Icma.az
close
up
RU
Mərakeşin Muxtariyyət Planına beynəlxalq dəstək genişlənir

Mərakeşin Muxtariyyət Planına beynəlxalq dəstək genişlənir

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Birləşmiş Krallıq uzun illərdir davam edən Saharaya dair regional münaqişənin həlli üçün Mərakeşin Muxtariyyət Planını ən real və etibarlı əsas kimi tanıdığını rəsmən bəyan edib. Bu mövqe Rabatda Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə Mərakeşin xarici işlər naziri Nasir Burita tərəfindən imzalanmış birgə bəyanatda əksini tapıb.

525.az xarici mediaya istinadənxəbərverir ki, bununla Birləşmiş Krallıq bu plan ətrafında formalaşmaqda olan beynəlxalq konsensusa güclü bir dəstək əlavə edib. Birgə bəyanatda Birləşmiş Krallıq 2007-ci ildə Mərakeş tərəfindən irəli sürülmüş

Muxtariyyət Planını “davamlı və qarşılıqlı qəbul edilə bilən bir həll üçün ən praqmatik və həyata keçirilə bilən təklif” kimi dəyərləndirir.

London, həmçinin, bu münaqişənin BMT-nin himayəsi altında irəlilədilməsi və Baş katibin şəxsi nümayəndəsinin fəaliyyətinə dəstək göstərilməsinin vacibliyini vurğulayır.

Bu inkişaf ABŞ, Fransa və İspaniya kimi regionla tarixi və strateji bağlılığı olan böyük güclərin daha öncə bildirdiyi açıq dəstəyə uyğun olaraq baş verir. Həmin ölkələr artıq Mərakeşin suverenliyinə əsaslanan bu təşəbbüsü regional sabitlik və əməkdaşlıq üçün ən real yol kimi qəbul etdiklərini bəyan ediblər.

Bəyanatda, həmçinin qeyd olunur ki, Böyük Britaniya “UK Export Finance” vasitəsilə Saharaya iqtisadi təşəbbüslərə dəstək göstərməyə hazırdır. Bu, Böyük Britaniyanın Mərakeşin inkişafına və Afrika ilə Şimalla əməkdaşlığın dərinləşdirilməsinə verdiyi töhfənin tərkib hissəsidir.

Bu sonuncu dəstək bəyanatı dünya üzrə onlarla ölkənin artan həmrəyliyini əks etdirir. Bu ölkələr arasında Azərbaycan da var ki, Mərakeşin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir. 2022-ci ildə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rabata rəsmi səfəri zamanı bu dəstək bir daha təsdiqlənmib, tərəflər suverenlik və beynəlxalq hüquqa əsaslanan münaqişələrin sülh yolu ilə həlli prinsiplərinə sadiqliklərini ifadə ediblər.

Öz ərazi bütövlüyünü BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında bərpa etmiş Azərbaycan üçün Mərakeşin təşəbbüsü yalnız diplomatik deyil, həm də prinsipial baxımdan əhəmiyyət daşıyır. Mərakeşin və onun tərəfdaşlarının – o cümlədən Böyük Britaniya, ABŞ, Fransa, İspaniya və Azərbaycan – ortaq mövqeyi göstərir ki, bu cür münaqişələrin həllində realizm və hüquqi yanaşma üstünlük təşkil etməlidir.

Saharaya dair münaqişə yalnız bir regional məsələ deyil. O, beynəlxalq hüquqa sadiqlik və suverenliyə hörmət məsələsində qlobal həmrəyliyin bariz nümunəsinə çevrilib. Birləşmiş Krallığın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi tutduğu mövqe Mərakeşin təşəbbüsünün legitimliyini daha da gücləndirir və bu prosesin sülh yolu ilə yekunlaşdırılması imkanlarını artırır.

Dünyanın getdikcə daha çox ölkəsi bu planı dəstəklədikcə, Mərakeşin

Muxtariyyət Planı təkcə milli təşəbbüs deyil, həm də kompromis, legitimlik və inkişaf naminə beynəlxalq əməkdaşlığın nümunəsinə çevrilir.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://525.az
archiveBu xəbər 01 İyun 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri