Mərkəzi Bank digər inzibati binalarına dair məlumat yaydı
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Azərbaycan Mərkəzi Bankı (AMB) fəaliyyətini yeni inzibati binada davam etdirməsi fonunda digər inzibati binaları ilə bağlı vəziyyətə aydınlıq gətirib.
"Yeni Sabah" xəbər verir ki, AMB "Mərkəzi Bank haqqında" qanunun 2.2-ci maddəsinə əsasən AMB müstəqil balansa, nizamnamə fonduna və digər əmlaka malik olduğunu xatırladıb.
Balansda olan əmlaka Mülki Məcəlləyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqları həyata keçirilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, AMB-nin razılığı olmadan fondunun və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir. Dominos pizza
Həmin qanunun 6.2-ci maddəsinə əsasən AMB iqtisadi müstəqilliyə malik olmaqla aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. AMB-nin yeni izibati binasına köçmə prosesi ilə əlaqədar texniki işlərin tam başa çatdırılmaması ilə əlaqədar olaraq balansda olan digər inzibati binalarla bağlı hər hansı qərar qəbul edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 12 Avqust 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















