Icma.az
close
up
RU
Məqsəd cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərdə ixtişaş yaratmaq idi Deputat

Məqsəd cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərdə ixtişaş yaratmaq idi Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Prezident İlham Əliyevin Gəncə səfəri, xüsusilə Gəncə Memorial Kompleksini ziyarət etməsi, çox dərin və mənalı bir hadisədir. Bu ziyarət Gəncə faciəsi zamanı şəhid olanların ailələri ilə birlikdə həyata keçirildi ki, bu da həmin faciənin izlərini və Azərbaycan xalqının gücünü bir daha dünyaya göstərdi. Gəncə şəhəri mülki bir şəhər olaraq, erməni tərəfi tərəfindən raketlə atəşə tutulmuşdu. Məqsəd yalnız böyük dağıntılar yaratmaq deyil, həm də cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərdə gərginlik və ixtişaş yaratmaq idi. Ancaq bütün bu niyyətlər uğursuz oldu və Azərbaycanın xalq-dövlət-ordu birliyi nəticəsində düşmənin planları boşa çıxdı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Prezident İlham Əliyevin Gəncəyə səəfərindən danışarkən bildirdi.

"Gəncənin atəşə tutulduğu zaman, orada aparılan reportajlar, Gəncə əhalisinin mərd və qürurlu şəkildə bu hadisələrlə baş etməsini göstərdi. Yaralı uşaqların gülərüzlü şəkildə media qarşısına çıxması və düşmənə meydan oxuması, Azərbaycan xalqının nə qədər dözümlü və güclü olduğunu ortaya qoydu. Həmin dövr Azərbaycanın vətənpərvərlik ruhunun, mərdliyinin və mübarizliyinin bir göstəricisi oldu".

Deputat əlavə etdi ki, İlham Əliyevin Gəncə Memorial Kompleksini ziyarət etməsi, şəhid ailələri ilə birgə olması, dünya ictimaiyyətinə güclü bir mesaj verir:

"Bu mesaj Azərbaycanın yalnız düşmənin qəddar hücumlarına qarşı müqavimətini deyil, həm də ölkənin sülhə, sabitliyə və inkişafı yönələn yeni mərhələyə daxil olduğunu göstərir. Gəncədə baş verənlər prezidentin dünyanın diqqətini cəlb edən hərəkətləri ilə paralel olaraq, Azərbaycan dövlətinin gücünü və müdrik xarici siyasətini bir daha ortaya qoydu. Bu səfər həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra bərpa etdiyi suverenliyini və yeni dövrə keçidini simvollaşdırır. Həmin dövr Gəncədə keçirilən Üçüncü MDB Oyunlarının rəsmi açılışı ilə də üst-üstə düşür ki, bu da ölkənin siyasi və iqtisadi gücünü dünyaya nümayiş etdirən bir fürsət oldu. Prezidentin Gəncə ziyarəti, Azərbaycanın gücünü, həm də daxili və xarici siyasətindəki müdrikliyi ilə dünyaya verdiyi bir sülh mesajıdır. Bu, yalnız Azərbaycanın inkişafını deyil, həm də xalqın birliyini və mübarizəsini əks etdirən bir simvolik addımdır", - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri