Icma.az
close
up
RU
® Mərkəzi Gömrük Hospitalının uşaq cərrahiyyəsində nadir inkişaf qüsurların uğurlu müalicəsi və ixtisaslaşmış tibbi xidmət göstərilir

® Mərkəzi Gömrük Hospitalının uşaq cərrahiyyəsində nadir inkişaf qüsurların uğurlu müalicəsi və ixtisaslaşmış tibbi xidmət göstərilir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində 0–18 yaş arası uşaqlarda geniş spektrli cərrahi müdaxilələr müasir tibbi protokollara uyğun şəkildə həyata keçirilir. Şöbənin əsas fəaliyyət istiqamətlərinə boyun, döş qəfəsi, qarın boşluğu və anadangəlmə uroloji qüsurların cərrahi müalicəsi daxildir. Bölmədə endoskopik və radioloji diaqnostik metodlardan geniş şəkildə istifadə olunur. Bunlara endoskopiya, qastroskopiya, ezofaqoskopiya, bronxoskopiya, kolonoskopiya, həmçinin sistoqrafiya və bağırsaq-qida borusu rentgenoloji müayinələri daxildir.

Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, Avropa Uşaq Cərrahları Assosiasiyasının üzvü, uzman uşaq cərrahı Vüsal Cəfərov və uşaq cərrahı Dr.Toğrul Piriyev tərəfindən nadir və mürəkkəb anadangəlmə inkişaf qüsurlarının – qida borusu atreziyası, sidik kanalının darlığı, kloaka anomaliyası, bağırsaq atreziyası, omfalosel və sidik kisəsinin ekstrofiyası kimi patologiyaların açıq və laparoskopik üsullarla uğurla müalicəsi həyata keçirilir.

Yenidoğulmuşlarda icra olunan əsas əməliyyat və müalicələr:

∙ Qida borusu və bağırsaqların atreziyası;

∙ Anusun atreziyası;

∙ Qarın içi kistaların cərrahi müalicəsi;

∙ Böyrəklərin və sidik yollarının anadangəlmə inkişaf qüsurları;

∙ Sidik kanalının darlığı və epispadiya;

∙ Kriptorxizm;

∙ Ağciyərlərin anadangəlmə kistik xəstəlikləri;

∙ Qaraciyər, öd yolları, öd kisəsi, mədəaltı vəzi, dalaq və digər orqanlara aid cərrahi patologiyalar.

Fəxrlə bildiririk ki, sidik axarının laparoskopik refluks əməliyyatı ölkəmizdə ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində uğurla həyata keçirilmişdir.

Şöbə yalnız cərrahi xəstəliklərlə deyil, bəzi uroloji və qastroenteroloji problemlərin də müalicəsində yüksək ixtisaslı tibbi xidmət təqdim edir. Bunlara aşağıdakılar daxildir:

∙ Xroniki qəbizlik;

∙ Anal fistulalar və abseslər;

∙ Qastroezofageal reflüks xəstəliyi;

∙ Sidik və nəcis qaçırma problemləri.

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsi valideynlərə və kiçik pasiyentlərə multidissiplinar, keyfiyyətli və etibarlı tibbi xidmət göstərməyi əsas məqsəd olaraq qəbul edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri