Icma.az
close
up
RU
Merz Rusiya aktivlərindən istifadə perspektivini ehtiyatla qiymətləndirib

Merz Rusiya aktivlərindən istifadə perspektivini ehtiyatla qiymətləndirib

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya kansleri Fridrix Merz Avropada dondurulmuş Rusiya aktivlərindən istifadə perspektivi ilə bağlı əvvəlkindən daha ehtiyatlı qiymətləndirmə ifadə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə kansler Aİ sammitinə gəldikdən sonra deyib.

"Belçikanın baş naziri Bart De Veverlə mən son günlər və həftələr ərzində dəfələrlə bu məsələni müzakirə etdik. Mən onun narahatlığını bölüşürəm, lakin o, birgə həlldə maraqlıdır, ona görə də bu gün irəliyə doğru bir addım atacağımızı gözləyirəm", - deyə kansler qeyd edib.

Üç həftə əvvəl Kopenhagendə keçirilən görüşdə Merz Brüsseldə bu məsələ ilə bağlı “konkret həll”in əldə olunacağına əminliyini ifadə edib.

Oktyabrın 23-də De Vever təsdiqləyib ki, Belçika digər Aİ üzvləri bütün riskləri bölüşməsə, Aİ-nin Rusiya aktivləri ilə bağlı qərarını bloklayacaq.

Rusiyanın Avropada dondurulmuş aktivlərinin əksəriyyəti – 200 milyard avrodan bir qədər çoxu – Belçikadakı "Euroclear" platformasında bloklanıb. Depozitar onların özgəninkiləşdirilməsinə dəfələrlə qarşı çıxıb və xəbərdarlıq edib ki, bu, Rusiyanın dünyanın başqa yerlərində Avropa və ya Belçika aktivlərini hüquqi tədbirlərlə ələ keçirməsinə gətirib çıxara bilər.

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Qərb Rusiyanın dondurulmuş ehtiyatlarını istifadə edərsə, qlobal maliyyə və iqtisadi nizam məhv olacaq və iqtisadi separatizm daha da güclənəcək.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva Avropadakı aktivlərinin oğurlanmasına şübhəsiz cavab verəcək. O vurğulayıb ki, Kreml bu sxemdə iştirak edənlərə qarşı məhkəmə prosesi təşkil etmək niyyətindədir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Oktyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri