Icma.az
close
up
RU
Mərkəzi Bank: Sığorta şirkətlərinin dövlət istiqrazlarına investisiya qoyuluşu azalıb

Mərkəzi Bank: Sığorta şirkətlərinin dövlət istiqrazlarına investisiya qoyuluşu azalıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Cari ilin ilk aylarında tikinti sektorunun aktivliyi aşağı olsa da, sonrakı aylarda aktivlik artıb və ötən ilin müvafiq dövrünü üstələyib. Son illərdə tikinti sektorunun ÜDM-dəki payı müəyyən qədər dəyişkənlik nümayiş etdirsə də, ümumilikdə tikinti sektorunun həm nominal ÜDM həcmi, həm də ümumi iqtisadiyyatda payı artmaqdadır.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikinti sektoru üzrə nominal ÜDM 12,4 faiz, cəmi ÜDM-dəki payı isə 0,5 artaraq 6,3 faizə çatıb.

“Bu tendensiya investisiya axınlarının bərpa olunması, xüsusilə işğaldan azad olmuş torpaqların bərpası istiqamətində iri infrastruktur layihələrinin icrası, Bakı və Bakı ətrafı ərazilərdə iri tikinti layihələrinin həyata keçirilməsi və daşınmaz əmlak bazarında tələb amillərinin yüksək olaraq qalması ilə əlaqədar olub. Tikinti sektorunun stabil artım tempi iqtisadiyyatda ümumi investisiya mühitinin güclənməsinə və məşğulluq səviyyəsinin qorunmasına müsbət təsir göstərib. Beləliklə, son dövrlərdə tikinti sektorunun ÜDM-dəki payının artması ümumi iqtisadi aktivliyin dəstəklənməsində əhəmiyyətli rol oynayıb. 2025-ci ilin iyun ayının sonuna olan məlumatlara əsasən tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 2024-cü ilin sonu ilə müqayisədə 5,7 faiz artaraq 119 min nəfər təşkil edib”, - deyə Ataxan Həsənov qeyd edib.

Departamentin direktoru bu ilin I yarısında Azərbaycandakı sığorta şirkətlərinin dövlət istiqrazlarına investisiya qoyuluşunun 1 milyard manatdan 856 milyon manata qədər azaldığını da sözlərinə əlavə edib: “Səbəb Maliyyə Nazirliyinin istiqraz emissiyasının azalmasıdır. Buna baxmayaraq, sığorta şirkətlərinin investisiyalarında ən böyük payı dövlət qiymətli kağızları təşkil edib. Növbəti yerdə bank depozitləri qərarlaşıb. Yanvar-iyun aylarında bu istiqamətdə investisiyalar isə 395 milyon manatdan 600 milyon manata çatıb. Bundan başqa, sığorta şirkətləri daşınmaz əmlak sektoruna da az məbləğdə investisiya yatırıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri