Icma.az
close
up
RU
Məşhur aktrisa istefa verdi

Məşhur aktrisa istefa verdi

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Mehriban Xanlarova işdən çıxıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə sənətçi özünün sosial şəbəkə hesabında yazıb.

M.Xanlarova bildirib ki, işdən çıxmaqla bağlı teatr rəhbərliyinə ərizə ilə müraciət edib: 

"Bildirmək istəyirəm ki, mən və digər həmkarlarımın uzun müddət mətbuatda susmağımızın səbəbi vəzifəli şəxslərin bizə verdiyi söz idi: “Mehriban Ələkbərzadənin müqaviləsi 15 noyabrda bitəcək və yeni müqavilə imzalanmayacaq. Xahiş edirik, mövzuya qayıtmayın.” Biz də bu sözə inanaraq gözlədik. Lakin məlum oldu ki, Mehriban Ələkbərzadə onun arxasında dayanan yüksək vəzifəli rəfiqəsinin dəstəyi ilə, nazir Adil Kərimlinin bütün özbaşınalıqlara göz yumması nəticəsində daha 6 ay vəzifəsində saxlanılıb.

Mən, Respublikanın Əməkdar artisti Mehriban Xanlarova olaraq bildirirəm ki, Mehriban Ələkbərzadənin kollektivimizi alçaltması, şəhid qızına və onun ailəsinə ünvanladığı söyüşlər, 20 Yanvar şəhidlərinin xatirəsini “dəbdən düşmüş” adlandırması, erməni heykəlini səhnədə təbliğ etməsi, həmçinin İkinci Qarabağ müharibəsindən 5 il keçməsinə baxmayaraq ölkənin ana teatrında 44 günlük Vətən müharibəsinin müqəddəs xatirəsinə bircə saatlıq belə sənət əsəri yaratmamasını, əvəzində teatrın baş rejissoru olaraq "AzDrama" üçün deyil, başqa bir dövlət qurumu AzTV üçün, pul müqabilində “sənədli film” adı altında xronologiya hazırlamasını, şəhid qanı ilə sulanmış torpaqlarda əli cibində, motivə və ruhuna uyğun olmayan geyimlə kamera qarşısında “stand-up” etməsini rüsvayçılıq hesab edirəm. "AzDrama"nın baş rejissoru başqa qurum üçün çalışmalıdımı? Teatra ayrılan vaxt, əməkhaqqı və status niyə başqa yerə sərf edilir? Bu özbaşınalıqların sonu görünmür".

Əməkdar artist qeyd edib ki, Mədəniyyət Nazirliyi ilə bağlı bildiyi faktları açıqlayacaq: "Ona görə də işdən çıxarılmağı gözə alıb ərizə yazmışam. Çünki söz azadlığıma məhdudiyyət qoyulmasına razı deyildim".

M.Xanlarova bildirib ki, mədəniyyət naziri Adil Kərimli, saysız-hesabsız şikayətlərə baxmayaraq, öz imzanızla təyin etdiyi Mehriban Ələkbərzadəni vəzifədən çıxarmaq istəməyib: 

"İnanıram ki, bir otaqlı evdə böyük ailə saxlayan və əlilliyi olan ailə üzvünə baxan mən, Mehriban Xanlarovanı işdən çıxarmağa bu dəfə əliniz əsəməyəcək. Çünki arxamda yalnız Allah dayanır və mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm".

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Noyabr 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri