Mərkəzi Banklar qızıl alışını kəskin artırıb Qiymət proqnozları yenilənib
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Mərkəzi Banklar sentyabr ayında 64 ton qızıl alıb.
Yeniavaz.com xəbər verir ki, “Goldman Sachs Group” analitiklərinin hesablamalarına görə, bu göstərici avqust ayı ilə müqayisədə üç dəfə çoxdur.
Qeyd edilib ki, avqust ayı alışlar cəmi 21 ton təşkil edib.
“Bloomberg”in istinad etdiyi araşdırmada bildirilir ki, təkcə Çin sentyabrda öz valyuta ehtiyatlarına təxminən 15 ton qızıl əlavə edib.
“Goldman Sachs” isə proqnozunu təsdiqləyərək bildirib ki, qızılın qiyməti 2026-cı ilin sonuna qədər bir unsiya üçün 4900 dollara yüksələcək. Şirkət 2026-cı ilin dördüncü rübündə mərkəzi bankların ayda orta hesabla 80 ton qızıl alacağını gözləyir.
Bank, həmçinin 2025-ci ilin sonuna qədər ABŞ Federal Ehtiyat Sisteminin pul-kredit siyasətinin yumşaldılması və özəl investorların aktivliyi nəticəsində qızıl qiymətlərinin sürətli artımını proqnozlaşdırır.
Onu da bildirək ki, 2025-ci ilin oktyabrında qızılın qiyməti bir unsiya üçün 4381,6 dollara qədər yüksəlsə də, sonradan bazar son 12 ilin ən böyük enişini yaşayıb. “Reuters”in sorğusunda iştirak edən analitiklər qızılın qiymətinin 2025-ci ilin sonunda orta hesabla 3400 dollar, 2026-cı ildə isə 4275 dollar olacağını gözləyirlər.
Hal-hazırda 2025-ci ilin əvvəlindən etibarən qızılın orta qiyməti 3281 dollar təşkil edir.
Oktyabr ayında “Bank of America” 2026-cı il üçün qızıl qiyməti proqnozunu bir unsiya üçün 5000 dollara qaldırıb.
Bundan əvvəl isə “Goldman Sachs” 4900 dollar, “Commerzbank” 4200 dollar, “Deutsche Bank” isə gələn ilin IV rübü üçün 4300 dollar hədəfi müəyyən ediblər.
“Bloomberg”in analitiklərinə görə, Çin qızıl ehtiyatlarının sürətli artımından istifadə edərək qlobal maliyyə sisteminin bir hissəsini ABŞ-nin təsirindən çıxarmağa çalışır.
Elnur Əli
Baxış sayı:67
Bu xəbər 18 Noyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















