Icma.az
close
up
RU
Mərkəzi Bankın köhnə binası söküləcək? Ekspert

Mərkəzi Bankın köhnə binası söküləcək? Ekspert

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərkəzi Bankın köhnə binasının sökülərək yerində park salınacağı ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Əvvəllər də bu layihənin uğurlu olmadığı, binanın yerləşdiyi ərazinin isə düzgün seçilmədiyi bildirilirdi.

Bəs bu iddialar nə dərəcədə əsaslıdır?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı paytaxtda 10-15 və ya 20 il əvvəl inşa edilmiş bəzi binaların yerləşdiyi ərazilərin bu gün müasir şəhərsalma konsepsiyasının tələblərinə tam cavab vermədiyini və yeni infrastruktur layihələrinin həyata keçirilməsində müəyyən çətinliklər yaratdığını bildirib.

“Bu baxımdan belə məsələlərin zaman-zaman gündəmə gəlməsi təbiidir. Dünya təcrübəsində də oxşar hallara rast gəlinir. Bəzən dövlət və ya özəl obyektlər sonradan həyata keçirilən şəhərsalma və infrastruktur layihələrinə maneə yaratdığı üçün onların sökülməsi və ya təyinatının dəyişdirilməsi ilə bağlı qərarlar qəbul olunur”, - ekspert əlavə edib.

Ramil Osmanlının sözlərinə görə, Mərkəzi Bankın köhnə inzibati binası şəhərin mərkəzində yerləşdiyindən həmin ərazi ilə bağlı planlar aidiyyəti qurumlar tərəfindən müəyyən edilir:

“Bakı şəhərinin Baş Planı, regionların sosial-iqtisadi inkişaf proqramları və paytaxtda həyata keçirilən infrastruktur layihələri nəzərə alınmaqla gələcəkdə həmin binanın taleyi ilə bağlı müxtəlif qərarlar qəbul oluna bilər. Lakin hazırda bu binanın sökülüb-sökülməyəcəyi ilə bağlı hər hansı rəsmi məlumata malik deyiləm. Əgər belə bir məsələ gündəmdədirsə, bununla bağlı məlumatlar aidiyyəti dövlət qurumlarında, xüsusilə şəhərsalma və memarlıq sahəsinə cavabdeh qurumlarda ola bilər. Nəzəri baxımdan belə bir qərarın qəbul edilməsi mümkündür. Ancaq bunun reallaşıb-reallaşmayacağını indidən söyləmək çətindir”.

Ekspert hesab edir ki, Mərkəzi Bankın köhnə binası şəhərsalma baxımından paytaxtın inkişafına ciddi maneə yaradan obyektlərdən deyil:

“Ola bilsin, layihələndirmə və ya istismar prosesində müəyyən texniki çatışmazlıqlar yaranıb. Məsələn, vaxtilə binanın pəncərələrinin açılmaması və havalandırma sisteminin səmərəliliyi ilə bağlı müxtəlif müzakirələr aparılırdı. Həmçinin bildirilirdi ki, bəzi texniki həllər nəticəsində tavan hündürlüyü müəyyən qədər azaldılıb ki, bu da otaqların funksionallığına və rahatlığına təsir göstərib. Lakin binanın xarici görünüşünün, yerləşdiyi məkanın və ya ümumilikdə şəhər infrastrukturuna təsirinin peşəkar araşdırmalar aparılmadan problem kimi qiymətləndirilməsi doğru olmazdı. Ola bilər ki, hazırda müəyyən məhdudiyyətlər mövcuddur, amma binanın tikildiyi dövrdə belə problemlər olmayıb. Buna görə də məsələyə dair yekun qərarlar yalnız aidiyyəti dövlət qurumlarının apardığı araşdırmalar, şəhərsalma sənədləri və uzunmüddətli inkişaf planları əsasında verilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 İyun 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri