Icma.az
close
up
RU
Məqsədimiz Şimali Kiprin beynəlxalq sistemə inteqrasiyasına fayda verməkdir Cavanşir Feyziyev

Məqsədimiz Şimali Kiprin beynəlxalq sistemə inteqrasiyasına fayda verməkdir Cavanşir Feyziyev

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Modern.az TRT/Azerbaycan saytının Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan – Şimali Kipr Parlamentlər arası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyevlə xüsusi müsahibəsini təqdim edir:

- Azərbaycan Respublikası Qıbrız - Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq əlaqələrini quran ikinci ölkədir. Siz Azərbaycan Milli Məclisinin Şimali Kipr Türk Cümhuriyyəti parlamenti dostluq qrupunun rəhbərisiniz. Bu dostluq əlaqələrinin gələcəyini necə görürsünüz?

2024-cü ilin 5 aprel tarixində Azərbaycan Respublikası Milli Məclisi Şimali Kipr Türk Respublikası ilə Parlamentlərarası Dostluq Qrupunun yaradılması barədə qərar qəbul edib. Həmin gündən ötən müddət ərzində hər iki parlamentin nümayəndə heyətləri qarşılıqlı səfərlər edib. Məqsədimiz ölkələrimiz arasında siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrin canlandırılması yolu ilə yeni qarşılıqlı əməkdaşlıq münasibətləri yaratmaqdan ibarətdir. İnanıram ki, qarşılıqlı əməkdaşlıq üçün potensial var. Xüsusilə, elm, təhsil, mədəniyyət və turizm sektorlarında çalışan peşəkar mütəxəssislərimiz arasında işbirliyinin yaranması üçün geniş imkanlar mövcuddur. Hazırda bu işbirliyinin müxtəlif biznes sahələrinə genişləndirilməsi üçün qarşılıqlı imkanlar öyrənilir. Kənd təsərrüfatı və sənaye məhsullarının idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün yollar aranır. Bizim vəzifəmiz bu araşdırmaları həyata keçirməklə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iş adamlarını məlumatlandırmaq və onları əməkdaşlığa təşviq etməkdir.

- Şimali Kipr Türk Cümhuriyyəti 1983- cü ildə azadlığa qovuşdu. Lakin bu günə qədər dünyada ikili standartlar davam edir. Məhz bu səbəbdən Şimali Kipr Türk Cümhuriyyəti dünya ölkələri tərəfindən tanınmır. Siz necə düşünürsünüz, Qərb niyə bu ikili standartları davam etdirir?

- Hələ 1960-cı illərdən başlayaraq Yunanıstan hakimiyyətinin dəstəyi ilə yerli rumlar tərəfindən Kipr türklərinə - qıbrızlara qarşı sərt ayrı-seçkilik siyasəti yürüdülüb. 500 ildən çox burada yaşayan türklərin sıxışdırılb adadan çıxarılması üçün onlara qarşı kütləvi deportasiyalar və qətllər həyata keçirilib. 1974-cü ilin Barış Hərəkatı qısa bir müddət üçün nisbi sakitliyi təmin etsə də, daha sonra Yunanıstan tərəfindən həyata keçirilən dövlət çevrilişi nəticəsində adada etnik təmizləmə siyasəti davam etdirilib. Nəhayət, Türkiyənın hadisələrə müdaxiləsindən sonra bu hadisələrin də qarşısı qismən alınıb. Lakin yenə də  bərabər hüquqlu iki icmanın birgə yaşadığı vahid dövlət qurmaq mümkün olmadığından 1983-cü ilin 15 noyabrında adanın türk əhalisi öz müstəqilliklərini elan ediblər. 1983-cü ildə Şimali Kipr öz müstəqilliyini elan edənə qədər adanın qıbrızlar çox sınaqlarla üzləşmişdi. Müstəqilliyini elan etdikdən sonra da bütövlükdə Qərb dünyası bu günədək Kipr türklərinin haqlarını tanımaqdan imtina edirlər. 2004-cü ildə o zamankı BMT Baş katibi Kofi Annanın təşəbbüsü ilə adanın birləşdirilməsi ilə bağlı referendum keçirildi. Referendumda adanın rumlu sakinləri türklərlə bir dövlətdə yaşamaqdan imtina etsələr də türklər birgəyaşayışa səs verdilər. Buna baxmayaraq Avropa İttifaqı adanın rum kəsimini “Kipr Respublikası” adı altında tanıyaraq Avropa İttifaqına üzv qəbul etdi. Eyni zamanda, Kipr türklərinin - qıbrızların müstəqilliyini tanımaqdan imtina olundu. Bununla da sadəcə Yunanıstanın deyil, bütövlükdə Avropanın Kipr türklərinə qarşı açıq-aşkar ayrı-seçkilik siyasəti apardığı bir daha özünü göstərdi.

Göründüyü kimi, Avropa təkcə Kipr türklərini yox, ümumiyyətlə türk xalqını öz tərkibində görmək istəmir. Türkiyənin Avropa İttifaqına üzvlüyünün yarım əsrdir təxirə salınması da məhz Qərbin ikili standartlar siyasətinin göstəricisidir.

Mövcud şəraitdə Kipr türklərinin öz dövlətini qoruyub saxlamaq və inkişaf etdirməkdən başqa yolu yoxdur. Ona görə də böyük Türk dünyası qıbrızların bu keşməkeşli taleyinə biganə qala bilməz. Bu gün yalnız Türkiyə tərəfindən rəsmən tanınmış  Şimali Kipr Türk Respublikasının siyasi, iqtisadi və mənəvi dəstəyə ehtiyacı var. Parlamentlərarası İşçi Qrupunun yaradılması da məhz bu zərurətdən doğub və biz öz səlahiyyətlərimiz çərçivəsində kiprli soydaşlarımıza bu dəstəyi göstərməyə çalışırıq. Düşünürəm ki, bütün müstəqil türk dövlətləri ilə Şimali Kipr Türk Respublikası arasında siyasi-iqtisadi və mədəni əlaqələrin qurulması ŞKTR-nin beynəlxalq təcrid vəziyyətindən çıxarılmasına və onun müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verə bilər. Ona görə də Mərkəzi Asiya türk dövlətlərini də Şimali Kipr Türk Respublikası ilə əlaqələrin qurulmasına və adada yaşayan soydaşlarımıza siyasi-mənəvi dəstək verilməsinə çağırırıq.

- Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında iqtisadi, siyasi, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində son illər Şimali Kipr Türk Respublikası ilə əlaqələrimizdə xüsusi bir canlanma var. ŞKTR Türk Dövlətləri Təşkilatında (TDT) müşhidəçi üzv statusu qazanıb. Parlamentlər arasında birbaşa münasibətlər yaradılıb və çox yüksək səviyyədədir. Təhsil sahəsində əməkdaşlıqda böyük uğurlarımız var. Hazırda 1000-dən çox Azərbaycanlı tələbə Şimali Kipr universitetlərində təhsil alır. Hər iki ölkənin mədəniyyət təmsilçiləri arasında davamlı işbirliyi var. Universitetlərin professor-müəllim heyətləri arasında çıx əlaqələr mövcuddur. 2023-cü ildən Şimali Kiprdən bir sıra kənd təsərrüfatı məhsulları idxal edilib və hazırda biznesmenlər arasında görüşləri canlandırmağa çalışırıq. Düşünürəm ki, Mərkəzi Asiya türk dövlətləri ilə Şimali Kipr Türk Respublikası arasında da analoji əlaqələrin yaranması vacibdir və  Azərbaycan – Şimali Kipr Parlamentlər arası işçi qrupumuz bu istiqamətdə səylər göstərir. Bir sözlə, məqsədimiz Şimali Kipr Türk Respublikasının beynəlxalq siyasi və iqtisadi sistemə inteqrasiya olunmasına fayda verməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see257

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see148

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see110

Neçə yaşdan sonra sürücülük vəsiqəsi verilmir? RƏSMİ

03 İyun 2025 16:43see110

Bakı Sumqayıt qatarlarından istifadə edənlərin DİQQƏTİNƏ! KONKRET

03 İyun 2025 16:58see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

ADY nümayəndə heyəti Çinin Ciansu əyalətinin rəsmiləri ilə görüşdü FOTO

03 İyun 2025 18:02see108

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri