Icma.az
close
up
RU
Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir ŞƏRH

Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 noyabr, AZƏRTAC

Son zamanlarda baş verən proseslər göstərir ki, müasir beynəlxalq siyasət dövlətlərə yalnız güclü olmaq imkanı verir. Hər hansı bir sistemi qurmazdan əvvəl bu reallıqdan çıxış etmək zəruridir. Bu, xüsusilə resursların təminatı ilə bağlı özünü göstərir və artıq bu sahədə etibarlı tərəfdaşların seçimi aparılıb. Əməkdaşlıqlar isə dövlətlərin və xalqların indiyə qədər siyasi səhnədə nümayiş etdirdiyi yanaşmalar əsasında qurulur. İnkişaf edən strateji ssenarilərdən görünür ki, Azərbaycan siyasi səhnədə etimad göstərilən aktordur.

Mərkəzi Asiya regionu tarix boyu təbii resurslarla zəngin böyük ərazi olaraq kəskin rəqabətin mərkəzində olub. Bu səbəbdən regionda yeni əməkdaşlıq formatlarına ehtiyac yaranıb. Resurslar Mərkəzi Asiya dövlətlərinin və bütövlükdə regionun strateji mövqeyini müəyyən edir. Dənizə çıxışı olmayan bu ərazi “Heartland” konsepsiyasından qlobal şahmat lövhəsi dövrünə qədər böyük güclərin diqqət mərkəzində olub, onları rəqabətə və münaqişəyə cəlb edib. Region həm geosiyasi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır və neft, qaz kimi vacib enerji ehtiyatları ilə beynəlxalq maraqların mərkəzindədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Cənubi Qafqazın parlayan ulduzu olan Azərbaycan regionu irəli aparmağı bacarır. Tarixi Zəfər və qətiyyətli siyasi qərarlar ölkəmizlə əməkdaşlığı daha cəlbedici edir. Bu, Azərbaycanı yalnız coğrafi mövqeyinə görə deyil, həm də həyata keçirdiyi siyasət baxımından strateji aktora çevirir. Azərbaycanın mövqeyi bütün regionun taleyini, sülhün, təhlükəsizliyin və inkişafın istiqamətini müəyyən edir. Cənubi Qafqaz ölkələrinin siyasi qərarlarında Azərbaycanın maraqları nəzərə alınmadan addım atmaq mümkün deyil. Müasir beynəlxalq siyasətdə strateji əhəmiyyət geosiyasət, geoiqtisadiyyat, strateji mövqelər və həyati resurslarla ölçülür. Bir dövlətin və ya regionun əhəmiyyəti yalnız sərhədləri ilə deyil, strateji addımlarının qlobal təsiri ilə müəyyən olunur. Həm Mərkəzi Asiya, həm də Azərbaycan bu baxımdan siyasi səhnədə öndədir.

“Mərkəzi Asiya+” formatları uğrunda gedən rəqabət dövründə region ölkələrinin Azərbaycanı tamhüquqlu üzv kimi qəbul etməsi Prezident İlham Əliyevin siyasətinin məntiqi nəticəsidir. Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir, bu isə tarixi, mədəni və mənəvi əlaqələrin strateji səviyyədə daha da inkişaf etdiriləcəyini göstərir. Bundan sonra əməkdaşlıqlar daha məqsədyönlü və strateji xarakter daşıyacaq. Region yalnız beş dövlət kimi deyil, həm də Azərbaycan vasitəsilə yeni perspektivli əməkdaşlıqların mərkəzində olacaq.

“Mərkəzi Asiya çərçivəsində keçirilən görüşlər yalnız dövlət başçıları səviyyəsində deyil, həm də nazirliklər, dövlət və ictimai təşkilatlar arasında intensivləşən təmaslarla daha dayanıqlı və hərtərəfli əməkdaşlığı təmin edir. Azərbaycan heç vaxt Cənubi Qafqazı inkar etməyib və hətta ən çətin dövrlərdə tarixin yeni səhifəsini açmağı bacarıb.

2019-cu ildən etibarən keçirilən Mərkəzi Asiya sammitlərində Azərbaycan artıq üçüncü dəfə iştirak edir. Hər sammit zamanı ölkəmizə göstərilən xüsusi diqqət və fərqli yanaşma açıq şəkildə müşahidə olunur. Mərkəzi Asiya dövlət başçılarının ölkəmizə səfərləri yalnız rəsmi deyil, xalqlar arasında da müsbət münasibətin ifadəsidir. Azərbaycan və Mərkəzi Asiya dövlətləri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, məsləhətli və sinxron addımlar atır.

Regionla əməkdaşlıq həm də humanitar və mədəni sahələrdə özünü göstərir. Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin, Qırğızıstan isə Ağdamda Manas məktəbinin inşasına dəstək göstərib. 2025-ci ilin oktyabrında Füzulidə Türkmənistanın dəstəyi ilə məscidin təməli qoyulub. Bu addımlar xalqlar arasında dostluğun və həmrəyliyin göstəricisidir”, - deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, əlaqələr bütün sahələrdə müasir çağırışlara uyğun olaraq dərinləşdirilir. 2024-cü noyabrın 13-də “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Xəzər dənizinin dibi ilə çəkiləcək elektrik kabeli qlobal bazarlara enerji ixracını genişləndirəcək. Orta Dəhliz layihəsi isə həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətlərinə unikal imkanlar təqdim edir. Azərbaycandan keçən yükdaşımalarının həcmi son üç ildə 90 faiz artıb ki, bu da həm vaxt, həm də maliyyə baxımından böyük qənaət deməkdir.

Həm Mərkəzi Asiya, həm də Azərbaycan strateji mövqe və həyati resurslar baxımından qlobal siyasətin mərkəzində durur. Dünya siyasətinə təsir edən strateji və iqtisadi münasibətlərimizin əhəmiyyəti qlobal xarakter daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri