Mərkəzi Bank daha 10 lisenziyanı ləğv etdi
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Məlumata görə, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşirlər.
Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib.
Qeyd edək ki, AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.

Mərkəzi Bank daha 10 lisenziyanı ləğv etdi
10 Dekabr 2024 15:35
Mərkəzi Bank 10 lisenziyanı ləğv etdi SİYAHI
09 Dekabr 2024 14:25
Mərkəzi Bank 10 sığorta agentinin lisenziyasını ləğv etdi
09 Dekabr 2024 14:30
Mərkəzi Bank 10 poçt filialının bank lisenziyasını ləğv edib
10 Dekabr 2024 17:01

