Icma.az
close
up
RU
Mərkəzi Univermaq və Moskva Ticarət Mərkəzinin qızıl fırıldağı ARAŞDIRMA

Mərkəzi Univermaq və Moskva Ticarət Mərkəzinin qızıl fırıldağı ARAŞDIRMA

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib. Hesablamalara görə, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib. 

Bakıvaxtı.az xəbər verir ki, ölkəyə qızıl əsasən Rusiya, Böyük Britaniya, Avstraliya, ABŞ, Cənubi Afrika, Qazaxıstandan gətirilib.

Qızıl bütün dünyada yatırım vasitəsi hesab edilir. Azərbaycanda isə bu əksinədir. Qızıla investisiya edib sonradan onu valyutaya çevirmək o qədər də sərfəli olmur. Mağazalar vətədaşlardan qızılı bazar dəyərindən qat-qat ucuz - "lom" (qırıntı) kimi qəbul edirlər. Bu zaman dizayn, fərdilik, məşhur brendin ("Cartier", "Tiffany", "Bulgari", "Dammiani", "Van Cleef & Arpels", "Chopard") istehsalı kimi faktorlar nəzərə alınmır. Nəzərə alsaq ki, normalda "lom" (qırıntı) kimi dəbdən düşmüş, artıq istifadə olunmayan, qüsurlu zinət əşyalarının qəbulu nəzərdə tutulmalıdır.

Araşdırmalarımıza əsasən, bazarda 999 əyar qızılın qramı 182 manat təşkil edir. Lakin Mərkəzi Univermaq (MUM), "Moskva Ticarət Mərkəzi" kimi zinət əşyalarının geniş çeşiddə satıldığı yerlərdə eyni əyar qızıl vətəndaşlardan "lom" kimi 140 manatdan qəbul edilir. İtalyan qızılının qramı 137 manat, alışı 100 manat, türk qızılının qramı 107, rus qızılının isə 106 manat, alışları 80 manat təşkil edir.

"Moskva Ticarət Mərkəzi"ndə qızıl alışı və satışı ilə məşğul olan satıcı Teleqraf-a bildirdi ki, qızılın plombu açılmayıbsa, dəyərindən 1-2 faiz ucuz qiymətlə satmaq mümkündür. Əks halda, qızıl zinət əşyası kimi yox, “lom” (qırıntı) kimi alınır. Yəni çəki nədirsə, alıcı satıcıya onun pulunu ödəyir.

O da məlum oldu ki, Ticarət Mərkəzində qızılın dəyəri dünya bazarındakı gündəlik qiymətlər əsasında müəyyənləşir. Əgər dünya bazarında qiymətlər düşərsə, daxili bazarda da vəziyyət dəyişir. Buna uyğun da "lom"un dəyəri biçilir.

Məsələnin başqa tərəfi vətəndaşlardan "lom" kimi qəbul edilən zinət əşyalarının cilalanaraq yeni məhsul kimi baha qiymətə satışa çıxarılmasıdır. Məlumatlara əsasən, son illər zinət əşyalarının ölkəyə qaçaqmal yolu ilə gətirilməsinə qarşı tədbirlər artırıldığından bazarda yeni mal azalıb. Mərkəzi Univermaq, "Moskva Ticarət Mərkəzi"ndə vitirinləri bəzəyən zinət əşyalarının əksəriyyəti vətəndaşlardan bir zamanlar qırıntı kimi qəbul edilən mallardır.

Mövzu ilə bağlı Teleqraf-a danışan Azərbaycan Zərgərlər Assosiasiyasının idarə heyətinin sədri Toğrul Abbasquliyev qeyd etdi ki, qüsuru olmayan qızılların “lom” kimi qəbul edilərək sonradan baha satılması hər bir satış nöqtəsinin öz siyasəti ilə əlaqəlidir:

“Bunu biz ümumi olaraq təbii ki, tənzimləyə bilmərik. Bu bazar iqtisadiyyatıdır. Elə satış nöqtələri var ki, qızılı hazır zərgərlik məmulatı kimi alır, eləsi də var ki, işçilik, dizayn nəzərə almadan sadəcə tərkibində olan qızılın çəkisinə görə alış təklif edir”.

O bildirdi ki, bazar iştirakçıları qızılı müəyyən bir qiymətə alıb, üzərinə öz marjalarını qoyub satırlar:

Bu normal sahibkarlıq fəaliyyətidir. Qızılı hazır zərgərlik məmulatı kimi alan alıcı onu daha baha qiymətə satmaq məcburiyyətindədir. Bu gün xam qızılın qiyməti qalxır. İstehlakçı qızılını “lom” kimi satsa da, mənfəət əldə edə bilir”.

Toğrul Abbasquliyev zaman keçdikcə dizaynların dəyişməsi və kolleksiyaların yenilənməsinə də diqqət çəkdi:

“10-20 il qabaq dəbdə olan modellər indi də eyni qiymətlə satıla bilməz. Təbii ki, biz məşhur brendləri nəzərdə tutmuruq. O modellər illər keçdikcə daha da qiymətlənir. Mən “Cartier”, “Chobard”, “Roberto Coin”, “Bulgari”, “Tiffany” kimi dünyaca məşhur brendləri nəzərdə tuturam. Yox, əgər biz “no-name”, yəni brend olmayan məhsullardan danışırıqsa, onlar köhnəlir və təbii ki, hazır zərgərlik məmulatı kimi onu heç kim almır. Hansı müştəri 20 il bundan qabaq dəbdə olan modeli alar? Burada çoxlu nüans var”.

5 il əvvəl Maliyyə Nazirliyi yanında Dövlət Təhlil İdarəsi bu bazarı qismən tənzimləyirdi. İndi tam nəzarətsizlik var. Zərgərlik sənayesində dəyər zəncirinin keyfiyyətinə nəzarət yoxdur, ona görə də ikinci əl zinət əşyaları rəflərdə yeni mal adı ilə satışa çıxarılır. İstehlakçı isə aldandığını öyrənəndə bununla bağlı heç nə edə bilmir.

Hökumətin 114 saylı qərarı ilə qızıl əşyalar geri qaytarılması mümkün olmayan mallar siyahısına daxil edilib. Bu o deməkdir ki, alınan zinət əşyasının yarım saat sonra belə geri qaytarılması mümkün deyil.

Zərgərlik mağazalarında ən məkrli saxtakarlıq sxemlərindən digəri də təbii qiymətli daşların sintetik daşlarla əvəzlənməsidir. Bu təcrübə almaz, yaqut, sapfir və zümrüd satarkən xüsusilə yayğındır. Laboratoriyada yaradılmış sintetik daşlar təbii daşlardan seçilmir. Mərkəzi Univermaq, "Moskva Ticarət Mərkəzi"ndə vətəndaşlardan "lom" kimi qəbul edilən "Cartier", "Tiffany", "Bulgari", "Dammiani", "Chopard" kimi məşhur brendlərin məhsulları cilalandığı zaman zədələnmiş daşlar sintetik daşlarla dəyişdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Avqust 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri