Icma.az
close
up
RU
“Məqsəd eyni olacaq: ədaləti qorumaq” (MÜSAHİBƏ)

“Məqsəd eyni olacaq: ədaləti qorumaq” (MÜSAHİBƏ)

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Premyer Liqa hakimləri Antalyada təlim-məşq toplanışındadı. “FutbolPress” burda AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovla söhbətləşdi.

– İlk növbədə Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatınızın necə baş tutduğunu bilmək istərdik.
– Bəribaşdan deyim ki, bu təyinata görə çox sevindim. Sözün düzü, qərar açıqlanmazdan bir müddət əvvəl federasiya rəhbərliyi ilə görüşmüşdüm. Gələcək planlarımı qarşılarına qoydum, hansı istiqamətdə çalışmalı olduğumuzla bağlı istəklərimi çatdırdım. İnanıram ki, mənə göstərilən etimadı qısa vaxt ərzində doğrulda biləcəyəm. Çempionatın son oyunlarındakı müşahidələr də göstərir ki, artıq effekt hiss olunur. Bu istiqamətdə davam etməliyik.

– Rəhbərlik təqdim etdiyiniz proqramı bəyənib. Bəs sizdən nə gözləyirlər?
– Ədalət. Çempionatda bəzən səhvlər olur, bu, qaçılmazdır. Rəhbərliklə görüşümüzdə tapşırıq qoyuldu ki, ədalət bərpa edilməlidir. Standartlar başadüşülən olmalıdır, ikili standartlar olmamalıdır. Mənim istəyim də bu idi. Belə desək, fikirlərimiz üst-üstə düşdü və təyinat baş tutdu

– Müşahidə olunan yenilik video-roliklə çıxış edərək hakimlərin nöqsanları ilə bağlı hesabat xarakterli çıxışlar edirsiz. Bunun müsbət və mənfi tərəfləri nədir?
– Video-rolikdə məqsəd hakimlərin səhv və ya düz qərar verməsini qabartmaq deyil. Futbol ictimaiyyəti bilməlidir ki, hansı qərar düzgündür, hansı səhvdir. Yəni məqsəd hansı epizodda hansı qərarın düz olması ilə bağlı maarifləndirmə aparmaqdır. Bəzən suallar yaranır, fikirlər parçalanır və belədə fərqli yozumlar ortaya çıxır. Ola bilər ki, bizim hakimlər hardasa səhv ediblər. Növbəti turlarda bunu aradan qaldırmaq artıq texniki işdir, komitə bu istiqamətdə iş aparır.

– Video-rolikdəki qeydlərinizdən sonra həmkarlarınızdan inciyən, irad bildirən olurmu?
– Kiminsə inciyib-inciməməsi önəmli deyil. Əsas məsələ futbol ictimaiyyətinin konkret epizodlarla bağlı fikirlərini formalaşdırmaqdır. Hakimlərlə söhbətimiz olur, onlar bunu normal qəbul edirlər. Heç kim hansısa irad səsləndirməyib. Əksinə, düşünürəm ki, gözəl addımdır. Mövsümün ikinci yarısı üçün bu ideyanı daha da təkmilləşdirmək niyyətindəyik. Formatı bir qədər dəyişəcəyik, əlavələrimiz olacaq.

– Sual bəlkə radikal səslənəcək. Gəncsiz, hakimlik karyeranızı yeni başa vurmusuz. Niyə məhz sizə dəvət gəldi? Yəni bu vəzifə daha yaşlı, təcrübəli həmkarınıza təklif oluna bilərdi.
– Sözün açığı, bu haqda düşünməmişəm. İstər gənc, istərsə yaşlı nəslin nümayəndələri üçün federasiyanın qapısı hər zaman açıq olub. Bu gün sədr vəzifəsi mənə təklif olunub, sabah digərinə, yaşca böyüklərə dəvət gedə bilər. Düşünürəm ki, məqsəd eyni olacaq: ədaləti qorumaq.

– Yaxın gələcəkdə dəyişiklik gözlənilirmi? Hakimlərin sayında artım olacaqmı? Çünki liqa sayı artıb, sanki hakim çatışmazlığı hiss olunur.
– Bəli, siyahı kasaddır. Premyer Liqada 14 referimiz var. Amma bizə 18 hakim lazım olur. Altı referi, altı ehtiyat hakim və altı VAR olmalıdır. Düşünürəm ki, bu təlim-məşq toplanışından sonra siyahıda yeni adlar görə biləcəksiz. Kimlər olacaq, onu indidən demək istəmirəm. Hazırlığın sonunda adlarını açıqlayacağıq.

– Komitə sədri təyin olunmazdan əvvəl də çempionat oyunlarına hakim-inspektor kimi gedirdiniz. Hakimlərimizdən ədalətsizlik müşahidə etmisiz?
– Ədalətsizlik yox, amma ardıcıl səhvlər olub. Düşünürəm ki, həmin səhvlər hazırki dəyişikliyi labüd etdi.

– Mümkünsə, Hakimlər Komitəsinin üzvləri barədə məlumat verərdiniz. Çünki ilin sonunda hansısa dəyişiklik barədə açıqlama olmadı.
– Tezliklə bu barədə federasiya tərəfindən açıqlama veriləcək. Bəli, yeni komanda qurulub. Struktur dəyişikliyi olacaq. Aşağı liqalara cavabdeh şəxslər təyin ediləcək. İlk görüşümüzdə rəhbərliyə bu təklifimi də verdim və müsbət qəbul olundu.

– Premyer Liqaya 14 hakim təsdiqlənsə də, onların bir neçəsi, hardasa, 8-10-u müntəzəm təyinat alır. Keyfiyyət dəyişikliyini necə artırmağı düşünürsüz?
– Bu istiqamətdə də çalışırıq. Birinci, ikinci kateqoriyalı hakimlərdən ibarət siyahı da zəngin deyil. Onların arasındakı rəqabəti artırandan sonra elit hakimlərin sıralarını genişləndirmək mümkün olacaq. Mənim üçün keyfiyyət önəmlidir. Amma bu da faktdır ki, keyfiyyəti artırmaq üçün kəmiyyət olmalıdır.

– Hakimlərin ortalama yaş göstəricisi 30-dan yüksəkdir. Bu sizi qayğılandırmır?
– Premyer Liqada yaş faktoru bizim üçün aktual deyil. Əsas idarəçilikdir.

– Keçmiş futbolçuların hakimliyə cəlb olunması ideyasına necə baxırsınız?
– Bu istiqamətdə işlər artıq başlayıb. Bildiyiniz kimi, elit kateqoriyalı hakimlərimizin geyim formasının üzərində çağırış var. O, təbliğat xarakterlidir. İnanırıq ki, bu çağırış yeni hakimlərin bu peşəyə cəlb olunmasına təkan verəcək. Resursumuz o qədər də zəngin deyil. Ümumilikdə hakimliklə məşğul olanların sayı 300-dən keçmir ki, bu rəqəm bizi qane etmir.

– Hakimlər arasında qohumluq əlaqəsi olanların varlığı sirr deyil. Bir neçəsinin atası əvvəllər hakim olub, indi AFFA nümayəndəsi və ya inspektordur. Niyə insanlar hakim olmaq istəmirlər?
– Subyektiv yanaşmadır. Açığı, konkret cavab verə bilməyəcəyəm. Kiminsə qohumu, dediyiniz kimi, atası hakim olubsa və oğlunu, qızını hakimliyə istiqamətləndirməsi normal bir şeydir. Burada qəbahət yoxdur. Əsas keyfiyyətli hakim olsun. Keyfiyyəti üzə çıxarmaq isə komitənin üzərinə düşür. Bizim üçün ad, yaş önəmli deyil.

– Aşağı yaş qruplarından ibarət liqalarda hakimlərin qiymətləndirilməsi yoxdur. Bu, xaosa gətirib çıxarır. Hakimlər səhvlərə yol verirlər və onların işi qiymətləndirilmir. Bu yöndə fikriniz maraqlıdır. Bir də qadın hakimlərin sayının artırılması ilə bağlı niyyət varmı?
– Tək bizdə yox, dünyada uşaq liqalarında inspektordan istifadə olunmur. Buna baxmayaraq bizim tədris sistemimizdə konkret şəxslər var ki, onlar həmin gənc hakimlərə nəzarət edirlər. O liqalardakı hakimlər yeni başlayanlardır və bütün dünyada eyni prosesdir. Bu liqalardakı səhvlər normal qəbul olunur. O ki qaldı xanım hakimlərlə bağlı sualınıza, futbolçular kimi, hakimlikdə də qızları bu prosesə cəlb etmək çətindir. Amma universitetlərdə, akademiyalarda, məktəblərdə təbliğat aparılır. Qadın hakimlərimizi də təbliğat prosesinə cəlb etmişik. Təəssüf ki, maraq azdır.

– Fasilədən sonra gərginliklərin artacağı gözləniləndir. Xırda hakim səhvləri belə komandalar tərəfindən qalmaqala səbəb olacaq. Bu yöndə hansı iş görürsüz, hakimlərlə söhbətiniz olurmu? Psixoloji olaraq hazırlayırsızmı?
– 13-cü tura kimi bütün oyunları analiz etmişəm və problemlərin haradan qaynaqlandığını araşdırmışam. Ən böyük problemimiz VAR ilə bağlıdır. Çəkilişlər o qədər də keyfiyyətli olmadığı üçün hakimlərə problem yaradır. Mövcud vəziyyətdən çıxış yolu kimi hakimlərə təlimat vermişəm ki, hansısa dəqiq görüntünüz yoxdursa, epizoda müdaxilə etməsinlər. Hər şeyi baş hakimin öhdəsinə buraxsınlar. Ad çəkməyəcəyəm, son oyunlardan birində hakim VAR-a dəvət olundu, ancaq görüntünün keyfiyyətli olmadığı üzə çıxdı. Belədə baş hakim meydanda verdiyi qərarın üzərində qaldı. Mövsümün ikinci yarısında gözlənilən mümkün gərginliklər barədə mən də düşünürəm, hakimlərlə söhbətlər aparıram. Hər biri ilə fərdi şəkildə də danışıram. Başa salıram ki, aldıqları təyinata
məsuliyyətlə yanaşsınlar, oyunu düzgün analiz etsinlər.

– Turun analizi ilə bağlı video-çıxışınıza toxunuldu. Sadəcə, elə psixoloji məqamla bağlı olduğu üçün yenidən o məsələyə qayıdıram. Konkret, Əliyar Ağayevin son oyunlarının birində səhvə yol verdiyini ictimaiyyətə etiraf etdiniz. Əliyar Azərbaycanın ən yaxşı hakimlərindən biridir, beynəlxalq oyunlara çıxır, Yunanıstanın ən prinsipial qarşılaşmalarına dəvət alır. Səhvini ictimaiyyətə açıqlamaq ona komandaların inamını azaltmır, nüfuzuna xələl gətirmirmi? Yaxud o və digərləri psixoloji cəhətdən sarsılmırmı?
– İnanın, bu səhvləri ilk öncə öz aramızda təhlil edirik. Hər biri də normal qəbul edir. Video-rolikdəki çıxış səhvin etirafı deyil. Bunu sırf şəffaflıq üçün edirik. Hakimlərə öncədən bildirmişəm ki, belə situasiyalar olanda düşünməyin ki, bu, sizi qaralamaq üçündür. Əksinə, çıxışdan asılı olmayaraq, hər bir hakimə qahmar çıxırıq, onları müdafiə edirik. Əliyar başda olmaqla, bütün hakimlərimiz psixoloji cəhətdən hazırlıqlıdırlar. Komandamızın üzvləri bir-biri ilə səmimidirlər.

“FutbolPress”
(Antalya)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 Yanvar 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri