Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Məsafədən göstərilən maliyyə xidmətlərində yeni qaydalar

Məsafədən göstərilən maliyyə xidmətlərində yeni qaydalar

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Mərkəzi Bank kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib. Bu, məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsi ilə əlaqələndirilib. Bu ilin oktyabrından qüvvəyə minəcək dəyişikliklərə əsasən, müştərilərə məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq etmək imkanı yaradılır. Yəni riskləri nəzərə alaraq vətəndaş özü məsafədən kredit təklifini məhdudlaşdıra biləcək. Bu zaman istənilən vətəndaşımız Azərbaycan Kredit Bürosu üzərindən sorğu yerləşdirməklə bütün kredit təşkilatlarında məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoya biləcək.

Yeni qaydaların tətbiqi məsafədən kreditləşmə prosesində daha ciddi nəzarət mexanizmləri formalaşdıracaq

İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, yeni tənzimləmələr məsafədən göstərilən maliyyə xidmətləri zamanı yarana biləcək risklərin azaldılması, vətəndaşların hüquqlarının müdafiəsinin gücləndirilməsi və kredit əməliyyatlarında daha etibarlı mexanizmlərin yaradılmasına yönəlib. Vətəndaşlar Azərbaycan Kredit Bürosu vasitəsilə müraciət edərək bütün kredit təşkilatlarında məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoya biləcəklər. Həmçinin müştərilər yalnız xidmət aldıqları konkret kredit təşkilatına müraciət etməklə həmin qurum üzrə məhdudiyyət tətbiq edə biləcəklər: "Yeni tələblərə görə, kredit təşkilatları məsafədən kredit verməzdən əvvəl bu məhdudiyyətləri yoxlamalı və yalnız qadağa olmadığı halda maliyyə vəsaitlərini təqdim etməlidirlər. Qaydalarla yanaşı, məsafədən bağlanan istehlak kreditləri üzrə vəsaitlərin hesaba köçürülməsində gözləmə müddəti də müəyyənləşdirilib. Kredit məbləği minimum əmək haqqının iki mislinədək olduqda pul vəsaiti 2 saatdan sonra, bu həddi keçdikdə isə 24 saat sonra hesaba yatırılacaq. Bu dəyişikliklər kiberdələduzluq hallarının qarşısının alınmasına və vətəndaşların maliyyə təhlükəsizliyinin artırılmasına kömək edə bilər. Bununla yanaşı, maliyyə savadlılığının artırılması və təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsi vacib istiqamətlərdən biri olaraq qalır.Yeni qaydaların tətbiqi ilə məsafədən kreditləşmə prosesində daha ciddi nəzarət mexanizmlərinin formalaşması gözlənilir".

Statistika yeni qaydaların hansı formada səmərəli olduğunu göstərəcək

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Kredit Bürosu üzərindən bu məsələ ilə bağlı sorğu yerləşdirənlərin sayının çox olacağını proqnozlaşdırmaq çətindir. Belə olan halda, qadağa hüququndan istifadə edəcək vətəndaşlarımızın statistikası yeni qaydaların hansı formada səmərəli olduğunu göstərəcək. "Gözləmə müddətinin" tətbiqi müsbət hal olsa da belə, daha məqsədəuyğun olardı məsafədən kreditləşmədə tranşlar tətbiq olunsun: "Minimum əmək haqqının iki misli bəzi kreditlər üzrə çox az, bəziləri üçün isə kreditin əhəmiyyətli hissəsidir. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, minimum əmək haqqından çox olmamaq şərti ilə kredit məbləğinin 5 faizinədək ilkin tranş açılsın və kredit götürən şəxs tərəfindən vəsaitin alınması təsdiq olunduqdan sonra bir sutka ərzində qalan məbləğ ödənilsin. Bütün bunlar ilə yanaşı, çox vacib məqamlardan biri də maarifləndirmədir. Vətəndaşlar arasında maliyyə və bank xidmətləri ilə bağlı maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar. Maarifləndirmə isə yalnız Mərkəzi Bank tərəfindən deyil, fərqli və xüsusən də müstəqil steykholderlər tərəfindən həyata keçirilməlidir".

Vətəndaş öz istəyi ilə banka müraciət edərək onlayn kredit funksiyasını deaktiv edə bilər

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun dediyinə görə, bəzən vətəndaşın xəbəri və razılığı olmadan onun adına onlayn kredit rəsmiləşdirilir. Dələduzlar müxtəlif üsullarla şəxsi məlumatları və ya bank hesabına çıxış imkanını əldə edərək qısa müddətdə kredit götürə bilirlər. Nəticədə isə zərərçəkən şəxs yalnız borcla bağlı bildiriş aldıqdan sonra hadisədən xəbər tutur: "Yeni qaydalara əsasən, banklar müştərilərə əvvəlcədən məsafədən kredit rəsmiləşdirilməsi imkanını bağlamaq seçimi təqdim etməlidirlər. Bu o deməkdir ki, vətəndaş öz istəyi ilə banka müraciət edərək onlayn kredit funksiyasını deaktiv edə bilər. Sonradan kreditə ehtiyac yaranarsa, həmin məhdudiyyəti şəxsən müraciət etməklə və ya qanunvericilikdə nəzərdə tutulan təhlükəsiz identifikasiya vasitələri ilə aradan qaldırmaq mümkün olacaq. Bu yanaşma vətəndaşın maliyyə təhlükəsizliyini gücləndirir, onun razılığı olmadan kredit götürülməsi ehtimalını əhəmiyyətli dərəcədə azaldır və dələduzluq sxemlərinə qarşı əlavə müdafiə mexanizmi yaradır".

Ekspert əlavə edib ki, dələduzların vətəndaşların adından onlayn kredit götürməsi ilə bağlı şikayətlərin sayı günü-gündən artırdı. Bunu nəzərə alaraq yeni qaydaların tətbiq olunması vətəndaşların adından onlayn kredit götürən dələduzların sayını azadacaq: "Bu gün dələduzlar rahatlıqla vətəndaşları aldadır, vəsaitləri ələ keçirə bilirlər. Ona örə də, belə qaydaların tətbiqi zəruri idi. Bu prosesə tam hazır olduqdan sonra sözügedən bəndi müqaviləyə əlavə etmək olar".

Kreditə ehtiyacı olan şəxs bu məhdudiyyəti aradan qaldıraraq yenidən onlayn kredit xidmətindən istifadə edə biləcək

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, müştərilərə məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq edilməsi insanlara mühüm faydası olacaq: "Vətəndaşlar maliyyə təhlükəsizliyini daha yaxşı qoruya, kiberdələduzluq nəticəsində yarana biləcək zərərlərin qarşısını ala biləcəklər. Eyni zamanda, bu addım bank sisteminə etimadı artıracaq və məsuliyyətli kreditləşmənin inkişafına müsbət təsir göstərəcək. Həqiqətən kreditə ehtiyacı olan şəxs isə istədiyi vaxt bu məhdudiyyəti aradan qaldıraraq yenidən onlayn kredit xidmətindən istifadə edə biləcək. Hazırda bu sistemin bu formada tənzimlənməsi, təhlükəsizlik meyarlarının gücləndirilməsi və əlavə tədbirlərin görülməsi həm vətəndaş, həm də müştəri üçün ilk növbədə məlumatların oğurlanmaması baxımından önəmlidir. Onlayn kreditlərdən istifadə zamanı, ümumiyyətlə, şəxsin məlumatlarından istifadə olunarkən və ya kiberdələduzluq hücumlarına məruz qalarkən daha məlumatlı olması vacibdir".

Vətəndaşların kiberfırıldaqçılardan qorunmaq üçün öz onlayn kredit imkanlarını dondurmaq imkanı

Bank məsələləri üzrə mütəxəssis Emin Kərimov vurğulayıb ki, bugünədək müştərilər üçün təhlükəsizlik riskləri mövcud idi. Banklar üçün isə reputasiya riski, yəni bankın adının mənfi hallarla hallanması var idi. Hazırda bu sistemin bu formada tənzimlənməsi, təhlükəsizlik meyarlarının gücləndirilməsi və əlavə tədbirlərin görülməsi həm vətəndaş, həm də müştəri üçün ilk növbədə məlumatların oğurlanmaması baxımından önəmlidir: "Onlayn kreditlərdən istifadə zamanı, ümumiyyətlə, şəxsin məlumatlarından istifadə olunarkən və ya kiberdələduzluq hücumlarına məruz qalarkən daha məlumatlı olması vacibdir. Əgər əvvəllər hər hansı bank onlayn kredit xidməti göstərirdisə, bəzi hallarda şəxsi məlumatlar şəxsin xəbəri olmadan istifadə edilərək onlayn kreditlər rəsmiləşdirilə bilirdisə, hazırda bu risklər minimuma enəcək. Bu da bankların onlayn kreditlər üzrə risklərini aşağı salacaq və həmin məhsula tələbatın daha da artmasına səbəb olacaq. Bu infrastruktur artıq mövcuddur. Tələb olunan mexanizmlər isə bu qanun və qaydalar əsasında kredit sisteminə əlavə olunacaq. Eyni zamanda, vətəndaşlar öz onlayn kredit imkanlarını, faktiki mövcud kredit limitlərinin artırılmasını da özləri idarə edə biləcəklər. Bu, onların şəxsi qərarından asılı olacaq və nəzarətin təmin edilməsi üçün yaxşı, işlək mexanizm rolunu oynayacaq. Bu baxımdan qərar vaxtında və düzgün verilib, təqdirəlayiq qərardır".

Banklar müştərinin yazılı müraciəti əsasında ona istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları üzrə məhdudiyyət qoymaq imkanı yaratmalıdır: "Həmin məhdudiyyət yalnız müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə təqdim etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyul 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri