Icma.az
close
up
RU
Mərkəzi Asiya üçün tarixi razılaşma Ağrı nöqtələri və qanlı toqquşmalara son

Mərkəzi Asiya üçün tarixi razılaşma Ağrı nöqtələri və qanlı toqquşmalara son

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İki Mərkəzi Asiya ölkəsi - Qırğızıstan və Tacikistan sərhəd mübahisəsini keçmişdə buraxmaq barədə tarixi sazişə imza atıblar. Ən əsası odur ki, bu razılaşma üçüncü tərəfin iştirakı olmadan baş tutub.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Üç ildə dəyişən reallıq

Təxminən min kilometrlik sərhədlə bağlı anlaşmanı Qırğızıstan Prezidenti Sadır Japarov və tacikistanlı həmkarı Emoməli Rəhmon "tarixi razılaşma" adlandırıblar. Cəmi üç il əvvələ qədər bu sərhədin yarısı mübahisəli idi. 2021 və 2022-ci illərdə iki ölkə arasında baş verən ağır toqquşmalarda onlarla insan həlak olub. Sazişin imzalanması zamanı hər iki prezident bu addımın regionda sabitlik və təhlükəsizlik baxımından vacibliyini vurğulayıb. S.Japarov qeyd edib ki, Qırğızıstanla Tacikistan arasındakı sərhəd bundan sonra iki qardaş ölkənin və xalqın əbədi dostluğunun sərhədi olacaq. O əlavə edib ki, siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin mütərəqqi inkişafı üçün kompleks tədbirlər görüləcək.

E.Rəhmon isə imzalanan sənədlərin Tacikistan-Qırğızıstan münasibətlərində yeni səhifə açacağını bildirib. O, bütün səylərin iki ölkənin paytaxtları arasında 2021-ci ildə dayandırılmış hava nəqliyyatının bərpasına, kommunikasiyalar sahəsində əməkdaşlığın inkişafına yönəldiləcəyini vurğulayıb.

Yeri gəlmişkən, iki ölkə liderləri arasında görüş Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə baş tutmuşdu. O zaman E.Rəhmon qırğız həmkarının hətta əlini də sıxmamışdı. Putin isə bu məsələyə, demək olar ki, maraq göstərmirdi. Lakin martın 12-də İ.Rəhmon Qırğızıstanın paytaxtı Bişkekə endikdən sonra iki lider arasında həm uzun bir əl sıxışması, həm də üç qucaqlaşma olub. Onu ənənəvi rəqqaslar və musiqiçilər qarşılayıblar, şəhərdə isə şəklini əks etdirən və "Zati-aliləri"ni ən səmimi ifadələrlə salamlayan bilbord yerləşdirilib.

Rusiya məmnundur?

Putinin əvvəlki vasitəçilik səyləri uğursuz alınsa da, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və KTMT-nin lideri kimi Rusiya üçün Mərkəzi Asiyada "ağrı nöqtələri"ni aradan qaldırmaq son dərəcə vacibdir. Qərblə davam edən qarşıdurma və sərhəd perimetri boyunca digər problemli ərazilərin mövcudluğunu nəzərə alsaq, uzun müddətdir davam edən mübahisələrdən birinin həlli Rusiyaya öz resurslarını optimallaşdırmağa və Mərkəzi Asiyada mövqelərini möhkəmləndirməyə imkan verir. Tacikistan-Qırğızıstan ziddiyyətlərinin davam etməsi Moskvanı seçim qarşısında qoyurdu və MDB, KTMT və Aİİ-də inteqrasiyaya zərər vururdu. Saziş KTMT tərəfindən də müsbət qarşılanıb. Katibliyin bəyanatında deyilir: "Sərhəd məsələlərinin həlli, şübhəsiz ki, regional əməkdaşlığın mütərəqqi inkişafına və KTMT-nin məsuliyyət zonasında təhlükəsizliyin artırılmasına töhfə verəcək".

İcmalar üçün həyat necə dəyişəcək?

Beləliklə, iki sərhəd keçidi təxminən dörd ildən sonra ilk dəfə yenidən açılıb. Hər iki ölkənin parlamentlərində bu razılaşmanın ratifikasiyasının formal bir prosedur olacağı gözlənilsə də, Qırğızıstanda bəzi narahatlıq əlamətləri müşahidə edilir. İndi əsas sual budur: su qıtlığı yaşanan və sıx məskunlaşmış bu bölgədə uzun illər əziyyət çəkən icmalar üçün həyat necə dəyişəcək? Bəzən qırğız və tacik icmaları arasında sərhəd pozuntusu və su resurslarına çıxış məsələləri ilə bağlı gərginlik yaranır, sonu isə qanlı toqquşmalarla bitirdi. 2022-ci ildə dörd gün davam edən münaqişə zamanı təkcə Qırğızıstanda 100 mindən çox insan evindən didərgin düşmüşdü.

Qırğızıstan parlamentində millət vəkili Sultanbay Ayjiqitov bildirib ki, bu razılaşma Tacikistanı uzun müddətdir ardıcıl olaraq izlədiyi məqsədinə bir addım daha yaxınlaşdıracaq. Bu məqsəd isə tacik hökumətinin heç vaxt "eksklav" olaraq qəbul etmədiyi Vorux ərazisini Tacikistana birləşdirməkdən ibarətdir. Deputat bu açıqlamasından sonra hökumətyönlü Yiman Nuru Partiyasından xaric edilib. Partiyanın lideri Dinara Aşimova deyib ki, deputatın şərhləri partiyanın xəttini əks etdirmir. Qırğızıstan prezidenti isə dövlət mediasına açıqlamasında deputatı demaqoqluqda ittiham edib.

Su bölgüsü ilə bağlı razılıq var

Razılaşma ilə bağlı hər hansı narazılığın qarşısını almaq ratifikasiyadan əvvəl Qırğızıstan hökumətinin əsas prioritetlərindən olacaq. Hökumətin bu sahədə təcrübəsi də var. 2022-ci ildə Özbəkistanla nəzəri cəhətdən daha az mübahisəli sərhəd razılaşmasına qarşı etirazlar Japarov rejiminə qarşı ilk real çağırış oldu. Qırğızıstan-Tacikistan sərhəd müqaviləsi Qırğızıstanın Ak-Su, Tacikistanın isə İsfara çaylarından su götürən Qolovnoy suburaxıcı qurğusundan suyun birgə istifadəsi üçün zəmin yaradıb. Taciklər və qırğızlar artıq şlüzdən suyu paylaşırlar. Halbuki bu məsələ 2021-ci il üçgünlük sərhəd müharibəsi zamanı mübahisə mənbəyi olmuşdu. Bu və digər ortaq infrastrukturun praktikada necə idarə olunacağını zaman göstərəcək.

Düşmənlikdən dostluğa

Hər iki ölkənin düşmənlikdən dostluğa keçidinin martın 31-də Tacikistanın Xucand şəhərində Özbəkistanın da iştirakı ilə keçiriləcək üçtərəfli sammitdə daha da möhkəmlənməsi gözlənilir. Özbəkistan bir vaxtlar hər iki ölkə üçün qorxulu qonşu olub. Bu vəziyyət Prezident Şavkat Mirziyoyevin mərhum İslam Kərimovu əvəz etməsindən sonra tamamilə dəyişib. Prezident Mirziyoyev ətrafına təhdidlər deyil, fürsətlər prizmasından yanaşıb və öz ölkəsinin sərhəd mübahisələrini tez bir zamanda həll etməyə çalışıb.

Beləliklə, hər iki ölkə bütün mübahisələri yalnız siyasi-diplomatik metodlarla həll etmək potensialını nümayiş etdirmiş olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Mart 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri