenidən qurdu, meydançalar və bazalar tikdi, mütəxəssislər cəlb etdi. Zamanla Almaniyanın sabit və güclü klublarından birinə çevrildi.

Məsələn, Serj Qnabri 13 yaşında seçilirdi. Bu keyfiyyətləri erkən görmək vacibdir. Mən 25 ildir futboldayam və Avropada qazandığım təcrübəni burada tətbiq edirəm – birbaşa kopyalamadan, Azərbaycan reallıqlarına uyğunlaşdıraraq.

- “Qarabağ” – “Ayntraxt” oyununda kimə azarkeşlik edirdiniz?

- Dostlarıma demişdim ki, həmin gün uduzmuram – istənilən halda qalibəm. Açığı, “Qarabağ”ın qalib gələcəyini düşünürdüm. O vaxt “Ayntraxt”da vəziyyət yaxşı deyildi.

“Qarabağ” qələbəsi böyük hadisə idi. Bu, təkcə bir oyunun nəticəsi deyil. Komanda digər güclü Avropa klublarını da məğlub edib və Azərbaycan futbolunun keyfiyyətini göstərib. Üstəlik, komandaya azərbaycanlı mütəxəssis rəhbərlik edir.

Baxın, Qurban Qurbanov 15 ildən çoxdur “Qarabağ”dadır. Bu müddətdə klubla birlikdə inkişaf edib və indiki səviyyəyə çatıb. Bu, böyük uğurun arxasında nə qədər vaxt və zəhmət dayandığını göstərir.

- Eyni nəticəni “Sumqayıt” üçün arzulayırsınız?

- Təkcə arzulamıram, buna inanıram. Ola bilsin ki, dərhal Çempionlar Liqası səviyyəsində yox. Amma “Qarabağ”ın mərhələli inkişafına baxın – Avropa Liqası, Konfrans Liqası...

“Sumqayıt”da avrokuboklarda iştirak edib - iki dəfə Konfrans Liqasında, bir dəfə Avropa Liqasında. Ümid edirəm ki, bir gün akademiyamızın yetirmələri “Sumqayıt”ın heyətində Avropa Liqasında çıxış edəcək. Məqsədim budur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Fevral 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri