Icma.az
close
up
RU
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahiyyəsində ixtisaslaşmış tibbi xidmət göstərilir

Mərkəzi Gömrük Hospitalının uşaq cərrahiyyəsində ixtisaslaşmış tibbi xidmət göstərilir

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində 0–18 yaş arası uşaqlarda geniş spektrli cərrahi müdaxilələr müasir tibbi protokollara uyğun şəkildə həyata keçirilir. Şöbənin əsas fəaliyyət istiqamətlərinə boyun, döş qəfəsi, qarın boşluğu və anadangəlmə uroloji qüsurların cərrahi müalicəsi daxildir. Bölmədə endoskopik və radioloji diaqnostik metodlardan geniş şəkildə istifadə olunur. Bunlara endoskopiya, qastroskopiya, ezofaqoskopiya, bronxoskopiya, kolonoskopiya, həmçinin sistoqrafiya və bağırsaq-qida borusu rentgenoloji müayinələri daxildir.

Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, Avropa Uşaq Cərrahları Assosiasiyasının üzvü, uzman uşaq cərrahı Vüsal Cəfərov, uşaq cərrahı Dr.Toğrul Piriyev və Dr. Alşan Paşazadə tərəfindən nadir və mürəkkəb anadangəlmə inkişaf qüsurlarının – qida borusu atreziyası, sidik kanalının darlığı, kloaka anomaliyası, bağırsaq atreziyası, omfalosel və sidik kisəsinin ekstrofiyası kimi patologiyaların açıq və laparoskopik üsullarla uğurla müalicəsi həyata keçirilir.

Yenidoğulmuşlarda icra olunan əsas əməliyyat və müalicələr:

• Qida borusu və bağırsaqların atreziyası;

• Anusun atreziyası;

• Qarın içi kistaların cərrahi müalicəsi;

• Böyrəklərin və sidik yollarının anadangəlmə inkişaf qüsurları;

• Sidik kanalının darlığı və epispadiya;

• Kriptorxizm;

• Ağciyərlərin anadangəlmə kistik xəstəlikləri;

• Qaraciyər, öd yolları, öd kisəsi, mədəaltı vəzi, dalaq və digər orqanlara aid cərrahi patologiyalar;

Fəxrlə bildiririk ki, sidik axarının laparoskopik refluks əməliyyatı ölkəmizdə ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində uğurla həyata keçirilmişdir.

Şöbə yalnız cərrahi xəstəliklərlə deyil, bəzi uroloji və qastroenteroloji problemlərin də müalicəsində yüksək ixtisaslı tibbi xidmət təqdim edir. Bunlara aşağıdakılar daxildir:

• Xroniki qəbizlik

• Anal fistulalar və abseslər

• Qastroezofageal reflüks xəstəliyi

• Sidik və nəcis qaçırma problemləri

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsi valideynlərə və kiçik pasiyentlərə multidissiplinar, keyfiyyətli və etibarlı tibbi xidmət göstərməyi əsas məqsəd olaraq qəbul edir.

Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Avqust 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see136

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see132

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri