Icma.az
close
up
RU
Mesajlar yaxşıdır! Amma…

Mesajlar yaxşıdır! Amma…

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 11-də AFFA Hesabat Konfransı keçirdi. Konfransın adından da göründüyü kimi, tədbir bir növ formal xarakter daşıyırdı. Yəni ötən il görülən işlərin yekununa dair daha çox maliyyə hesabat vermək. Federasiya nə qədər pul xərcləyib, nə qədər gəlir götürüb, klublara nə qədər pul ayrılıb və sair

Hər il olduğu kimi, ötən ildə də ümumən bütün futbolumuza on milyonlarla manat pul xərclənib. Nəticə isə olub heç nə, sıfır. Yəni Millətlər Liqasında qazandığımız 1 xal (əgər buna qazanc demək olarsa) və Avropada ən zəif 6 komandanın yarışacağı D liqasına düşmək. Və nəticənin belə acınacaqlı olması heç də təkcə AFFA-nın köhnə rəhbərliyinin bizə tragik mirası deyil. Millinin sırf son bir ilinə görə indiki rəhbərlik də yaxasını kənara çəkə bilməz.

Fernandu Santuşu ki, bura Rövnəq Abdullayev gətirməyib.

Nə isə biz konfransa qayıdaq. 

Əlbəttə, belə rəsmi, protokol tədbirlər adətən sıxıcı və yorucu olur. Lakin bu quru auranı, rəsmi ab-havanı pozan məqamlar da az olmadı ki, biz bunu həm AFFA-nın prezidenti Rövşən Nəcəfin, həm də yeni baş katib Cahangir Fərəcullayevin çıxışlarında görə bildik. 

Rövşən Nəcəfi yaxşı tanıyırıq.

40 yaşlı C.Fərəcullayev isə AFFA-da yeni kadrdır. 2 aydan bir neçə gün çox. O, indi faktiki olaraq federasiyada ikinci rəhbər şəxsdir və ilk dəfə futbol publikası önündə çıxış edəcəkdi. Bu, həm onun futbola baxışını, həm də əgər varsa, natiqlik bacarığını göstərəcəkdi. Tribunaya çıxdı, danışdı, problemlərə baxışını sadə, bir az da bədii cümlələr qatmala ifadə etdi. 

Məsələn, “biz işə kosmetik təmirlə başlaya bilmərik. Bu işlərə yaxşı bünövrə qurmaqla start verməliyik". 

Fərəcullayev çıxışa yaxşı hazırlaşmışdı. Əvvəla göstərdi ki, sırf futbolun içindən gəlməsə də, futbola dair yaxşı məlumatlıdır. Oxuyur, izləyir, dinləməyi bacarır.  Əsas odur, robotlaşmış kadrlardan deyil və bu, bir idarəetmə sistemində əhəmiyyətli faktdır. 

Məsələn, “köhnələr”dən kimsənin nəyə görəsə 16 ildə ağlına gəlmirdi ki, futbol adamlarımızın futbol təhsilinə fikir versin. Onların sayını Fərəcullayev çıxışında deyir: “10 milyonluq Azərbaycanda 7, 11 milyonluq Belçikada 147 təlimçi var”.

Avropa ilə aramızda uçurumun bu dərinlikdə olması təəccüb doğurmaya bilməz. 

Futbolun İnkişaf Strategiyası da yeni baş katib üçün vacib detallardır. O, hələlik ürəyini bu işə qoyan biri kimi görünür. Həvəslidir. Və yaxşı olar ki, bu həvəs heç vaxt ölməsin. Amma bu yerdə bir məqamı qeyd edək ki, sənədin özünün mükəmməl olması hələ işin yalnız başlanğıcıdır. Vacib olan onun necə, hansı səviyyədə və hansı kardla icra edilməsidir. Yoxsa 2005-2015-ci illərdə də Futbolun İnkişafna dair yaxşı bir Dövlət Proqramı qəbul olunmuşdu. Buna baxmayaraq, 10 ildə o proqramın üzünə nə İdman Nazirliyində baxan oldu, nə də AFFA-da…

Kadr demişkən, Cahanhir Fərəcullayev bildirir ki, “AFFA-da kadr çatışmazlığı var”.

Bu, əslində ictimaiyyətdən gizlin deyil. Amma birinci dəfədir ki, AFFA rəhbərliyi səviyyəsində etiraf olunur. Deməli, bu sahədə işlərin görülməsi qaçılmazdır. Futbolun içində yaxşı kadrlarımız çox olmasa da, var. 

Ümumiyyətlə, dünənki tədbirdə AFFA rəhbərliyinin - istər Rövşən Nəcəfin millidəki problemləri qabartması, istər Cahanhir Fərəcullayevin ümumi problemlərlə bağlı fikirlərini açıq ifadə etməsi müsbət fakt sayıla bilər. Həm də yenilik. Amma onu da unutmayaq ki, futbolumuzdakı problemləri yaradan bu şəxslər olmayıb. Bir neçə il sonra, artıq onların rəhbərliyi altında da nəticələr düzəlməsə, yenə belə etiraflar olacaqmı?

Təbii ki, bu sualın cavabını biz yalnız illər sonra biləcəyik.

Hələliksə isə verilən mesajlar müsbətdir. Amma gərək söz də elə quru söz olaraq ortalıqda qalmaya.

Necə deyərlər, danışmaq bitdi, artıq hərəkətə keçmək vaxtıdır.

Aydın Bağırov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://qol.az
archiveBu xəbər 12 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see325

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see192

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see183

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see177

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see175

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see165

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see163

ABŞ və Çin texnologiya sahəsində bir birini gizli izləyir

15 May 2026 08:14see161

Bütün Eurovision 2026 finalçıları açıqlandı: Azərbaycan yenə finalçılar sırasına düşə bilmədi

15 May 2026 07:57see161

Bakı Xocalı Xankəndi Şuşa avtobus reysinin ilk sərnişinləri yol salınıb

16 May 2026 02:12see156

“Liverpul” yenə uduzdu

16 May 2026 01:42see155

“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” Politoloq

15 May 2026 18:35see155

İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb

16 May 2026 04:58see150

Azərbaycan Premyer Liqası: “Karvan Yevlax” “Qəbələ” ilə üz üzə

15 May 2026 09:24see150

İran səfirliyindən “Avroviziya“ diplomatiyası“: Ermənistan sevgisini yenə gizlədə bilmədilər FOTO

16 May 2026 17:32see149

Bu əsasda daha çox gəminin keçidinə icazə veririk SEPAH

16 May 2026 01:50see149

Nə xəstəlikdirsə, müalicə effekt vermir

15 May 2026 20:39see148

Fransanın təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb

15 May 2026 19:21see147

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see146

Rusiya Çin tərəfindən iqtisadi cəhətdən mənimsənilməkdən qaça bilməz...

15 May 2026 19:23see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri