Icma.az
close
up
RU
Məqsəd 2026cı ilin sonuna qədər 140 min soydaşımızın atababa yurdlarına qayıtmasıdır

Məqsəd 2026cı ilin sonuna qədər 140 min soydaşımızın atababa yurdlarına qayıtmasıdır

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Bu gün Şuşa daha bir köç karvanını qəbul etdi. Bu, sevinc köçü idi". Bu sözləri SİA-ya açıqlamasında Musa Quliyev deyib.

O bildirib ki, əgər 30 il bundan əvvələ qədər biz qaçqın və məcburi köçkünlərin ata-baba yurdlarından didərgin düşməsinin ildönümünü qeyd edirdiksə, artıq onların geri dönüşünü qeyd edirik: "Şəhər, qəsəbələrimizin işğaldan azad olunma günlərini qeyd edirik. Şuşa şəhərinin timsalında işğaldan azad olunmuş ərazilərə köç sevindirici hadisədir. Azərbaycanın hər bir vətəndaşının illərlə arzuladığı hadisənin reallaşmasıdır. Bu il də sona çatmaq üzrədir. Şərqi Zəngəzurun və Qarabağın yenidən qurulması prosesi uğurla davam edir. "Böyük Qayıdış"la bağlı daim dövlət proqramı bu il də qarşıya qoyulan bütün vəzifələri yerinə yetirib. Bu ilin sonuna qədər 25 min soydaşımızın ata-baba yurdlarına qayıdıb məskunlaşması təmin olunacaqdır. Artıq Şuşa şəhəri yenidən qurulur, abadlaşır, özünün tarixi görkəmini saxlamaqla müasir şəhərə çevrilir. Təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyanın hər yerindən gələn insanların sevimli məkanına çevrilir. Şuşa ilə yanaşı Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli şəhərləri də tikilir, biz bu şəhərlərə də köçün şahidi olmuşuq. Ağrılı yerimiz, 20-ci əsrin faciəsi olan Xocalının bərpa olunması, Xocalıya ilk sakinlərin köçməsi də bu ilin ən fərəhli hadisələrindən biri oldu. Bu proses davam edəcəkdir. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, 2026-cı ilin sonuna qədər 140 min soydaşımız ata-baba yurdlarına qayıtsın. Əlbəttə, bu insanların ata-baba yurdlarına qayıtması illərlə həsrətlə gözlədiyi evlərinə, torpaqlarına dönmələri sevindirici hadisədir. Eyni zamanda Azərbaycanın gücünün göstəricisidir".

"Həmin bölgələrin dirçəlişi gözümüz önündə baş verir. Azərbaycan iqtisadiyyatına da böyük qatqı qatmaqdadır. Biz gələn ilin büdcəsini bu yaxınlarda müzakirə etdik. Çox sevinc hissi ilə hər birimiz qeyd edirik ki, 2025-ci ilin dövlət büdcəsinin gəlir hissəsində işğaldan azad olunmuş bölgələrimizin də payı var. Azərbaycan iqtisadiyyatına artıq vəsait daxil olmaqdadır. Bütövlükdə götürdükdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan hədəflərə çatmağımız istiqamətində böyük işlər görmüşük. Gələn ilin də büdcəsi daxil olmaqla dövlət proqramının həyata keçirilməsi ilə əlaqədar 20 milyard manatdan çox vəsait xərclənmişdir. Bu da şübhəsiz ki, nəticələrini verməkdədir. Bu proses davam edir. Azərbaycan artıq sevincli günlərini yaşamaqdadır" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Dekabr 2024 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri