Icma.az
close
up
RU
Məşhur avtomobilin istehsalı dayandırıldı: sürücülər şokdadır

Məşhur avtomobilin istehsalı dayandırıldı: sürücülər şokdadır

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Ford şirkəti 27 ildən sonra rəsmi olaraq Focus avtomobilinin istehsalını dayandırıb. 

Lent.az xarici mediaya istinadla modelin istehsalının niyə dayandırıldığının səbəbini təqdim edir.

Ford şirkəti nəhayət, brendin tarixində ən populyar minik avtomobillərindən biri olan Focus avtomobilinin istehsalını dayandırıb. Sonuncu avtomobil noyabrın 14-də Almaniyanın Saarluis şəhərindəki zavodda koveyerdən çıxıb - ağ rəngli beşqapılı hetçbek.

Ford of Europe şirkətinin korporativ kommunikasiya meneceri Volker Eis bunu elan edərək, bunun 1998-ci ildən bəri davam edən bir hekayənin sonu olduğunu təsdiqləyib.

Niyə Focus istehsalı dayandırılıb?

Fordun ikonik modeldən imtina etmək qərarı onun Avropa biznesinin əsaslı şəkildə yenidən qurulmasının bir hissəsidir. Focus sürücülər arasında populyarlığını qorusa da, onun istehsalı gəlirsiz hala gəlib. “Ford”un baş direktoru Cim Farlinin sözlərinə görə, şirkət "darıxdırıcı" deyil, "ikonik" avtomobillər istehsal etmək istəyir.

Farli deyib: "Biz həmişə minik avtomobilləri bazarında rəqabət aparmışıq və bu, Mondeo, Focus və Fiesta üçün yaxşı olmayıb - onlar populyar idi, lakin investisiyanı doğrultmurdu".

Focus "basdırılan" ilk Ford deyil: Fiesta, Mondeo və Ka modellərinin istehsalı əvvəllər dayandırılıb və bu da şirkəti Avropada kütləvi bazarda olan minik avtomobili modeli olmadan qoyub. İndi onun portfelinə krossoverlər, SUV-lər və kommersiya avtomobilləri daxildir.

Bu, Ford üçün nə deməkdir?

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, Fordun Avropadakı bazar payı 2015-ci ildəki 7,2 faizdən 2025-ci ildə 3,3 faizə düşüb. “Focus”un süqutu, ehtimal ki, bu tendensiyanı daha da gücləndirəcək, çünki Ford hələ də rəqibləri tərəfindən aktiv şəkildə doldurulan kütləvi bazar seqmentindən geri çəkilir.

Sonuncu "qaynar" Focus ST-nin istehsalı da sentyabr ayında dayandırılıb və indi bütün model xətti tarixə çevrilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Noyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri