Mərkəzi Asiya dövlətləri Əfqanıstanla əməkdaşlıq səylərini birləşdirəcək AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 26-da Daşkənddə Özbəkistan Xarici İşlər Nazirliyinin təşkilatçılığı və BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin (UNRCCA) yardımı ilə Mərkəzi Asiya ölkələri xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti - 14-cü görüş keçirilib.
AZƏRTAC Özbəkistan mediasına istinadla xəbər verir ki, iclas iştirakçıları müzakirələr zamanı Mərkəzi Asiya dövlətlərinin xarici siyasətinin regional əməkdaşlığın gücləndirilməsinə yönəlmiş prioritetləri barədə yekdil fikirlər ifadə ediblər. Tədbirdə, həmçinin ticarət və iqtisadiyyat, nəqliyyat və logistika marşrutları, su, enerji və iqlim məsələləri ilə bağlı regional əməkdaşlığın konkret istiqamətləri müzakirə edilib.
Əfqanıstanla əməkdaşlıqla bağlı Mərkəzi Asiya ölkələrinin səylərinin birləşdirilməsi ilə bağlı ayrıca müzakirə aparılıb.
Tədbir zamanı Preventiv Diplomatiya Akademiyasının məzunları beynəlxalq gündəmdə olan məsələlər, o cümlədən sosial məsələlərlə bağlı Mərkəzi Asiya dövlətlərinin hökumətlərinə müraciət ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 27 Noyabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















