Icma.az
close
up
RU
Məqsədimiz Azərbaycanı beynəlxalq aləmdə mədəniyyət və sülh elçisi kimi tanıtmaqdır diaspor nümayəndəsi ilə MÜSAHİBƏ

Məqsədimiz Azərbaycanı beynəlxalq aləmdə mədəniyyət və sülh elçisi kimi tanıtmaqdır diaspor nümayəndəsi ilə MÜSAHİBƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 oktyabr, Ceyhun Xəlilov, AZƏRTAC

Dünya miqyasında fəaliyyət göstərən Azərbaycan diasporu milli dəyərlərimizin qorunması və ölkəmizin beynəlxalq aləmdə təbliği baxımından mühüm rol oynayır. Polşada fəaliyyət göstərən Azərbaycan diasporu da bu xüsusda önəmlidir.

AZƏRTAC Polşada xüsusi fəallığı ilə seçilən təşkilatların - "Azərbaycan Mədəniyyət Mərkəzi" və "Xarı Bülbül Assosiasiyası"nın rəhbəri Sedat Şamilli ilə diasporun fəaliyyəti, Azərbaycan mədəniyyətinin xaricdə yayılması və gələcək planlar barədə geniş söhbət aparıb. Müsahibəni təqdim edirik.

- Əvvəlcə özünüz və hazırda rəhbərlik etdiyiniz qurumlar haqqında qısa məlumat verərdiniz.

- 1997-ci ildə Şəki rayonunda anadan olmuşam. Bakıda, Türkiyədə və Polşada ali təhsil almışam, hazırda İtaliyada doktorantura təhsilim davam edir. Eyni zamanda, qlobal şirkət olan “PepsiCo”da şöbə müdiri kimi fəaliyyət göstərirəm.

Rəhbərlik etdiyim təşkilatlardan biri olan "Xarı Bülbül Assosiasiyası" əsasən mədəniyyət sahəsində fəaliyyət göstərir. Təşkilatımız Azərbaycan xalqının zəngin mədəni irsini yaşatmaq, onu yeni nəsillərə və beynəlxalq ictimaiyyətə tanıtmaq məqsədilə müxtəlif layihələr və tədbirlər həyata keçirir. Lakin assosiasiyanın daxili nizamnaməsinə uyğun olaraq, yalnız mədəni tədbirlərlə kifayətlənməyib Azərbaycanın milli maraqlarına uyğun siyasi və ictimai tədbirlərdə də fəal iştirak edirik.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursunu, Azərbaycanın beynəlxalq nüfuzunu və diaspor fəaliyyətlərinin genişlənməsini dəstəkləmək, bu istiqamətdə cəmiyyətə düzgün informasiya çatdırmaq məqsədilə müxtəlif mədəni vasitələrdən istifadə edirik. Bu çərçivədə təşkil etdiyimiz sərgilər, konsertlər, elmi seminarlar və konfranslar sayəsində həm Azərbaycan mədəniyyətini təqdim edir, həm də ölkəmizin beynəlxalq platformalarda tanınmasına töhfə veririk. Azərbaycan mədəniyyətinin zənginliyi bu işdə bizim əsas alətimizdir. Çünki məhz bu zənginlik bizim milli kimliyimizin daşıyıcısı və dünyada tanıdılmağımızın əsas səbəbidir.

Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2024-cü il fevralın 23-də Krakovda fəaliyyətə başlayan “Azərbaycan Mədəniyyət Mərkəzi”dir. Mərkəz Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakı ilə açılıb. Mərkəzin əsas məqsədi Azərbaycan mədəniyyətini Polşa cəmiyyətinə tanıtmaq, təbliğ etmək, eləcə də xaricdə yaşayan soydaşlarımıza hüquqi və təhsil sahəsində dəstək göstərməkdən ibarətdir.

Azərbaycan Mədəniyyət Mərkəzi yalnız bir mədəni platforma deyil, həm də diaspor cəmiyyətimiz üçün dayaq nöqtəsidir. Burada azərbaycanlı tələbələr və yerli ictimaiyyət bir araya gələrək həm Azərbaycanın tarixi, musiqisi, dili və adət-ənənələri ilə tanış olur, həm də ictimai şəbəkələşməni gücləndirirlər. Mərkəzin fəaliyyəti çərçivəsində keçirilən dil kursları, hüquqi maarifləndirmə proqramları, tələbələr üçün seminarlar və təlimlər diaspor üzvlərinin birliyini möhkəmləndirməyə xidmət edir.

Biz inanırıq ki, hər bir azərbaycanlı, harada yaşamasından asılı olmayaraq, öz milli kimliyini və mədəni köklərini qoruyub saxlamalıdır. Bu, bizim üçün bir vətəndaşlıq borcu olmaqla yanaşı, həm də milli mənsubiyyətə olan sədaqətin təzahürüdür. Mədəniyyətimizi yaşatmaq və onu gələcək nəsillərə ötürmək hər birimizin üzərinə düşən tarixi və mənəvi məsuliyyətdir.

Bu baxımdan, gördüyümüz işlər yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyır. Çünki bu fəaliyyətlər sayəsində xaricdə doğulan və böyüyən azərbaycanlı gənclər də öz kimliklərini unutmur, milli ruhda tərbiyə alırlar. Bizim məqsədimiz təkcə mədəni irsimizi qorumaq deyil, həm də Azərbaycanı beynəlxalq arenada mədəniyyət və sülh elçisi kimi tanıtmaqdır.

- “Xarı Bülbül” adı xüsusilə Qarabağla, Şuşa ilə bağlanır. Assosiasiyanın bu adı daşıması da məncə təsadüf deyil. Bu barədə fikirlərinizi bölüşərdiniz.

- Əlbəttə, bu tamamilə doğrudur. “Xarı Bülbül” yalnız bir çiçəyin adı deyil, Azərbaycanın Qarabağ torpaqları ilə, xüsusilə də mədəniyyət paytaxtımız Şuşa ilə bağlı olan dərin bir simvolik anlam daşıyır. Bu adın Assosiasiyamıza verilməsi heç də təsadüfi deyil, əksinə, düşünülmüş və ideoloji baxımdan çox mühüm bir qərardır.

Biz bu adı seçməklə bütün azərbaycanlıları Qarabağ başlığı və milli kimlik ətrafında birləşdirməyi hədəfləmişik. Xarı Bülbül – zəfərin, qürurun, şəhidlərimizin qanı ilə yoğrulmuş müqəddəs torpaqlarımızın simvoludur. Bu simvol bu gün hər bir azərbaycanlının qəlbində Vətən sevgisinin, birliyin və qələbənin ifadəsidir. Assosiasiya olaraq biz inanırıq ki, “Xarı Bülbül” yalnız Qarabağın rəmzi deyil, həm də bütövlükdə Azərbaycan xalqının mədəni irsinin, mənəvi dirənişinin və tarixi yaddaşının bir daşıyıcısıdır. Təşkilatımız bu ada sahib olmaqla həm Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmağı, həm də Qarabağın dirçəlişini və Azərbaycan mədəniyyətinin təntənəsini daim ön planda saxlamağı qarşısına məqsəd qoyub.

Bu addım həm də Zəfərimizin unudulmaması və gələcək nəsillərin bu şanlı tarixi daim xatırlaması üçün atılmış mühüm bir mesajdır. Biz bu adı daşımaqla, onu yalnız loqo və atribut kimi deyil, ideoloji və mədəni daşıyıcı kimi qəbul edirik və fəaliyyətimizi də bu istiqamətdə qururuq. Bu istiqamətdə həyata keçirdiyimiz konkret tədbirlər də fəaliyyətimizin miqyasını və məqsədlərini əyani şəkildə nümayiş etdirir. Məsələn, bu günə qədər Krakov şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində bir sıra mühüm tədbirlər təşkil etmişik. 27 Sentyabr – Anım Günü münasibətilə II Qarabağ müharibəsinə və Qərbi Azərbaycan mövzusuna həsr olunmuş seminar keçirilib, 8 Noyabr – Zəfər Günü isə səfirliyin dəstəyi ilə qeyd olunaraq "Biz" sənədli filmi nümayiş etdirilib. Bu kimi tədbirlər vasitəsilə biz Azərbaycan həqiqətlərini, mədəniyyətini və tarixi qələbələrimizi beynəlxalq auditoriyaya tanıdır, eyni zamanda, diaspor içində milli birliyi möhkəmləndiririk.

- Polşada, xüsusilə Krakov şəhərində Azərbaycan diasporunun hazırkı durumu, fəallığı barədə nə deyə bilərsiniz?

- Xüsusilə vurğulamaq istəyirəm ki, diasporumuzun əsasını gənclər təşkil edir və onların göstərdiyi ictimai fəallıq əksər ölkələrlə müqayisədə daha güclüdür. Bu aktivliyin əsas qaynağı şübhəsiz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti və dövlət səviyyəsində formalaşdırılmış güclü milli təbliğatın nəticəsi olaraq gənclərdə oyanan vətənpərvərlik hissləridir. Təşkilatlarımız təkcə tələbə fəaliyyəti ilə məhdudlaşmayaraq, mədəniyyətimizi, dilimizi və tariximizi təbliğ edən platformalara çevrilib. Bunun sayəsində biz təhsil mərkəzlərində Azərbaycanın haqq sözünü digər ölkə gənclərinə çatdıra bilirik.

Bundan əlavə, gənclərimiz XXI əsrin informasiya çağırışlarına uyğun şəkildə, sosial mediada da çox fəal şəkildə Azərbaycanın təbliği ilə məşğul olurlar. Onlar müxtəlif dillərdə məlumatlar paylaşaraq, Azərbaycan həqiqətlərini daha geniş auditoriyalara çatdırır, xüsusilə Qarabağ və Qərbi Azərbaycanla bağlı məlumat savaşında fəal iştirak edirlər. Biz onların müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmələrinə şərait yaradırıq.

- Yaxın gələcəkdə həm Mədəniyyət Mərkəzi, həm də Assosiasiya səviyyəsində hansı yeni layihələri həyata keçirməyi planlaşdırırsınız?

- Bir çox yeni layihələrimiz olacaq. Xüsusilə yeni başladığımız layihə əsasında ibtidai və orta məktəb səviyyəsində Polşada Azərbaycan haqqında seminarlar keçiririk. Bu seminarların əsas məqsədi xaricdə yaşayan gənclər və uşaqlar arasında Azərbaycanın tarixi, mədəniyyəti və haqq səsi barədə pozitiv məlumatların yayılmasıdır. Beləliklə, onlarda Azərbaycan haqqında düzgün təsəvvürlər formalaşır və gələcəkdə milli kimliklərinə sadiq qalmaqda mühüm rol oynayır.

Həmçinin “Azərbaycan Mədəniyyət Mərkəzi”ndə bir çox yeni təlimlər və tədrislər həyata keçiriləcək. Bu təlimlər arasında İKT sahəsi üzrə bacarıqların artırılması, xarici dillərin öyrənilməsi, peşəkar inkişaf kursları və digər zəruri sahələr üzrə proqramlar nəzərdə tutulur. Məqsədimiz soydaşlarımızın bilik və bacarıqlarını artırmaqla onların daha rəqabətqabiliyyətli olmalarını təmin etməkdir.

Eyni zamanda, səfirliyimizlə ortaq şəkildə keçirdiyimiz səyyar konsulluq fəaliyyətini genişləndirmək və daha çox vətəndaşımıza xidmət göstərmək üçün hazırlıqlar aparırıq. Bu xidmətin genişləndirilməsi xaricdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqi və inzibati məsələlərini daha rahat, sürətli həll etməsinə imkan yaradacaq.

Bütün bu layihələrimiz gələcəkdə də davam və inkişaf etdiriləcək. Fəaliyyətimizin əsas istiqaməti həm diasporumuzun birliyini möhkəmləndirmək, həm də Azərbaycanı dünya miqyasında daha geniş təbliğ etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see159

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri