Icma.az
close
up
RU
Mərkəzi Asiyanın ən böyük stadionu “Bişkek arena”

Mərkəzi Asiyanın ən böyük stadionu “Bişkek arena”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qırğızıstanın idman uğurları artır

Qırğızıstanda idman ölkənin ictimai və mədəni həyatında mühüm yer tutur. Ölkənin dağlıq coğrafiyası alpinizm, atçılıq və müxtəlif qış idman növlərinin inkişafı üçün əlverişli şərait yaradır. Xüsusilə güləş, cüdo, boks və atletika xalq arasında geniş yayılmış idman növləridir.

Son illərdə Qırğızıstanda gənclərin idmana marağının artırılması, idman infrastrukturlarının yaxşılaşdırılması və yeni idman komplekslərinin yaradılması istiqamətində davamlı işlər görülür. Məktəblərdə və müxtəlif idman klublarında uşaq və yeniyetmələrin idmana cəlb olunmasına diqqət artırılır. Qırğızıstanlı idmançılar beynəlxalq yarışlarda, xüsusilə güləş, cüdo və digər döyüş idmanlarında uğurlar qazanırlar. Ölkənin Olimpiya Oyunlarında və Asiya səviyyəli yarışlarda əldə etdiyi nəticələr idmanın inkişafına marağı daha da artırır.

Ümumilikdə, idman Qırğızıstanda yalnız sağlam həyat tərzinin təbliğinə deyil, həm də gənclərin tərbiyəsinə, ölkənin beynəlxalq səviyyədə tanınmasına və milli ənənələrin qorunmasına xidmət edir.

Bu il oktyabrın 5-də Qırğızıstan Prezidenti Sadır Japarov 51 minlik tamaşaçı üçün nəzərdə tutulan “Bişkek arena” stadionunun təntənəli açılış mərasimində iştirak edib. Qeyd edək ki, stadion formal olaraq avqustun 31-də VI Ümumdünya Köçəri Oyunlarına start verilən gündən fəaliyyət göstərməyə başlayıb. Dövlət başçısı toplantıda çıxışı zamanı bildirib ki, ən yüksək səviyyəli idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan yeni stadion heç də havayı sərf olunmuş maliyyə vəsaiti deyil, əksinə, orta və ya hətta iri bir zavodla müqayisə edilə biləcək həcmdə gəlir gətirəcək. Maraqlıdır ki, Prezident bu fikri stadionun əvəzinə sənaye obyektlərinin tikilməsini təklif edən müxalifətçilərə cavab olaraq səsləndirib.

Dövlət başçısı deyib: “Biz bunun kimi daha 10 stadion tikəcəyik və minlərlə peyk (Qırğızıstan bu günlərdə öz peykini səmaya buraxıb) orbitə çıxaracağıq. Sülh, birlik və həmrəylik hər şeydən üstündür. Eyni zamanda, ölkə iqtisadiyyatı inamla artmağa davam edəcək!”

Qırğızıstanda hazırda səhiyyə və təhsil sahələrində iri infrastruktur obyektləri uğurla inşa edilir. Qardaş ölkədə 2027-ci ildə 111 məktəbin və 44 rayon xəstəxanasının tikintisinin başa çatdırılması planlaşdırılıb. 2028-ci ildən etibarən ölkədə məktəb və digər sosial obyektlərin çatışmazlığı probleminin aradan qaldırılacağı gözlənilir.

Prezident, həmçinin büdcə gəlirlərinin və ÜDM-in artımını qeyd edib. Bildirib ki, 2020-ci ilin sonunda ölkənin büdcə gəlirləri acınacaqlı vəziyyətdə olsa da, cəmi 1 il sonra, 2021-ci il 187 milyard som gəlirlə başa çatdırılıb. Dövlət başçısının sözlərinə görə, ötən il ölkədə ÜDM 9 faizdən çox artıb və cari ildə bu göstəricinin kifayət qədər yüksək olacağı heç kimdə şübhə doğurmur.

Prezident Sadır Japarov “Bişkek Arena”dakı çıxışını bu sözlərlə yekunlaşdırıb: “İrəli, Qırğızıstan!”.

M.HACIXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri