Məşhur aktyor bu xəstəlikdən əziyyət çəkir
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Amerikalı aktyor Denni Qloverə Alzheimer xəstəliyindən əziyyət çəkir
Axşam.az xəbər verir ki, bu barədə aktyor özü açıqlama yayıb. 79 yaşlı Qlover etiraf edib ki, ona bu diaqnoz bir neçə il əvvəl qoyulub.
"Çox şeyi unuduram, amma elə anlar olur ki, düşüncələrim tam aydın olur. Daim xatırladığın məqamlar var və onlar göstərir ki, hələ də nələri isə xatırlaya bilirəm. Elə xatirələr də var ki, onları heç vaxt unutmayacağam" deyə, aktyor bildirib.
Qeyd edək ki, Denni Qlover dünya şöhrətini Mel Gibsonla birlikdə rol aldığı "Ölümcül silah" ("Lethal Weapon") film seriyası ilə qazanıb. O, həmçinin "Bənövşəyi çiçəklər", "Tenenbaumlar ailəsi", "Atıcı", "Mişar" və "2012" filmlərində də çəkilib. Aktyor 2022-ci ildə humanitar fəaliyyətə verdiyi töhfəyə görə Amerika Kino Akademiyasının Cin Herşolt mükafatına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 İyul 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















