Icma.az
close
up
RU
Mərkəzi Bankdan valyuta ehtiyatları ilə bağlı KRİTİK AÇIQLAMA: Dolların satışı DAYANDIRILIR?

Mərkəzi Bankdan valyuta ehtiyatları ilə bağlı KRİTİK AÇIQLAMA: Dolların satışı DAYANDIRILIR?

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. Bu il martın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 10 milyard 991,8 milyon dollar təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 3,3 milyon dollar çox, 2024-cü ilin ilin müvafiq dövrü ilə müqayisədə isə 5,7% və ya 658.5 milyon dollar azdır.

2025-ci il martın 1-nə olan məlumata görə, AMB-nin rəsmi valyuta ehtiyatları 10 milyard 991,8 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 658,5 milyon dollar azalma deməkdir.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bank keçən ilin üçüncü rübündən etibarən böyük həcmli əməliyyatlarla öz ehtiyatlarını satmağa başlayıb. O vurğulayıb ki, həmin dövrdə əsas səbəb bazardakı tələbatın kəskin artması olmayıb:

"Əsasən, dövlətin enerji sektorundakı ödənişləri üçün vəsait lazım olduğundan AMB birbaşa öz ehtiyatlarından satış həyata keçirib. Bu, Neft Fondu vasitəsilə satışlardan deyil, Mərkəzi Bankın birbaşa öz ehtiyatlarından satışı ilə bağlı olub. Əslində, AMB sədri ötən il iqtisadçılarla görüşündə bu məsələyə toxunmuşdu. Məsələ ondadır ki, 2024-cü ildə dövlətin bir sıra iri miqyaslı planları var idi. COP-29-a hazırlıq, Qarabağın yenidən qurulması, eləcə də müdafiə və təhlükəsizlik xərcləri ilə bağlı ciddi maliyyə vəsaitləri ayrıldı. Xüsusilə, təhlükəsizlik və Qarabağın bərpası üçün 3 milyard manata qədər vəsait nəzərdə tutuldu. Təbii ki, bu kimi xərclər müəyyən xarici valyuta ödəmələrini tələb edir. Belə olan halda, valyutaya olan tələbat artır və bu da Mərkəzi Bankın ehtiyatlarına təsir göstərir", – deyə iqtisadçı qeyd edib.

İqtisadçının sözlərinə görə, hazırkı dövrdə neftin qiyməti ilə bağlı da müsbət tendensiyalar müşahidə olunur. Hökumət 2024-cü ilin ilk iki ayı üçün neftin baza qiymətini 70 dollar olaraq müəyyən etmişdi. Son iki ayın statistikasına nəzər saldıqda isə neftin dünya bazarlarında bu həddən yuxarı satıldığını görmək mümkündür:

"Hazırda ciddi bir risk görünmür. Son iki ildə neft qiymətlərində müşahidə olunan yüksək rəqəmlərə çata bilməsək də, hökumətin proqnozlaşdırdığı qiymətlərdən yüksək satış qeydə alınır. Bu isə iqtisadi sabitliyin qorunmasına müsbət təsir edə bilər. Valyuta ehtiyatlarının azalması manatın məzənnəsi ilə bağlı müəyyən suallar doğursa da, ciddi devalvasiya riski görünmür. Hökumətin iqtisadi sabitliyi qorumaq üçün kifayət qədər ehtiyatları olduğu bildirilir. Bununla yanaşı, neftin qiymətinin proqnozlardan yüksək olması da iqtisadi vəziyyətə müsbət təsir edən amillər sırasındadır".

Aynurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Mart 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri