Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Mərkəzi Asiya uğrunda mübarizə Azərbaycan üçün yaranan yeni fürsətlər

Mərkəzi Asiya uğrunda mübarizə Azərbaycan üçün yaranan yeni fürsətlər

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

XXI əsrin üçüncü onilliyi beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərlə xarakterizə olunur. Qlobal güc mərkəzləri arasında gedən rəqabət yeni geosiyasi xəritə formalaşdırır və bu prosesin əsas strateji meydanlarından biri də Mərkəzi Asiyadır. Ənənəvi olaraq Rusiya və Çin təsir dairəsində olan region son illər ABŞ, Avropa İttifaqı, Türkiyə, Hindistan və Yaxın Şərq ölkələrinin də maraq dairəsinə daxil olub.

Yeni dünya düzənində enerji resursları, nəqliyyat-kommunikasiya xətləri və təhlükəsizlik marşrutları baxımından Mərkəzi Asiya yalnız regional deyil, həm də qlobal önəm daşıyan bir məkan kimi önə çıxır.

Regionun kim tərəfindən və necə idarə olunacağı, buradakı dövlətlərin hansı güc blokları ilə əməkdaşlıq edəcəyi gələcək qlobal iqtisadi və siyasi balansı müəyyənləşdirəcək.

Bu mənada, Mərkəzi Asiya artıq sadəcə enerji bazarı deyil, həm də rəqib güclər arasında nüfuz savaşı və strateji təsir mübarizəsinin əsas poliqonuna çevrilib. ABŞ-nin regiona dönüşü, Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün genişlənməsi, Rusiyanın “Avrasiya İttifaqı” formatında təsirini saxlamağa çalışması və Türkiyənin Türk Dövlətləri Təşkilatı vasitəsilə inteqrasiya siyasəti Mərkəzi Asiyanı yeni geopolitik qovşağa çevirib.

Bu baxımdan ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə C5+1 formatında keçirilən Zirvə görüşü Vaşinqtonun regiona yönələn siyasətinin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.

Bu görüş, bir tərəfdən, ABŞ-nin Asiya siyasətində prioritetlərin dəyişməsini, digər tərəfdən isə Rusiyanın Ukraynada davam edən müharibəsi və Çinin artan iqtisadi təsiri fonunda Avrasiyada yaranan strateji boşluğu doldurmaq cəhdini əks etdirir.

Mərkəzi Asiya: qlobal rəqabətin mərkəzində

Mərkəzi Asiya coğrafi baxımdan Avrasiyanın qovşağında yerləşir və zəngin təbii sərvətlərə malikdir. Bu regionun geoiqtisadi potensialı qlobal enerji və resurs təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qazaxıstan uran istehsalına görə dünyada birinci, Özbəkistan isə beşinci yerdədir. Türkmənistan dünyanın ən iri təbii qaz ehtiyatlarına, Qırğızıstan və Tacikistan isə hidroenerji potensialına sahibdir. Bundan əlavə, region nadir torpaq elementləri ilə də zəngindir. Bu isə XXI əsrin texnoloji sənayesinin, xüsusilə süni intellekt və bərpa olunan enerji sektorlarının əsas xammal bazasıdır.

Bölgənin əhəmiyyətini qeyd edən ABŞ Prezidenti Donald Tramp sammitdə qeyd edib:

“Bu ölkələr qədim İpək Yolu boyunca yerləşib və Avrasiyanın mərkəzində olmaları onlara çox böyük əhəmiyyət və potensial qazandırır. Onlar təkcə enerji deyil, həm də nadir torpaq elementləri ilə zəngindir. Bu isə gələcəyin resursudur”.

Bu bəyanat Vaşinqtonun Mərkəzi Asiyaya baxışında dəyişən prioritetlərini, xüsusən də enerji təhlükəsizliyi, texnoloji resurs təminatı və nəqliyyat marşrutları üzərində nəzarəti təmin etməyi açıq şəkildə göstərir.

ABŞ-nin strateji məqsədləri: Rusiya və Çin balansında yeni taktika

ABŞ-nin Mərkəzi Asiyada fəallaşması təsadüfi deyil. Region həm Moskva, həm də Pekin üçün həyati əhəmiyyət daşıyır. Rusiya Mərkəzi Asiyanı hələ də öz “təbii təsir zonası” hesab edir, Çin isə “Bir Kəmər – Bir Yol” təşəbbüsü çərçivəsində bu bölgəni iqtisadi ekspansiyanın əsas halqası kimi görür.

Vaşinqton üçün C5+1 formatında dialoqun dərinləşdirilməsi iki əsas məqsədə xidmət edir:

1. Rusiyanın geosiyasi təsir dairəsini məhdudlaşdırmaq 
Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ Mərkəzi Asiyada siyasi və iqtisadi əlaqələri gücləndirməklə Moskvanın arxa cəbhəsində təsir imkanlarını zəiflətməyə çalışır.

2. Vaşinqtonun Moskvanı atəşkəsə vadar etmək məqsədi
ABŞ-nin Mərkəzi Asiyada mövqelərinin möhkəmlənməsinin arxasında yalnız iqtisadi maraqlar və enerji resurslarına çıxış istəyi deyil, həm də geosiyasi təzyiq mexanizmlərinin formalaşdırılması dayanır.

Vaşinqton anlayır ki, Rusiya üçün Mərkəzi Asiya strateji arxa cəbhə, iqtisadi və təhlükəsizlik tamponu rolunu oynayır. Bu regionda Amerikanın mövqelərinin güclənməsi Moskvanın regional təsir imkanlarını zəiflədir, onu həm diplomatik, həm də iqtisadi cəhətdən dar çərçivəyə salır.

Bu baxımdan, Tramp administrasiyasının Mərkəzi Asiya istiqamətində aktivləşməsi, əslində, Rusiya-Ukrayna müharibəsi cəbhəsində siyasi və psixoloji üstünlük qazanmaq, Moskvanı atəşkəsə və sülh danışıqlarına məcbur etmək strategiyasının bir hissəsidir.

Mərkəzi Asiyada ABŞ-nin siyasi və iqtisadi dayaqlarının güclənməsi Rusiyanın enerji ixrac marşrutlarını, regiondakı logistik əlaqələrini və geoiqtisadi təsir alətlərini məhdudlaşdırır. Nəticədə, Kreml üçün uzunmüddətli müharibə iqtisadi və strateji baxımdan daha da baha başa gəlir.

Beləliklə, Vaşinqtonun Mərkəzi Asiya fəallığı Ukrayna müharibəsində dolayı təsir və təzyiq diplomatiyasının mühüm tərkib hissəsinə çevrilir.
3. Çinin regional dominantlığının qarşısını almaq 

ABŞ üçün Mərkəzi Asiya həm enerji mənbəyi, həm də Çin istehsal sənayesinin alternativ resurs bazasıdır. Ağ Ev bu yolla Pekinin qlobal iqtisadi zəncirlər üzərindəki nəzarətini balanslaşdırmaq niyyətindədir.

Beləliklə, ABŞ-nin Mərkəzi Asiya siyasəti yalnız iqtisadi deyil, həm də qlobal güc balansını dəyişməyə yönəlmiş geosiyasi strategiyadır.

Yeni əməkdaşlıq modeli: iqtisadi diplomatiya və enerji təhlükəsizliyi

C5+1 formatı çərçivəsində ABŞ artıq Qazaxıstanla nadir torpaq elementləri üzrə əməkdaşlıq sazişi imzalayıb. Tramp administrasiyası bu təcrübəni digər Mərkəzi Asiya ölkələrinə də şamil etməyi planlaşdırır.

Eyni zamanda, ABŞ bu regionla birbaşa investisiya əlaqələrini artırmaq, enerji və nəqliyyat infrastrukturlarının diversifikasiyasını dəstəkləmək niyyətindədir.
Bu yanaşma Vaşinqtonun “müharibə diplomatiyası”ndan çox “iqtisadi diplomatiya” modelinə üstünlük verdiyini göstərir. Yəni, ABŞ Mərkəzi Asiyada hərbi deyil, iqtisadi və texnoloji təsir mexanizmləri ilə möhkəmlənməyə çalışır.
Azərbaycan üçün açılan yeni imkanlar

ABŞ-nin Mərkəzi Asiyada fəallaşması Azərbaycan üçün də bir sıra strateji və iqtisadi üstünlüklər yaradır.

Birincisi, bu proses Türk Dövlətləri Təşkilatının inteqrasiyasını gücləndirir. ABŞ-nin Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması Türk dünyasının siyasi və iqtisadi güc kimi formalaşmasını sürətləndirə bilər. Bu, Azərbaycanın həm türk coğrafiyasında, həm də Avrasiya məkanında mövqelərinin güclənməsi deməkdir.

İkincisi, 8 avqust Vaşinqton Anlaşmasından sonra Cənubi Qafqazda formalaşan yeni sülh və əməkdaşlıq mühiti Azərbaycanın regional sabitlik və iqtisadi inteqrasiya mərkəzinə çevrilməsi istiqamətində əlavə dəstək yaradır.

Üçüncüsü, ABŞ-nin regionda infrastruktur və enerji layihələrinə marağı Azərbaycanın təşəbbüsü ilə formalaşan Orta Dəhlizin (Transxəzər nəqliyyat xətti) əhəmiyyətini artırır. Bu dəhlizin genişləndirilməsi təkcə nəqliyyat deyil, həm də enerji və texnoloji inteqrasiyanın əsas vasitəsinə çevrilməkdədir.

Bu mürəkkəb rəqabət şəraitində Azərbaycan öz milli maraqlarını təmin edən çoxvektorlu diplomatiya xətti ilə seçilir.

Bakı həm Qərb, həm Rusiya, həm də Çin istiqamətində balanslaşdırılmış siyasət aparmaqla regionda əməkdaşlıq körpüsü funksiyasını yerinə yetirir.

Azərbaycanın təşəbbüsü ilə formalaşan Zəngəzur dəhlizi və Orta Dəhliz (Transxəzər nəqliyyat marşrutu) təkcə logistika layihəsi deyil, həm də yeni geoiqtisadi əməkdaşlıq platformasıdır. Bu marşrut Avropa, Mərkəzi Asiya və Çin bazarlarını birləşdirərək qlobal ticarətin dayanıqlı xəttinə çevrilmək potensialına malikdir.

Azərbaycanın enerji siyasəti də yeni reallıqlara uyğunlaşdırılıb: ölkə həm ənənəvi neft-qaz ixracatçısı olaraq qalır, həm də yaşıl enerji və alternativ enerji mənbələrinə böyük investisiyalar cəlb etməklə gələcəyin enerji bazarında strateji üstünlüyünü qoruyur. Bu, Azərbaycanın həm Qərb, həm də Asiya ölkələri ilə əməkdaşlığını dərinləşdirir, eyni zamanda onu enerji təhlükəsizliyinin mühüm təminatçısına çevirir.

Rəqib güclər arasında əməkdaşlıq körpüsü

Azərbaycanın xarici siyasət fəlsəfəsi qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulub. Bakı, Türk Dövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələri dərinləşdirir, eyni zamanda Avropa İttifaqı, ABŞ, Rusiya və Çinlə də qarşılıqlı maraqlara əsaslanan münasibətlər saxlayır.
Bu, Azərbaycanın unikal diplomatik üstünlüyüdür. Azərbaycan  rəqib güclər arasında körpü rolunu oynayaraq, yeni dünya düzənində sabitlik və əməkdaşlığın mərkəzi kimi çıxış edir.

Orta Dəhlizin “yaşıl enerji dəhlizi” kimi inkişaf etdirilməsi və Türk dünyasının enerji inteqrasiyasına dəstək verilməsi Azərbaycanın “orta güc” statusunu daha da möhkəmləndirir.

Yeni dünya düzənində Mərkəzi Asiya uğrunda rəqabət daha da kəskinləşsə də, Azərbaycan bu rəqabəti risk yox, fürsət kimi dəyərləndirir.

Çoxvektorlu diplomatiya, enerji və nəqliyyat siyasətində strateji uzaqgörənlik, həm Qərb, həm də Şərqlə balanslı münasibətlər Bakı üçün qlobal və regional sülhün təminatçısı rolunu daha da gücləndirir.

Azərbaycan təkcə regionun coğrafi mərkəzində deyil, həm də yeni beynəlxalq sistemin siyasi, enerji və diplomatik mərkəzlərindən birinə çevrilməkdədir.

Türk Dövlətləri Təşkilatı – ABŞ-nin Mərkəzi Asiyada varlığını təmin edən strateji platforma

ABŞ-nin Mərkəzi Asiyada mövqelərini möhkəmləndirməsi təkcə ikitərəfli əlaqələr əsasında mümkün deyil. Regionun tarixi, mədəni və geosiyasi reallıqları göstərir ki, Mərkəzi Asiyanın beş respublikası arasında əməkdaşlığın əsas inteqrasiya dayağı Türk Dövlətləri Təşkilatıdır (TDT).

Türk dünyası son illər təkcə mədəni identiklik deyil, həm də iqtisadi, nəqliyyat və enerji inteqrasiyası baxımından yeni geosiyasi güc mərkəzi kimi formalaşmaqdadır. Bu prosesin mərkəzində isə Azərbaycan və Türkiyə dayanır.
ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya üçün Mərkəzi Asiyada davamlı və təsirli siyasətin qurulması, əslində, Türk Dövlətləri Təşkilatı ilə strateji əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasından keçir.
Vaşinqton bu platformanı regionda Rusiyanın və Çinin təsirinə alternativ mexanizm kimi dəstəkləməklə həm öz iqtisadi maraqlarını qoruyar, həm də Türk dünyasının qərbyönlü inkişaf modelini təşviq etmiş olar.

Belə bir yanaşma həm ABŞ-nin enerji və resurs təhlükəsizliyinə, həm də Avrasiyada sabitlik və balans siyasətinin qorunmasına xidmət edər.
Bu baxımdan Tramp administrasiyası üçün Türk Dövlətləri Təşkilatının güclənməsi Mərkəzi Asiyada Amerikanın uzunmüddətli maraqları ilə üst-üstə düşən strateji xətdir.

ABŞ-nin Mərkəzi Asiyada fəallığı təkcə regional siyasət deyil, həm də yeni qlobal güc balansının formalaşmasının göstəricisidir. Vaşinqton bu regionda təsirini artırmaqla həm Rusiyanın geosiyasi çevrəsini daraltmağa, həm də Çinin Avrasiya planlarını balanslaşdırmağa çalışır.

Mərkəzi Asiyanın enerji və resurs potensialı fonunda formalaşan bu yeni dinamika Azərbaycan üçün də əhəmiyyətli nəticələr doğurur. Bakı üçün əsas məqsəd bu geosiyasi prosesləri Orta Dəhliz, yaşıl enerji və türk inteqrasiyası kimi milli prioritetlərlə sinxronlaşdırmaqdır.

Azərbaycanın enerji, logistika və diplomatik potensialı bu yeni mərhələdə ölkəmizi “orta güc” statusuna yüksəldən əsas amillərdən birinə çevrilə bilər.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Noyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see283

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see180

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see129

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see126

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri