Icma.az
close
up
RU
Meşədə 28 yaşlı oğlan pul borcu üstündə tanışını döydü

Meşədə 28 yaşlı oğlan pul borcu üstündə tanışını döydü

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Ağdam rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 9-da rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən Soltanbud təpəsinin yaxınlığında baş verib. 
1997-ci il təvəllüdlü Röyal həmin gün saat 16 radələrində Soltanbud təpəsinin yaxınlığında Nicat Mehrəliyevlə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin ona olan borcunu ödəməməsi olub. 
Onların arasında yaranan mübahisə sonradan dava-dalaşa çevrilib. Dava zamanı Röyal zərərçəkmiş şəxsin başının arxa nahiyyəsinə iki dəfə yumruqla vurub. 
Hadisəni törədən Röyalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs 2025-ci ilin fevral ayında ondan 10 günlük 250 manat borc alıb, lakin qaytarmayıb: “Nicatın yanına Ağdam rayonunun Soltanbud meşəsinə gələrək ondan pulumu istədim. Nicat pulu qaytaracağını dedi. Mən isə uzun müddətdir aldadaraq pulu ödəmədiyini dedim. Bundan sonra aramızda mübahisə yarandı və yumruqla iki dəfə Nicatın başının arxa tərəfindən vurdum”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hazırki vaxta qədər zərərçəkmiş şəxs ondan aldığıpulu qaytarmayıb və bu səbəbdən Nicatı döydüyünə görə peşman deyil. O, cərimə  ödəməyə imkanının olmadığını qeyd edib  və barəsində islah işləri cəzasının təyin edilməsini xahiş edib. Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs aylıq qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilib.Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, Ağdam Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli hökmünün dəyişdirilməsini, Nicat Mehrəliyevin ona olan 250 manat borcunun qaytarılmasını xahiş edib. 
Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimləri apellyasiya şikayətini əsassız sayıblar, təmin olunmaması barədə qərar qəbul ediblər. Məhkəmə kollegiyası hesab edib ki, hazırki cinayətin törədilməsi motivi olan 250 manat pul məbləği ilə bağlı təqsirləndirilən şəxsin mülki mühakimə icraatı qaydasında aidiyyatı üzrə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ var. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri