Şagirdlər daha çox imtahan stresi və həyəcanı yaşamamalıdırlar Mütəxəssisdən vacib TƏKLİF
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Ötən gün deputat Siyavuş Novruzov Milli Məclisdə məktəblilərin imtahanlarının çoxluğundan şikayətlənib.
“İmtahanların sayı həddindən artıq çoxdur. Elə olur ki, məktəbdə oxuyan uşaqlar il ərzində dörd dəfə imtahan verirlər. Hər imtahan dövrü isə həm şagirdlər, həm də valideynlər üçün əlavə gərginlik və uzunmüddətli hazırlıq prosesi deməkdir. Nəticədə dərslərin özü arxa plana keçir, əsas diqqət yalnız imtahanlara hazırlaşmağa yönəlir", - deyə millət vəkili qeyd edib.
Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi ki, Siyavuş Novruzov imtahan dedikdə summativ qiymətləndirmələri nəzərdə tutur:
"Summativ qiymətləndirmə təhsil haqqında qanunvericilikdə də müvafiq olaraq qeyd olunur və şagirdlərin qiymətləndirilməsinin həyata keçirilməsi metodlarından biridir. Kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmə mövcuddur. Böyük summativ qiymətləndirmə əsasən yuxarı təhsil pilləsində təhsil alan şagirdləri əhatə edirsə, kiçik summativ qiymətləndirmə əsasən ibtidai təhsil və bəzi yuxarı sinifləri əhatə edir. Bu isə demək olar ki, hər yarımildə bir və ya iki dəfə keçirilir.
Ekspert qeyd etdi ki, summativlərin keçirilməsi və yaxud buraxılış imtahanlarının olması konkret qanunvericiliyin tələbi olaraq nəzərdə tutulur.
Mən də o fikirdəyəm ki, şagirdlər daha çox imtahan stresi və həyəcanı yaşamamalıdırlar. Şagirdlərə kifayət qədər tapşırıqlar verilir və onların demək olar ki, asudə vaxtları olmur — istər valideynlə parkda gəzmək, istərsə də asudə vaxtlarını səmərəli keçirmək üçün. Demək olar ki, həm aşağı, həm də yuxarı təhsil pillələrində bu cür sıxıntılar mövcuddur.
Yuxarı təhsil pilləsində problem ondan ibarətdir ki, şagirdlər 6–7 fəndən imtahan verirlər — buraxılış imtahanı və blok imtahanı. Ona görə də 9, 10 və 11-ci sinif şagirdlərinin demək olar ki, asudə vaxtları olmur. Buna görə biz təklif edirik ki, fənlərin sayı minimallaşdırılsın. Yəni qəbul imtahanında fənlərin sayı iki və ya üç olarsa, bu, daha səmərəli və məqsədəuyğun olar. Bu halda şagirdlərin də asudə vaxtı olar, eyni zamanda valideynlər əlavə vaxt və maliyyə itkisinə məruz qalmazlar", - deyə Elçin Əfəndi vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 03 Fevral 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















