Məşhur avtomobil markası bağlana bilər
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Volkswagen Qrupunun tərkibində fəaliyyət göstərən İspaniyanın məşhur avtomobil istehsalçısı “Seat”ın gələcəyi ilə bağlı müzakirələr davam edir. Markanın aqibətinə aydınlıq gətirən Seat və Cupra şirkətinin baş direktoru Markus Haupt (Markus Haupt) bildirib ki, markanın bağlanması gündəmdə olan ehtimal olunan ssenarilərdən biridir.
“Yeni Sabah” xarici mediaya istinadəb xəbər verir ki, Paris Avtosalonunda çıxış edən Haupt qeyd edib ki, hələlik yekun qərar qəbul olunmasa da, sektorun üzləşdiyi çətinliklər fonunda bu ssenari də masa üzrədədir. Küresel miqyasda artan istehsal xərcləri, elektrikli avtomobillərə keçid sürəti və Çinli istehsalçıların bazardakı payını artırması Volkswagen Qrupunun Seat üzrə yeni model yatırımlarını dayandıra biləcəyi yönündəki iddiaları gücləndirib.
Qrup daxilində Cupra markasının sürətli böyüməsi ilə əlaqədar Seat-ın 2029-cu ilə qədər mərhələli şəkildə istehsalatdan çəkilə biləcəyi iddia edilsə də, CEO Haupt bu fikirlərin əksinə markaya sərmayə yatırmağa davam etdiklərini vurğulayıb. O, Seat-ın bazardakı mövqeyini qoruduğunu, xüsusilə "Ibiza" modelinin İspaniyada ən çox satan avtomobil olmaqla yanaşı, bir çox ölkədə də bazar payını artırdığını diqqətə çatdırıb. Həmçinin gələn il Ibiza və Arona modellərinə yüngül hibrit motor seçimlərinin əlavə ediləcəyini açıqlayıb. Pepperoni pizza
Uzunmüddətli strategiyada sərt emisyon standartlarının kritik rol oynayacağını qeyd edən Haupt, 2030-cu ildən sonra tətbiq olunacaq karbon qaydalarının və elektromobilliyə keçid temposunun həlledici olacağını bildirib. Kapanma ehtimalına qarşı müştərilərə də güvən verən CEO, ən pis ssenaridə belə heç kimin mağdur edilməyəcəyini, fəaliyyətin dayandırılması halında belə mövcud istifadəçilərə ən az 15 il boyunca servis, texniki qulluq və ehtiyat hissəsi dəstəsinin təmin ediləcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 14 Oktyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















