Mertslə Tramp telefonla danışdı: nələr müzakirə edildi?
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya Kansleri Fridrix Merts və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Merts özünün “X” hesabında məlumat paylaşıb.
“Bu gün səhər mən ABŞ Prezidenti Donald Trampla İran, İsrail və Ukraynadakı vəziyyəti müzakirə etdim”, – o qeyd edib.
Merts vurğulayıb ki, Trampla daha sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.
“Bizim müzakirələrimiz yaxın zamanda davam etdiriləcək”, – o bildirib.
Daha əvvəl “Politico” nəşri qeyd edib ki, Fridrix Mertsi Donald Trampın Fars körfəzində hərbi münaqişədən çıxmaq barədə hər hansı bir strategiyasının olmaması narahat edir. Norveçə son səfəri zamanı o bu müharibənin təhlükəsizliklə bağlı ciddi məsələləri gündəmə gətirdiyini bildirib. Nəşrin iddiasına görə, bu, Vaşinqtona səfəri zamanı nümayiş etdirilən mövqeədən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, Oval Kabinetdə Trampla görüşü zamanı Merts Berlinin Vaşinqtonla həmrəy olduğunu və Tehranda diktaturanın aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 22 Mart 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















