Mərkəzlərdə tikilən evlərin qiyməti vətəndaşların alıcılıq qabilliyyətinə uyğun deyil Deputat
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qəzalı vəziyyətdə olan evlərin söküntüsünə və yeni evlərin tikintisinə başlanacaq. Təbii ki, burda dövlət vəsaitlərindən istifadə olunacaq. Bu vəsaitlərin istifadə olunmasında növbəti dəfə çatışmazlıqlar, büdcədən vəsaitlərinin istifadəsi zamanı qənaətli istifadə olunmaması, rəqəmlərin şişirdilməməsi üçün hansı işlər görüləcək?"
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
"Xüsusən mərkəzlərdə tikilən evlərin hər kvadrat metrinin qiyməti fantastik rəqəmlərdir. Orta statistik azərbaycanlının alıcılıq qabilliyyətinə uyğun deyil. Burada xeyli səviyyədə məlum olan faktlar var ki, iş adamlarından alınan vəsaitlər axırda gətirilib hər kvadratın üzərinə gəlir. Bu da xeyli dərəcədə Azərbaycanda ciddi xarakter daşıyan mənzil təminatının əlçatanlığına maneə yaradır", - deyə deputat bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Aprel 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















