Mərkəzi Azəri platformasının profilaktik işlər proqramı başa çatıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Mərkəzi Azəri platformasında avqustun 19-dan başlayaraq 11 gün ərzində planlaşdırılmış profilaktik işlər proqramı tam şəkildə həyata keçirilmiş və proqram vaxtından əvvəl uğurla başa çatıb.
"APA-Economics" bu barədə bp-yə istinadən xəbər verir.
Proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.
Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına müxtəlif layihələr, o cümlədən vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması tədbirləri daxil idi.
Proqram çərçivəsində həmçinin Mərkəzi Azəri platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulmuş Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsinin icrasına aid bəzi işlər də həyata keçirilib.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə bp-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 Avqust 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















