Icma.az
close
up
RU
Qarabağ həqiqətlərini İsveç dilində danışmaq: Diaspor nümayəndəsi ilə MÜSAHİBƏ

Qarabağ həqiqətlərini İsveç dilində danışmaq: Diaspor nümayəndəsi ilə MÜSAHİBƏ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 25 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan icmaları milli kimliyimizin yaşadılması, zəngin mədəni irsimizin qorunması və dövlətimizin beynəlxalq arenada tanıdılması istiqamətində mühüm rol oynayırlar. Bu baxımdan İsveçdə formalaşmış və fəallığı ilə seçilən Azərbaycan diasporu xüsusi əhəmiyyət kəsb edir.

İsveçdə yaşayan həmvətənimiz, Höteborq Universitetinin dosenti, elmlər doktoru Səadət Kərimi vətəndən uzaqda Azərbaycan reallıqlarının təbliği, diaspor fəaliyyətinin əsas istiqamətləri, elmi və ədəbi yaradıcılıq imkanları, həmçinin İsveçdəki Azərbaycan diasporunun mövcud fəaliyyəti və qarşıda duran vəzifələr barədə AZƏRTAC-a müsahibə verib.

- Səadət xanım, Siz həm elmi tədqiqatçı, həm yazıçı, həm də diaspor lideri kimi fəaliyyət göstərirsiniz. Diaspor mühitində yaşamaq və araşdırma aparmaq Azərbaycan reallıqlarını xaricdə tanıtmaq baxımından sizə hansı yeni imkanlar yaradıb? Bu xüsusda hansı çətinliklərlə qarşılaşırsınız və bu çətinliklərə qarşı sizə stimul verən nədir? İstərdik sizi həm də ətraflı tanıyaq.

Bəli, hazırda İsveçin Höteborq Universitetində dosent və kurs rəhbəri kimi fəaliyyət göstərirəm. Bununla yanaşı, yazıçıyam və İsveçdə fəaliyyət göstərən “Qobustan” - Azərbaycan Aydınlar Ocağı adlı diaspor təşkilatına rəhbərlik edirəm. Eyni zamanda, 2022-ci ildə yaradılmış Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) kimi nüfuzlu beynəlxalq təşkilatın İdarə Heyətinin üzvü və mətbuat katibiyəm.

Avropada yaşayaraq Azərbaycan reallıqlarını həm xarici auditoriyaya, həm də öz millətimizə elmi əsaslarla çatdırmaq mümkündür. Bu istiqamətdə apardığım tədqiqatlar buna bariz nümunədir. Məsələn, böyük şairimiz İmadəddin Nəsiminin həyatı və yaradıcılığı ilə bağlı Avropa elmi databazalarında əldə etdiyim materiallar, eləcə də Qərb alimlərinin təhlilləri onun irsinin xarici auditoriyaya obyektiv şəkildə təqdim olunması üçün möhkəm baza yaradıb. 2019-cu ildə Nəsiminin fəlsəfəsi və poeziyası mövzusunda hazırladığım elmi araşdırmalar və öz tərcümələrim əsasında beynəlxalq auditoriya qarşısında konfransla çıxış etmişəm.

Eyni zamanda, ermənilərin Qarabağı işğal etməsi, torpaqlarımıza qarşı əsassız iddiaları, İrəvanın tarixi Azərbaycan şəhəri olması və burada Türk-Azərbaycan irsinin məqsədli şəkildə silinməsi, eləcə də Qərbi Azərbaycandan soydaşlarımızın etnik təmizləmə siyasəti nəticəsində deportasiya edilməsi faktlarını ifşa etmək məqsədilə genişmiqyaslı araşdırma aparmışam. Bu tədqiqat çərçivəsində ermənilərin şəcərəsi, ilkin məskənləri və Qafqaza miqrasiya prosesləri elmi əsaslarla təhlil olunub.

Araşdırmalarımın nəticəsi olaraq 2020-ci ildə İsveç dilində “Əks-sədalar. Şahidlər Qarabağ, Təbriz və İrəvandan danışır” adlı kitabım nəşr edilib. Kitabda Qarabağ həqiqətləri ilə yanaşı, Güney Azərbaycan reallıqları, eləcə də ikiyə bölünmüş Azərbaycanın tarixi, siyasi və humanitar problemlərindən bəhs edən məqalələr də yer alıb.

Ümumiyyətlə, İsveçdə Azərbaycanla bağlı kitab və ya məqalə nəşr etdirmək asan deyil. Azərbaycan bir türk ölkəsi kimi uzun əsrlər boyu Rusiya və İran imperialist siyasətlərinin təsiri altında Qərbi Avropanın diqqət mərkəzindən kənarda, bir növ kölgədə qalıb. Azərbaycan diasporu burada nisbətən yeni fenomendir. Son 20-25 ildə azərbaycanlılar Avropa cəmiyyətlərinə inteqrasiya etməyə başlayıblar və bu proseslə paralel olaraq Azərbaycan haqqında məlumatlılıq ildən-ilə artmaqdadır.

Universitet mühitində fəaliyyət göstərməyim, elmi təcrübəm və beynəlxalq akademik əlaqələrim Azərbaycan mövzularına həsr olunmuş kitab və məqalələrin nəşrinə müəyyən imkanlar yaratsa da, bu proses olduqca çətindir. Buna baxmayaraq, 2025-ci ildə yazıçı Əzizə Cəfərzadənin Bakı 1501 tarixi romanı ingilis dilində mənim tərcüməm və elmi redaktorluğumla işıq üzü gördü. Əlyazmanı onlarla nəşriyyata təqdim etmişdim, lakin əksəriyyətindən “tərcümə qəbul etmirik”, “mövzu maraq dairəmizə daxil deyil” kimi cavablar aldım. Təəssüf ki, bir çox hallarda nəşriyyatlar əsərlə tanış olmadan imtina edirdilər və bu, indiyədək nəşr etdirdiyim kitabların əksəriyyətində rast gəlinən ümumi tendensiyadır.

Nəhayət, çalışdığım Höteborq Universitetinin iki həmkarı – ədəbiyyat üzrə professorlar Riçard Boldvin və Denis Biç tərcüməni və romanın məzmununu yüksək qiymətləndirərək nəşriyyatın mənimlə müqavilə bağlamasına dəstək göstərdilər. Qeyd etmək istərdim ki, bu romanın tərcüməsi üçün təkcə ingilis dilini bilmək kifayət etmirdi. İslam tarixi və terminologiyasını düzgün təfsir etmək, Şah İsmayıl dövründə istifadə olunan Azərbaycan dilinin xüsusiyyətlərini anlamaq, tarixi konteksti dərindən bilmək zəruri idi. Tərcümə prosesi zamanı Şah İsmayıl Xətainin poeziyasını araşdırmış Minorski və digər tanınmış Qərb alimlərinin əsərlərinə mütəmadi müraciət edirdim. Çünki Əzizə Cəfərzadə romanın bədii strukturunu Xətainin qəzəlləri üzərində qurub və mən həmin qəzəlləri orijinal ruhuna uyğun şəkildə təqdim etməyi qarşıma məqsəd qoymuşdum. Bütün bu çətinliklərə baxmayaraq, mənə stimul verən əsas amil əqidəm, gördüyüm işə olan inamım və bu fəaliyyətin həm millətimiz, həm də dünya elmi üçün əhəmiyyətini dərindən dərk etməyim olub.

- Xaricdə yazılmış Azərbaycan ədəbiyyatının bədii dəyəri və Vətəndəki oxucular tərəfindən qəbulu barədə nə düşünürsünüz? Ana dilimizin zənginliyi və tərcümə vasitəsilə Azərbaycan ədəbiyyatını xarici oxucuya çatdırmaq təcrübəniz bu mənada sizə necə kömək edir? Sizcə, diaspor ədəbiyyatının inkişafı üçün nələrə ehtiyac var?

- Xaricdə, xüsusilə İsveçdə diaspor nümayəndələrimiz arasında ziyalılarımızın sayı çox deyil. Yerli dilləri və ya ingilis dilini mükəmməl bilən, eyni zamanda, Azərbaycan ədəbiyyatını və tarixini dərindən tanıyan kadrlara böyük ehtiyac var. Soydaşlarımız mənə hər zaman dəstək olurlar, istəyirlər ki, ədəbiyyatımız və mədəniyyətimız layiqincə tanınsın, amma təbliğatda çətinliklərlə qarşılaşırıq. Kitab nəşr etdirmək isə çox zəhmətli və bahalı işdir. İlkin korrektura oxunuşu, hətta rəy və redaktorluq işləri üçün də kimsə ödənişsiz yanaşmır. Hesab edirəm ki, bu istiqamətdə davamlı işlər görülməlidir. Çünki bu, bizim ümummilli və Azərbaycanın tərəqqisinə yönəlmiş fəaliyyətimizdir.

- Siz İsveçdə Azərbaycan diasporunu birləşdirən təşkilatlarda fəal rol oynayırsınız. Bu fəaliyyətiniz və gənclərlə bağlı baxışlarınız barədə nə deyə bilərsiniz?

- Mən diaspor fəaliyyətinə 2001-ci ildən başlamışam. O zaman hələ həyat yoldaşımın yaratdığı “ARAZ” mədəniyyət dərnəyinin İdarə Heyətində idim və bizim əsas məqsədimiz ana dilimizi və mədəniyyətimizi yaşatmaq, gələcək nəsillərə ötürmək, müstəqil Azərbaycanı tanıtmaq, Qarabağ uğrunda mübarizə aparmaq, Cənubi azərbaycanlı soydaşlarımıza latın qrafikası ilə yazıb-oxumağı öyrətmək idi. 2010-cu ildə mən bütün İsveçdə fəaliyyət göstərən 23 dərnəyin çətir təşkilatı olan Azərbaycan Federasiyasının (AFİ) İdarə Heyətinə seçildim və o zamandan bəri böyük bir diasporu təmsil etməkdəyəm. AFİ-nin fəaliyyəti olmasaydı yəqin ki, İsveç parlamenti qondarma erməni soyqırımını tanıyacaqdı. Biz nəinki davamlı yazılar, konfranslar və radio çıxışları ilə bunun qarşısını almağa çalışırdıq. Hətta 2017-ci ildə İsveç parlamentində Xaqani İsmailin ”Genocide Committed by Armenians against Muslims, Christians and Jews” adlı tarixi faktlarla zəngin bir kitabının təqdimatını keçirdik və ermənilərin Azərbaycanda törətdiyi soyqırımını ifşa etdik.

2020-ci ildə isə biz yaradıcı işlərdə ziyalıların səylərinin birləşməsi məqsədilə ziyalılardan ibarət “Qobustan” dərnəyini yaratdıq. Biz bu təşkilat vasitəsilə müxtəlif layihələr həyata keçiririk. Məsələn, 2025-ci ilin aprelində Stokholmda ”Azərbaycan Klassik Musiqisi” konsertini İsveç cəmiyyətinə təqdim etdik.

Belə tədbirlərimiz müxtəlif səpkidə və davamlı olur, lakin çox böyük çətinliklə başa gəlir. Xaricdə başqa xalqların diasporları çox olsa da, təşkilatları olan diasporlar azdır. Artıq hər kəsə məlumdur ki, yəhudi və erməni diaspor təşkilatları uzun tarixi təcrübəyə malikdir. Düşünürəm ki, milli düşüncənin inkişafı üçün xalqımız arasında hələ çox iş aparılmalıdır. Xaricdə artıq çox sayda gəncimiz var. Onlar həm Azərbaycanı sevirlər, həm də diaspor fəaliyyətində çox fəaldırlar. Gənclərimiz tədbirlərimizdə hər zaman iştirak edirlər. Müharibə illərində gənclərin sosial medialarda Azərbaycan uğrunda informasiya savaşında necə əzmlə iştirak etdikləri artıq hamıya məlumdur. Lakin bununla yanaşı, gənclərimiz müasir üsullarla, yeni texnologiyalarla, daha böyük tədbirlərlə, savadlı və səriştəli yurddaşlarımızın öndə olduğu konfranslar, sərgilər, konsertlər və s. təşkil etmək istəyirlər.

- Qeyd etdiyiniz kimi, Siz İsveçdə Höteborq Universitetində dosent kimi fəaliyyət göstərirsiniz və müxtəlif tədris proqramlarında iştirak edirsiniz. Pedaqoji fəaliyyətiniz Azərbaycan mədəniyyətini xarici auditoriyaya çatdırmaq baxımından sizə hansı imkanları yaradıb?

- İsveçdə 2002-ci ildən pedaqoji fəaliyyətlə məşğulam. Bu fəaliyyətim sayəsində hər il yüzlərlə tələbə və müəllim kollektivi Azərbaycan haqqında mütəmadi məlumatlandırılır.

Qeyd edim ki, əvvəllər Qarabağ, Cənubi Azərbaycan və Türkiyə mövzularından danışanda bizə soyuq münasibət göstərilirdi. Hətta məni erməni tələbələri və kolleqalarımı incitməkdə təqsirləndirirdilər. Bu, mənə olan etimada kölgə salırdı. Bundan öncə mən Stokholm və Umea Universitetlərində işləmişdim. Mənzərə demək olar ki, hamısında eyni idi. Ancaq İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Zəfərimizdən sonra, həmçinin çoxşaxəli uğurlu diplomatiya və xarici siyasət nəticəsində Avropada azərbaycanlılara və Azərbaycana qarşı münasibət xeyli yaxşılaşıb. Hətta layihələr və tədbirlər zamanı da görürük ki, zaman keçdikcə Azərbaycana maraq və hörmət artmaqdadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri