Mercedes in gəlirləri iki dəfə azaldı Məşhur brend səbəbləri açıqladı
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın "Mercedes-Benz" şirkətinin 2025-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə təxminən iki dəfə azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə dünyaca məşhur avtomobil istehsalçısı rəsmi məlumat yayıb.
Bildirilib ki, "Mercedes"in gəlirləri təxminən 49% azalaraq 10.4 milyard avrodan 5.3 milyard avroya düşüb.
Mənfəətin azalmasının səbəbləri sırasında rüsumlar, məzənnənin mənfi təsiri, həmçinin ilk növbədə Çin istehsalçıları tərəfindən artan rəqabət göstərilir.
Qeyd olunur ki, nüfuzlu avtomobil istehsalçısının ticarət dövriyyəsi 9% azalaraq, 132.2 milyard avroya düşüb. Faizlər və vergilər çıxılmazdan əvvəl əməliyyat mənfəəti 57% azalaraq, 5.82 milyard avro olub.
Ümumilikdə şirkət ötən il təxminən 2 milyon 160 min ədəd minik avtomobili və mikroavtobus satıb. Bununla yanaşı, Çində "Mercedes"in satışı 19% azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 12 Fevral 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















