Merz Almaniyanın mövqeyini açıqladı
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, Merz bunu Berlində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, oktyabrın 15-16-da Brüsseldə keçiriləcək Avropa Şurasının növbəti iclasına hazırlıq çərçivəsində Ukraynaya gələcək yardım, o cümlədən ölkə büdcəsinə konkret maliyyə dəstəyi müzakirə olunur.
“Dünyanın bir sıra dövlət və hökumət başçıları ilə şəxsi danışıqlarım zamanı Ukraynanın hava hücumundan müdafiəsi üçün müvafiq tədarüklərin təşkilinə kömək etməyə çalışıram. Hazırda ən zəif nöqtə budur”, – deyə Merz bildirib.
Almaniya kansleri qarşıdakı qışın Ukrayna üçün “çox ağır” ola biləcəyini qeyd edib.
Merz əlavə edib ki, Ukrayna ətrafındakı vəziyyət onun Tokayevlə görüşündə də müzakirə olunub. Kanslerin sözlərinə görə, danışıqlarda Almaniyanın mövqeyini açıqlayıb və Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 Sentyabr 2026 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















