Icma.az
close
up
RU
Mərkəzi Univermaq və “Moskva Ticarət Mərkəzi”nin “qızıl” fırıldağı ARAŞDIRMA

Mərkəzi Univermaq və “Moskva Ticarət Mərkəzi”nin “qızıl” fırıldağı ARAŞDIRMA

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib. Hesablamalara görə, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib. Ölkəyə qızıl əsasən Rusiya, Böyük Britaniya, Avstraliya, ABŞ, Cənubi Afrika, Qazaxıstandan gətirilib.

Qızıl bütün dünyada yatırım vasitəsi hesab edilir. Azərbaycanda isə bu əksinədir. Qızıla investisiya edib sonradan onu valyutaya çevirmək o qədər də sərfəli olmur. Mağazalar vətədaşlardan qızılı bazar dəyərindən qat-qat ucuz - "lom" (qırıntı) kimi qəbul edirlər. Bu zaman dizayn, fərdilik, məşhur brendin ("Cartier", "Tiffany", "Bulgari", "Dammiani", "Van Cleef & Arpels", "Chopard") istehsalı kimi faktorlar nəzərə alınmır. Nəzərə alsaq ki, normalda "lom" (qırıntı) kimi dəbdən düşmüş, artıq istifadə olunmayan, qüsurlu zinət əşyalarının qəbulu nəzərdə tutulmalıdır.

Araşdırmalarımıza əsasən, bazarda 999 əyar qızılın qramı 182 manat təşkil edir. Lakin Mərkəzi Univermaq (MUM), "Moskva Ticarət Mərkəzi" kimi zinət əşyalarının geniş çeşiddə satıldığı yerlərdə eyni əyar qızıl vətəndaşlardan "lom" kimi 140 manatdan qəbul edilir. İtalyan qızılının qramı 137 manat, alışı 100 manat, türk qızılının qramı 107, rus qızılının isə 106 manat, alışları 80 manat təşkil edir. pizza

"Moskva Ticarət Mərkəzi"ndə qızıl alışı və satışı ilə məşğul olan satıcı Teleqraf-a bildirdi ki, qızılın plombu açılmayıbsa, dəyərindən 1-2 faiz ucuz qiymətlə satmaq mümkündür. Əks halda, qızıl zinət əşyası kimi yox, “lom” (qırıntı) kimi alınır. Yəni çəki nədirsə, alıcı satıcıya onun pulunu ödəyir.

O da məlum oldu ki, Ticarət Mərkəzində qızılın dəyəri dünya bazarındakı gündəlik qiymətlər əsasında müəyyənləşir. Əgər dünya bazarında qiymətlər düşərsə, daxili bazarda da vəziyyət dəyişir. Buna uyğun da "lom"un dəyəri biçilir.

Məsələnin başqa tərəfi vətəndaşlardan "lom" kimi qəbul edilən zinət əşyalarının cilalanaraq yeni məhsul kimi baha qiymətə satışa çıxarılmasıdır. Məlumatlara əsasən, son illər zinət əşyalarının ölkəyə qaçaqmal yolu ilə gətirilməsinə qarşı tədbirlər artırıldığından bazarda yeni mal azalıb. Mərkəzi Univermaq, "Moskva Ticarət Mərkəzi"ndə vitirinləri bəzəyən zinət əşyalarının əksəriyyəti vətəndaşlardan bir zamanlar qırıntı kimi qəbul edilən mallardır.

Mövzu ilə bağlı Teleqraf-a danışan Azərbaycan Zərgərlər Assosiasiyasının idarə heyətinin sədri Toğrul Abbasquliyev qeyd etdi ki, qüsuru olmayan qızılların “lom” kimi qəbul edilərək sonradan baha satılması hər bir satış nöqtəsinin öz siyasəti ilə əlaqəlidir:

“Bunu biz ümumi olaraq təbii ki, tənzimləyə bilmərik. Bu, bazar iqtisadiyyatıdır. Elə satış nöqtələri var ki, qızılı hazır zərgərlik məmulatı kimi alır, eləsi də var ki, işçilik, dizayn nəzərə almadan sadəcə tərkibində olan qızılın çəkisinə görə alış təklif edir”.

O bildirdi ki, bazar iştirakçıları qızılı müəyyən bir qiymətə alıb, üzərinə öz marjalarını qoyub satırlar:

"Bu, normal sahibkarlıq fəaliyyətidir. Qızılı hazır zərgərlik məmulatı kimi alan alıcı onu daha baha qiymətə satmaq məcburiyyətindədir. Bu gün xam qızılın qiyməti qalxır. İstehlakçı qızılını “lom” kimi satsa da, mənfəət əldə edə bilir”.

Toğrul Abbasquliyev zaman keçdikcə dizaynların dəyişməsi və kolleksiyaların yenilənməsinə də diqqət çəkdi:

“10-20 il qabaq dəbdə olan modellər indi də eyni qiymətlə satıla bilməz. Təbii ki, biz məşhur brendləri nəzərdə tutmuruq. O modellər illər keçdikcə daha da qiymətlənir. Mən “Cartier”, “Chobard”, “Roberto Coin”, “Bulgari”, “Tiffany” kimi dünyaca məşhur brendləri nəzərdə tuturam. Yox, əgər biz “no-name”, yəni brend olmayan məhsullardan danışırıqsa, onlar köhnəlir və təbii ki, hazır zərgərlik məmulatı kimi onu heç kim almır. Hansı müştəri 20 il bundan qabaq dəbdə olan modeli alar? Burada çoxlu nüans var”.

5 il əvvəl Maliyyə Nazirliyi yanında Dövlət Təhlil İdarəsi bu bazarı qismən tənzimləyirdi. İndi tam nəzarətsizlik var. Zərgərlik sənayesində dəyər zəncirinin keyfiyyətinə nəzarət yoxdur, ona görə də ikinci əl zinət əşyaları rəflərdə yeni mal adı ilə satışa çıxarılır. İstehlakçı isə aldandığını öyrənəndə bununla bağlı heç nə edə bilmir.

Hökumətin 114 saylı qərarı ilə qızıl əşyalar geri qaytarılması mümkün olmayan mallar siyahısına daxil edilib. Bu o deməkdir ki, alınan zinət əşyasının yarım saat sonra belə geri qaytarılması mümkün deyil.

Zərgərlik mağazalarında ən məkrli saxtakarlıq sxemlərindən digəri də təbii qiymətli daşların sintetik daşlarla əvəzlənməsidir. Bu təcrübə almaz, yaqut, sapfir və zümrüd satarkən xüsusilə yayğındır. Laboratoriyada yaradılmış sintetik daşlar təbii daşlardan seçilmir. Mərkəzi Univermaq, "Moskva Ticarət Mərkəzi"ndə vətəndaşlardan "lom" kimi qəbul edilən "Cartier", "Tiffany", "Bulgari", "Dammiani", "Chopard" kimi məşhur brendlərin məhsulları cilalandığı zaman zədələnmiş daşlar sintetik daşlarla dəyişdirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Avqust 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see404

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see217

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see211

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see162

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see160

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see154

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see153

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see149

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see143

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see139

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see130

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see128

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see123

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri